Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya onları ziyarət etməsinə təşəkkür edib
Milli Qəhrəman Natiq Qasımovun ailə üzvləri Leyla Əliyeva və Alena Əliyevaya onları ziyarət etməsinə təşəkkür ediblər. “İki sahil” xəbər verir ki, bu barədə “Report”un Qərb bürosuna N.Qasımovun qardaşı Nofəl Qasımov bildirib. N.Qasımov Leyla Əliyevanın və Alena Əliyevanın ziyarətini xoş qaşıladıqlarını, bu günün onlar üçün sevinc dolu anlar olduğunu bildirib: “Cənab Prezidentin ailə üzvlərinin evimizdə olması, bizi ziyarət etməsi çox xoş oldu. Bu gün yaddaşımızda hər zaman xoş xatirələrdən biri kimi qalacaq. Ailəmiz adından Leyla xanıma və Alena xanıma təşəkkür edirik. Həmçinin Natiq Qasımova Milli Qəhrəman adı verdiyinə görə cənab Prezidentə təşəkkürlərimizi çatdırmağı…
Read More