Milli Hidrometeorologiya Xidməti fevralın 9-da gözlənilən hava proqnozunu açıqlayıb. Musavat.com xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq. Fevralın 9-da Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.…
Read More