Gündəm 

Azərbaycana “ÇÖRƏK TƏHLÜKƏSİ” – Gələn il…

İdxal üçün qiymət şərtlərinin əlverişli olması hələlik buğda təminatını ciddi çətinliklərdən sığortalayır Azərbaycanın əsas taxılçılıq bölgələrindən olan Cəlilabad rayonunun bir çox kəndlərində əkin sahələri “Zaqafqaziya” taxıl böcəyi tərəfindən geniş miqyasda zədələnib.  Taxılçılıq üçün ən təhlükəli zərərvericilərdən biri olan “Zaqafqaziya” taxıl böcəyi torpağın altında yaşayır, əsasən taxıl bitkilərinin cücərtiləri ilə qidalanır. Adətən payız-qış mövsümündə təzə cücərən payızlıq əkinlərə zərər vurur. Son illərdə bu zərərvericiyə yalnız Cəlilabad deyil, ölkənin əksər bölgələrində rast gəlinir. Lakin bu mövsümdə cənub bölgəsində sürətlə çoxalması müşahidə olunmaqdadır. Mütəxəssislər bunu payız dövründə yağıntının az düşməsi, havaların mülayim keçməsi…

Read More
Hadisə 

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş – FOTO

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş. Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Baş Prokurorluğun idarə rəisidir. Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.

Read More
Cəmiyyət 

Gültəkin Sadıqova da azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova da bu gün azadlığa buraxılıb. Musavat.com bildirir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Gültəkin Sadıqovaya da şamil edilib. Xatırladaq ki, Neftçala Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, İsmayıl Vəliyev və digər vəzifəli şəxslərlə birgə korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Xalidə Gəray Musavat.com

Read More
Cəmiyyət 

22 qadın məhkum azadlığa buraxılır – FOTOLAR

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub. Musavat.com bildirir ki, bu cəzaçəkmə müəssisəsində amnistiya aktı ilkin mərhələdə 52 nəfər qadına şamil olunub. Onlardan 22 nəfər qadın bu gün azadlığa buraxılıb. Qeyd edək ki, qadınlardan 2-si azyaşlı övladları ilə birgə cəza çəkən qadınlardır. Tədbirdə Ombudsman Səbinə Əliyevə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc və digər qonaqlar iştirak edir. Qeyd edək ki, amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis Amnistiya elan edilməsi…

Read More
Cəmiyyət 

Canlı efirdə qətl hadisəsini etiraf edən Əfsanə Cəfərova da azadlıqda – FOTO

“3 il müddətinə azadlıqdan məhrum edilmişdim. Bu gün isə cəzamın çəkilməmiş 10 ayı bağışlanaraq azadlığa buraxıldım”. Bu sözləri Musavat.com-a açıqlamasında Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Əfsanə Cəfərova deyib. O, azadlığa buraxılmasını dövlət başçısının imzaladığı amnistiya aktı ilə əlaqələndirərək Prezidentə dərin təşəkkürünü bildirib: “Bugünkü sevincimi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm. Cənab Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Övladların anadan, ailədən, əzizlərdən ayrı qalması bizim üçün ən ağır cəza idi. Bu ayrılıq həm mənim, həm də uşaqlarım üçün çox çətin keçdi. Bu gün isə ana kimi ən böyük sevincimi yaşayıram.…

Read More
Siyasət 

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Read More
Cəmiyyət 

“BakıKart” ləğv olunur? – RƏSMİ

Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödəyə biləcəklər. Bu yeniliyin tətbiqindən sonra sosial şəbəkələrdə belə bir müzakirə yaranıb ki, uzun illərdir paytaxtda ictimai nəqliyyatda istifadə olunan “BakıKart” artıq funksionallığını itirə və gələcəkdə ləğv oluna bilər. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Bakıkart” müştəri xidmətləri üzrə baş mütəxəssis Mehriban Əhmədova yayılan iddialara aydınlıq gətirib. O bildirib ki, “BakıKart” ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və “BakıKart” kartlarının ləğvi ilə bağlı hər hansı qərar yoxdur.

Read More
Siyasət 

“Prezident İlham Əliyevin bu sərəncamı dövlət qurumları ilə yanaşı…”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə imzaladığı sərəncam dövlətimizin uzunmüddətli inkişaf strategiyasının məntiqi və ardıcıl davamıdır. Bu mühüm sərəncam Azərbaycanın şəhər mühitinin keyfiyyətcə yeni mərhələyə keçidini, müasir memarlıq yanaşmaları ilə milli-mədəni irsin vəhdətini təmin etməyə yönəlmiş strateji çağırışdır”. Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla icra olunur: “Xüsusilə, paytaxt Bakı ilə yanaşı, bölgələrdə müasir şəhərsalma…

Read More
Cəmiyyət 

Xəstənin ölümünə səbəb olan tibb bacısı da azadlıqda – FOTO

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində də icra olunub. Musavat.com bildirir ki, amnistiya aktı Xırdalanda xəstənin ölümünə səbəb olan tibb bacısı Şəfaqət Bağıyevaya da şamil edilib. O, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Xalidə Gəray Musavat.com

Read More