Gündəm 

SOCAR “Italiana Petroli” şirkətinin səhmlərini ALDI

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin 99,82 %-lik səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Bu barədə Musavat.com-a SOCAR-dan məlumat verilib. Əməliyyat ənənəvi bağlanış şərtləri və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq 2026-cı ilin birinci rübündə başa çatdırılacaq. Qeyd edək ki, sövdələşmə SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli “M&A” prosesinin nəticəsidir. “Italiana Petroli” İtaliyanın ən iri inteqrə olunmuş “downstream” platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü…

Read More
Gündəm 

ABŞ səfiri: İrəvan və Bakı sülh sazişini imzalamalı və ratifikasiya etməlidir

ABŞ avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərin həyata keçirilməsinə başlayıb. Bu barədə ABŞ-nin Emənristandakı səfiri Kristina Kuinn “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: demokratiya və regional təhlükəsizliyin gücləndirilməsi” mövzusunda müzakirə zamanı bildirib. Onun sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidirlər. “Sülh nə qədər tez imzalanarsa, onun üstünlükləri də o qədər tez həyata keçiriləcək”, – K.Kuinn bildirib. Diplomat, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına toxunaraq qeyd edib ki, münasibətlərin normallaşması təkcə hər iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək. Qeyd edək ki, ABŞ və…

Read More
Hadisə 

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Gürcüstanda Rusiya və Azərbaycan vətəndaşları narkotik vasitələrin qanunsuz idxalına görə həbs edilib Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiya və Azərbaycan vətəndaşlarını külli miqdarda narkotik vasitələrin qanunsuz idxalı və satışı ittihamı ilə həbs ediblər. Saxlanılan Rusiya vətəndaşı 41 yaşlı A. T., Azərbaycan vətəndaşı isə 22 yaşlı K. M.-dir. “Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, satışının asanlaşdırılması və Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı istintaq davam etdirilir. Saxlanılanları 20 ilədək və ya ömürlük həbs gözləyir”, – məlumatda bildirilir./Milli.az/  

Read More
Gündəm 

“Bu dövlət bütün yaramazların, xəyanətkarların öhdəsindən gələcək, amma…” – Millət vəkilindən SENSASİON yazı!

Bəzən sosial şəbəkələrdə aparılan ümumi müzakirələrdə – ələlxüsus, radikal müxalifətin timsalında – son dərəcə absurd fikirlərə rastlayıram. Məsələn, filankəs vaxtilə dövlət qurumunda işləyib, hakimiyyətin “adamı” olub, indi həbsə girib və bu da o deməkdir ki, günah elə sistemin özündədir. Heç dəxli var? Sistemin nə aidiyyatı?! Siz düşünürsünüz ki, hakimiyyət, iqtidar bütün çalışanları, məmurları işə götürərkən öncəgörənlik etməli, onların gələcək fikirlərini oxumalı idi?! İnsan övladıdır bu. Əlbət, içində xəyanətkarı da olacaq, yaramazı da, cinayətkarı da, sədaqətlisi və vəfalısı da…Ayrıca, uzunmüddətli müşahidələr də onu göstərir ki, kim olursansa ol, nə vəzifə daşıyırsansa…

Read More
Cəmiyyət 

Mərhum meyxanaçının anası vəfat etdi

Mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını dəyişib. Bu haqda “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğlu deyib. O bildirib ki, Z.Quliyeva bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, mərhumun uzun müddətdir səhhətində problem var idi. O, yeriyə bilmirdi. X.Əhmədli ötən ilin dekabrında dünyasını dəyişib. Onun ürəyində problem var idi./axşam.az

Read More
Gündəm 

32 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq – XƏBƏRDARLIQ

Sentyabrın 25-də Mingəçevir şəhəri və Yevlax rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Mingəçevir” Qazpaylayıcı Stansiyasında (QPS) yenidənqurma işləri aparılmış şəhər qaz xəttinin mövcud sistemə qoşulması ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti yaranacaq. Bununla əlaqədar sentyabrın 25-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Mingəçevir” QPS-dən qidalanan “Mingəçevir 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təzhizatının dayanması ilə əlaqədar (Mingəçevir şəhəri və Yevlax rayonun Tanrıqulular, Hürüuşağı və Borçalı kəndləri) 31 046 əhali abonenti və…

Read More
Cəmiyyət 

Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil üzrə sazişlər imzaladı

Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinə rəsmi səfər edib. Səfər çərçivəsində nazir universitetin tədris və yaradılmış müasir infrastrukturu ilə yaxından tanış olub. Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Səfərin davamında elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti…

Read More
Siyasət 

Fələstini tanıyan güclərin sayı artır: Azərbaycan necə davranacaq?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Fələstini tanımağa çağırıb. O, bu barədə ABŞ-nin “Newsweek” nəşrində dərc olunan məqaləsində yazıb. Ərdoğan bildirib ki, Türkiyə atəşkəsin təmin olunması, humanitar yardımların davamlı çatdırılması və ikidövlətli həll yolu üçün səylərini davam etdirməkdədir: “Ədalətli sülh o zaman mümkündür ki, Fələstin xalqı 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, ərazisi toxunulmaz dövlətə nail olsun. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün vacibdir. Dünya xalqlarına çağırışımız aydındır: Fələstin dövlətini tanıyın”. Siyasi şərhçi Kənan Novruzov Musavat.com-a deyib ki, İsraillə HƏMAS arasında müharibə başlanandan sonra…

Read More
Hava 

Sabahın havası açıqlandı

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir…

Read More