Gündəm 

Prezident İlham Əliyev: Qətiyyətli liderliyin 64 ili

24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 64 yaşı tamam olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə mühüm siyasi, iqtisadi və sosial inkişaf mərhələlərindən keçib. Dövlət başçısının ardıcıl və prinsipial siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Xüsusilə vurğulanmalıdır ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin, xalq–ordu–dövlət birliyinin parlaq təcəssümü kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu…

Read More
Region Xəbərləri 

Prezident İlham Əliyev: Müasir Azərbaycan Dövlətçiliyinin Memarı, Qalib Lider və Qlobal Səviyyəli Siyasi Şəxsiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli və ardıcıl fəaliyyəti müasir Azərbaycan tarixinin ən əhatəli inkişaf mərhələsini təşkil edir. Bu mərhələ milli müstəqilliyin möhkəmləndirilməsi, dövlət suverenliyinin tam bərpası, ərazi bütövlüyünün təmin edilməsi, güclü iqtisadi potensialın formalaşdırılması, beynəlxalq nüfuzun yüksəldilməsi və vətəndaş rifahının davamlı şəkildə artırılması ilə xarakterizə olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regional liderlikdən qlobal təşəbbüskarlığa doğru irəliləyən, milli maraqlara söykənən müasir dövlətçilik modeli qurmuşdur.​​​​​​​​​​​​2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezident seçkiləri ölkənin siyasi tarixində yeni reallıqların hüquqi-siyasi təsdiqi olmuşdur. İlk dəfə olaraq seçkilərin ölkənin bütün ərazilərində,…

Read More
Cəmiyyət 

Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət ediblər Dekabrın 23-də Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar. “İki sahil” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların…

Read More
Sosial 

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi keçirib. “İki sahil” xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar. Qala mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün kifayət qədər uğurlu keçdiyini qeyd edib.…

Read More
Gündəm 

Böyük Qayıdışın yeni ünvanı: Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi

Qırx dörd günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin bölgəyə hər səfəri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.  Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Qarabağın və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham…

Read More
Siyasət 

Azərbaycan XİN Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. “İki sahil” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə platformasında paylaşım edilib. “Bu gün, ölkəmizin inkişafı və xalqımızın mənafelərinin qorunması yolunda əzmlə fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidenti səmimi-qəlbdən təbrik edir və ölkəmizin inkişafına yönəlmiş qətiyyətli fəaliyyətində daimi uğurlar arzulayırıq. Doğum gününüz mübarək, cənab Prezident!”, – deyə paylaşımda qeyd edilib.

Read More
Gündəm 

Böyük Heydər Əliyev və Azərbaycan seçimi ilə yanılmamışdı

Tarix heç nəyi unutmur, xalqların sevincini də, kədərini də yaddaşının dərin qatlarında qoruyur. Qəhrəmanları ilə qürurlanır, xəyanətləri isə susqun ittiham kimi üzə çıxarır. Bu baxımdan Azərbaycan tarixi də istisnasız olaraq qürur, ağrı dolu səhifələri ilə yüzillərin sınağından keçib. Şuşanın düşmənə təslim edilməsi, Kəlbəcərin müdafiəsiz qalması, bütün Qarabağın liderlik böhranı ucbatından işğal olunması, 1993-cü ilin sarsıntıları, müstəqilliyin itirilməsi təhlükəsi, taleyimiz sual altına düşməsi tariximizin acı dərsi kimi kitablara köçürüldü. Amma liderlər millətinin təslim olmasına imkan vermir, mənsub olduğu xalqı qoruyur, yüksəldir. Belə möcüzə sayılacaq fövqəladə nümunəni ötən əsrin sonlarında Ulu öndər…

Read More
Siyasət 

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb…

Read More