Azərbaycanda I sinfə qəbul “mygov” üzərindən həyata keçiriləcək
Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesi və fiziki şəxslərin gəlir vergisi bəyanı ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib. Məlumata görə, I sinfə qəbul xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il mayın 1-nə qədər təmin edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində xidmətin mövcud iş axını mayın 20-nə qədər təqdim ediləcək. Bundan əlavə, təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyunun 13-nə qədər razılaşdırılması planlaşdırılır. Xidmətin iyunun 10-na qədər “mygov” platforması üzərindən istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur. Layihənin icrasında…
Read More