Cəmiyyət 

Azərbaycan Mətbuat Şurasının açıqlaması – media peşəkarlığı qorunmalıdır

“İdrak” liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir. Bu, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir. Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir”. Həmin bənddə o da bildirilir ki, “daha vacib…

Read More
Cəmiyyət 

Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu…

Read More
Cəmiyyət 

Sabit ev telefonları niyə ləğv olunur? – AÇIQLAMA

Son illərdə telekommunikasiya sahəsində baş verən texnoloji yeniliklər ənənəvi rabitə vasitələrinin istifadəsinə də ciddi təsir göstərib. Texnoloji yeniliklər səbəbindən sabit ev telefonlarına maraq xeyli azalıb. Bu dəyişikliklər sabit ev telefonlarının ləğv olunması məsələsini yenidən müzakirə mövzusuna çevirib. İKT üzrə ekspert Elvin Abbasov Pravda.az-a bildirib ki, mobil telefonlar çıxdıqdan sonra stasionar telefonlara maraq azalıb: “Məsələn, şəhərdəki stasionar telefon köşkləri (taksafonlar) artıq tarixi gözəllik kimi qalıb. Şəhərdə onlardan istifadə edən demək olar ki, qalmayıb. Stasionar telefonlar dövlət qurumlarında, məmurun otağında olub-olmadığına nəzarət etmək üçün hələ də bu növ telefonlar dövlət qurumlarında istifadə…

Read More
Cəmiyyət 

SOS: Uşaqlar daha əlində OYUNCAQ yox, SİLAH gəzdirir

Sosial şəbəkələr, nəzarətsiz informasiya axını, ailədaxili problemlər, yoxsa təhsil sistemindəki boşluqlar… Azərbaycanda uşaqların bir-birinə qarşı ölümcül zorakılığa əl atması artıq təsadüfi hadisə yox, təhlükəli tendensiya kimi ortaya çıxır. Bir-birinin ardınca baş verən dəhşətli insidentlər cəmiyyəti ciddi suallar qarşısında qoyur. Ötən gün Ağcabədidə azyaşlıya qarşı törədilən amansız hücum ictimaiyyəti sarsıdıb. Rayonun Aşağı Avşar kəndində baş verən hadisə nəticəsində 2019-cu il təvəllüdlü uşaq bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, azyaşlı dərhal əməliyyat olunub, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Dəhşət ondadır ki, hadisəni…

Read More
Gündəm 

Müəllimini güllələyən şagird hər il bu qədər təhsil haqqı ödəyirmiş

Bu gün silahlı insidentin törədildiyi “İdrak” liseyində təhsil haqqı məlum olub. Azərbaycanda dövlət məktəblərində orta təhsil pulsuz olsa da, valideynlər uşaqlarını ən yaxşı təhsil imkanları təqdim edən liseylərdə oxutmaq üçün böyük məbləğlər xərcləyirlər. “İdrak”da illik haqq 10.000-16 500 manat arasıdır. Xatırladaq ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir,…

Read More
Cəmiyyət 

Bu tarixdə QISA İŞ GÜNÜ olacaq

Azərbaycanda 19 mart qısaldılmış iş günüdür. 20 – 24 mart Novruz bayramı, 20 – 21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən dövlət və özəl müəssisələrdə 19 martda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq. Qeyd edək ki, 20 -30 mart ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq. (Metbuat.az)

Read More
Siyasət 

İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin…

Read More
Cəmiyyət 

Müəllimi güllələyən şagirdlə bağlı İLGİNC FAKT: davranış problemləri olub

“İdrak” liseyində müəllimi güllələyən şagirdlə bağlı ilginc fakt üzə çıxıb. Lent.az-ın əldə etdiyi xəbərə görə, həmin şagirdin davranış problemləri olub. Həmçinin, müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir. Qeyd edək ki, bui gün saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb.…

Read More
Siyasət 

İlham Əliyev İranın müdafiə nazirinə: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır

Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Read More