Cəmiyyət 

Qara istiotun bədənimizə inanılmaz faydaları

Qara istiotun bir çox xəstəliklərlə yanaşı əhval problemlərinə də kömək edə bildiyi məlum olub. Planet-today.ru qara istiotun faydalarını açıqlayıb. Araşdırmalara görə, qara istiot antioksidan və iltihab əleyhinə xüsusiyyətlərə malikdir, həmçinin antidepresan təsir göstərir və bəzi hallarda xərçəngin yaranmasına qarşı qoruyucu rol oynaya bilər. Eyni zamanda, Qara istiotun tərkibindəki piperin maddəsi həzm sistemini yaxşılaşdırır və metabolizmi sürətləndirir. Həmçinin qan dövranını stimullaşdırır və immuniteti gücləndirir. Buna görə də qara istiot tez-tez “ədviyyatların kralı” adlandırılır.//E-saglam.az

Read More
Cəmiyyət 

Xankəndidə Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatdıFOTO

Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndidə keçirilən Şəhər Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub. ARANTV.AZ xəbər verir ki, bayram konserti F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Telman Hacıyevin “Vətən süitası” ilə başlanıb. Sonra Fəxri Kazım Nicat Polad Bülbüloğlunun “Azərbaycan”, Əməkdar artist Almaz Orucova “Nə olaydı, yarım olaydı” Azərbaycan xalq mahnısı və Tofiq Quliyevin “Azərbaycana gəlsin”, Ayşən Mehdiyeva Hatəm Nəbioğlunun “Vətən”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, Fehruz…

Read More
Cəmiyyət 

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların və “İnklüziv DOST” könüllülərinin iştirakı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş fləş-mob keçirilib. AZƏRTAC xəbər verir ki, həssas qruplardan olan uşaq və yeniyetmələr tariximizə hörmət, vətənə bağlılıqlarını özlərinə məxsus şəkildə nümayiş etdiriblər. “Bayatı-Şiraz” muğamından parçanı Mərkəzin görmə məhdudiyyətli benefisiarı Müslüm Müslümzadə səsləndirib.

Read More
Gündəm 

2 ildə Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə genişmiqyaslı işlər görülübFOTO

İki il əvvəl – 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən dərhal sonra Prezident İlham Əliyevin azad olunmuş ərazilərin Azərbaycan enerji sisteminə qoşulması və dayanıqlı enerji ilə təchiz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən genişmiqyaslı işlər görülüb. ARANTV.AZ  xəbər verir ki, ilkin olaraq antiterror əməliyyatından cəmi 4 gün sonra Xankəndi və ətraf ərazilər Ermənistan enerjisistemindən ayrılaraq 110 kV “Şuşa” yarımstansiyası vasitəsilə ölkə enerjisisteminə qoşulub və beləliklə, 30 illik işğaldan sonra azad edilmiş regionda Azərbaycan işığı yanıb. Ümumilikdə isə antiterror tədbirlərindən keçən 2 il müddətində ölkə başçısının…

Read More
Sosial 

Yalançı reklamlar, qiymət fərqi: İstehlakçı şikayətləri artır

Elektronika və məişət texnikası mağazalarının birindən aldığı kondisionerin geri qaytarılmasında üzləşdiyi çətinliklə bağlı redaksiyamıza vətəndaş şikayəti daxil olub. İstehlakçı aldığı kondisioneri otağı soyutmadığı üçün üç gün sonra mağazaya qaytarmaq və ya dəyişdirmək istəsə də, məhsulu ona “bəh-bəhlə” satan ticarət obyekti şikayətə məhəl qoymayıb. Servis xidmətinə istiqamətləndirilən alıcı ustanın “kondisionerin soyutma gücü otağınızın həcmi üçün deyil” rəyini alıb. Mağaza ilə çəkişmədə satış zamanı verilən “Qızıl zəmanət” də rol oynamayıb. İstehlakçı polisə müraciət etsə də, “bu, məhkəməlik işdir” cavabını alıb. Müştəri öz hüququnu müdafiə etmək üçün məhsulun aylıq kreditini ödəməmək qərarına gəlib.…

Read More
Cəmiyyət 

Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 392 qadın süni mayalanma yolu ilə uşaq dünyaya gətirib. Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır. Statistikaya nəzər yetirdikdə, 2021-ci ildə 391, 2022-ci ildə isə 395 qadının hamiləliyi süni mayalanma nəticəsində uğurla yekunlaşıb. Bu azalma tendensiyası “ölkədə süni mayalanma ilə bağlı vəziyyət necədir?” sualını gündəmə gətirir. Maraqlıdır, bu sahədə hansı problemlər var? Azalmanın səbəbi nədən ibarətdir? Qiymətlər necə dəyişir? Dünyada süni mayalanma ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı 8…

Read More
Gündəm 

Azərbaycan qarğıdalı idxalını 42 % azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 36 min 974 ton qarğıdalı idxal edib. “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 14 milyon 97 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 26 806 ton (42 %), dəyər baxımından isə 5 milyon 551 min ABŞ dolları (28,2 %) azdır. Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ini təşkil edib.

Read More
Cəmiyyət 

Maşın bazarı ilə bağlı VACİB XƏBƏR – Yeni ildən sonra…

Son vaxtlar maşın bazarında nəzərəçarpacaq durğunluq müşahidə olunur. İkinci əl avtomobillərə olan maraq əvvəlki illərlə müqayisədə azalıb. Bəs bunun səbəbi yalnız yüksək qiymətlərdir, yoxsa alıcıların seçimlərinə təsir edən başqa amillər də var? Nəqliyyat məsələləri üzrə ekspert Eldar Bəşirov mövcud vəziyyətin səbəblərini “Yeni Sabah”a belə açıqlayıb: “Son aylarda avtomobil bazarında əsas tendensiya Çindən gətirilən yeni maşınların artmasıdır. Bu avtomobillər həm qiymət baxımından münasibdir, həm də müasir texnologiyalar və komfort imkanları ilə seçilir. Məhz buna görə də alıcıların çoxu artıq köhnə maşınlara deyil, təzə modellərə üstünlük verir. Əksinə, köhnə avtomobillərin qiymətləri bazarda…

Read More
Gündəm 

Ruanda prezidenti “ASAN xidmət” mərkəzində – FOTO

Ruanda Prezidenti Pol Kaqame sentyabrın 20-də Azərbaycana rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib: “Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını…

Read More