Siyasət 

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi – FOTO

Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub. ARANTV.AZ  xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ruandanın Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlığa məsul Dövlət naziri James Kabarebe…

Read More
Siyasət 

Prezident İlham Əliyev: Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır

Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. ARANTV.AZ  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı söyləyib. “Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir”, – deyə dövlətimizin başçısı qeyd edib.

Read More
Cəmiyyət 

“Yollar biabırçılıqdır, ürəyim partlayır”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yollardakı tıxacdan şikayətlənib. İnstaqram səhifəsində canlı yayım açan sənətçi Bakıda ödənişli yolların açılacağına sevinib: “Zooparkın yanındayam. Şəhərdə bütün yollar dayanıb, biabırçılıqdır. Evdən çıxanda gedəcəyim ünvana tətbiq 35 dəqiqə göstərirdi, indi isə 45 dəqiqə oldu. Tıxacda ürəyim partlayır. Adam bilmir nə etsin. Təki Bakıda ödənişli yollar açılsın. Bütün günü maşını o zolaqda sürərəm, əziyyət çəkməzdim”.  (Axşam.az)

Read More
Siyasət 

Pol Kaqame: Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var

Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Ruanda Prezidenti Pol Kaqame Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatı zamanı deyib. “Biz artıq baş vermiş bir çox səfərləri, səyləri, müzakirələri və anlaşmaları rəhbər tutacağıq. Bunu hökumət rəsmilərinizin artıq bir neçə dəfə baş tutmuş mübadilə səfərləri və Bakıya səfər etmiş nümayəndələrimizin sayəsində edəcəyik”, – deyə o əlavə edib.

Read More
Hava 

Bu əraziləri LEYSAN VURDU – Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatdı

Ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır. Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3,6 metrdir.

Read More
Hadisə 

SON DƏQİQƏ: Naxçıvanda avtobus dərəyə aşıb, 16 yaralı var – VİDEOYENİLƏNİB

Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub. İlkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. (APA) *** Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var. Musavat.com-un APA-ya istinadla xəbərinə görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var. Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Read More
Gündəm 

Ekspertlər məmurların hədəfində: bəs qanun kimləri ekspert sayır?

Son dövrlər ölkəmizdə ekspertlərlə bağlı müəyyən narazılıqlar müşahidə olunur. Xüsusilə də bu hal vəzifəli şəxslərin çıxışlarında və açıqlamalarında özünü göstərir. Onların fikirlərində ekspertlərin fəaliyyəti tənqid olunur, bəzən isə ekspert adının ümumiyyətlə şübhə altına alınması diqqət çəkir. Məsələn, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı bunları bildirmişdi: “Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?” Onun sözlərinə görə, sosial mediada fikir…

Read More
Cəmiyyət 

Goranboyda heyvanlar minaya düşüb

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb. Kənd sakininə məxsus xırda buynuzla mal-qara piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Read More
Cəmiyyət 

Artıq yaslara dəvətnamə ilə çağırılacağıq

Artıq yas mərasimlər üçün də dəvətnamələrə rast gəlmək olur. Halbuki, əvvəllər dəvətnamə adətən şad günlərdə toy, ad günü kimi mərasimlərdə istifadə olunur. Milli.Az xəbər verir ki, yas dəvətnaməsi də bir növ toy dəvətnaməsi kimidir. Sadəcə biri xoş xəbər daşıyır, digəri isə bəd xəbər. Sosioloq Rəşad Əsgərov bildirir ki, bu hallar cəmiyyət tərəfindən də bir mənalı olaraq xoş qarşılanmır. Bu hallar insanlarda qıcıq, əsəb yaradır. İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, dinə görə yas mərasimi 3 gün davam edir: “7 və 40 mərasimləri isə cəmiyyətə görə formalaşıb. Bu mərasimlərə dəvətnamə ilə çağırmaq yanlış hesab…

Read More
Hava 

Qeyri-sabit hava şəraiti ilə bağlı AÇIQLAMA – QAR yağacaq…

“Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-23 dərəcə isti təşkil edəcək”. Bu barədə musavat.com-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. G.Məmmədova ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 21-i gündüzədək davam edəcəyini bildirib: “Bəzi yerlərdə fasilələrlə yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə…

Read More