Gündəm 

Qalib xalqın Qalib Lideri

Azərbaycanın son 20 ili nə sadəcə xronologiyadır, nə də rəsmi sənədlərin quru göstəriciləri. Bu illər xalqın taleyinə yazılmış bir yüksəliş dastanıdır. Bu dastanın baş qəhrəmanı isə bir şəxsdir – Prezident İlham Əliyev. Onun rəhbərliyi altında Azərbaycan təkcə dəyişmədi, həm də özünü yenidən yaratdı. Bu gün hər sahədə gördüyümüz uğurun arxasında bir liderin dəmir məntiqi, uzaqgörənliyi və xalqına arxalanan iradəsi dayanır. Aparılan genişmiqyaslı siyasətin mərkəzində elmi dərinlik, diplomatiyanın strateji xətti və dövlətçilik ideyasının pafoslu ruhu dayanır. “Azərbaycan dövlətinin inkişaf fəlsəfəsi milli gücə, müstəqil siyasətə və xalqın rifahına əsaslanır.” Bu sadə görünən…

Read More
Siyasət 

Prezidentin Rusiyaya getməməsinin səbəbi

Kreml Bakının qərarını anlayışla qarşıladı; deputat: “Münasibətlərdə həllini tapmamış ciddi problem var” Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib. Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib. Dövlət başçısı MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək. Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi zirvə görüşlərində mütəmadi olaraq…

Read More
Cəmiyyət 

Amnistiya aktının icrası başladı – Yeni ilədək…

Prezidentin təşəbbüsü ilə irəli sürülən layihə bayramqabağı xeyli sayda məhbusu doğmalarına qovuşdurdu Azərbaycanda dekabrın 22-dən amnistiya aktının icrasına başlanılıb.  Cəzaçəkmə müəssisələrində rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad edilib. “Yeni Müsavat”ın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsində olub. Müəssisədə amnistiya aktının icrası Ombudsman Səbinə Əliyeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə və digərlərinin iştirakı ilə keçirilib. Ədliyyə general-mayoru Orxan Qasımov çıxış edib. O qeyd…

Read More
Cəmiyyət 

Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi

“Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sonra sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib. Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib. Bununla yanaşı, “Cargolux Airlines” aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz…

Read More
Gündəm 

Azərbaycana “ÇÖRƏK TƏHLÜKƏSİ” – Gələn il…

İdxal üçün qiymət şərtlərinin əlverişli olması hələlik buğda təminatını ciddi çətinliklərdən sığortalayır Azərbaycanın əsas taxılçılıq bölgələrindən olan Cəlilabad rayonunun bir çox kəndlərində əkin sahələri “Zaqafqaziya” taxıl böcəyi tərəfindən geniş miqyasda zədələnib.  Taxılçılıq üçün ən təhlükəli zərərvericilərdən biri olan “Zaqafqaziya” taxıl böcəyi torpağın altında yaşayır, əsasən taxıl bitkilərinin cücərtiləri ilə qidalanır. Adətən payız-qış mövsümündə təzə cücərən payızlıq əkinlərə zərər vurur. Son illərdə bu zərərvericiyə yalnız Cəlilabad deyil, ölkənin əksər bölgələrində rast gəlinir. Lakin bu mövsümdə cənub bölgəsində sürətlə çoxalması müşahidə olunmaqdadır. Mütəxəssislər bunu payız dövründə yağıntının az düşməsi, havaların mülayim keçməsi…

Read More
Hadisə 

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş – FOTO

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş. Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Baş Prokurorluğun idarə rəisidir. Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.

Read More
Cəmiyyət 

Gültəkin Sadıqova da azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova da bu gün azadlığa buraxılıb. Musavat.com bildirir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Gültəkin Sadıqovaya da şamil edilib. Xatırladaq ki, Neftçala Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, İsmayıl Vəliyev və digər vəzifəli şəxslərlə birgə korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Xalidə Gəray Musavat.com

Read More
Cəmiyyət 

22 qadın məhkum azadlığa buraxılır – FOTOLAR

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub. Musavat.com bildirir ki, bu cəzaçəkmə müəssisəsində amnistiya aktı ilkin mərhələdə 52 nəfər qadına şamil olunub. Onlardan 22 nəfər qadın bu gün azadlığa buraxılıb. Qeyd edək ki, qadınlardan 2-si azyaşlı övladları ilə birgə cəza çəkən qadınlardır. Tədbirdə Ombudsman Səbinə Əliyevə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc və digər qonaqlar iştirak edir. Qeyd edək ki, amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis Amnistiya elan edilməsi…

Read More