Cəmiyyət 

Elektron siqaretlərlə bağlı qadağalar-komitə sədri detalları açıqladı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında 1-ci oxunuşda müzakirə olunaraq qəbul edilib. Komitə sədri Tahir Rzayev çıxış etdikdən sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihəni təqdim etdi. Bildirdi ki, qanun layihəsinin əsas məqsədi və mahiyyəti barədə komitə sədri, hörmətli həmkarımiz Tahir Rzayev ətraflı məlumat verdi: “Biz də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq elektron siqaretlərin və onların komponentlərinin idxalını, ixracını, istehsalını, saxlanılmasını,…

Read More
Cəmiyyət 

Sosial şəbəkələrlə bağlı şok təkliflər

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna təklif edilən yeni maddə (13-2.3.6-1 ) qadağan olunan informasiyaların əhatə dairəsini genişləndirir və internet informasiya ehtiyatının və onun domen adının sahibindən və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadəçisindən aşağıdakı informasiyanın yayılmasına yol verməməyi tələb edir. Musavat.com-un məlumatına görə, bunu parlamentdəki müzakirələr zamanı deputat Azay Quliyev deyib. Deputat qeyd edib ki, söhbət “Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxdud insan bədəninin hissələrinin əxlaq və…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib. Bu barədə meyxanaçının sənət dostu Ağamirzə (Ağamirzə Məmmədov) məlumat verib. Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi. Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.//Report

Read More
Gündəm 

Əli Əsədov qəzetlərlə bağlı mühüm QƏRAR İMZALADI

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması müəyyənləşib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan” qəzeti redaksiyasına, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması aşağıdakı kimidir:…

Read More
Cəmiyyət 

Tanınmış meyxanaçı Ağakərimin vəfatından DANIŞDI: “Bir neçə həftə əvvəl…”

Xəbər verildiyi kimi, meyxanaçı Ağakərim (Kərim Novruzov) 61 yaşında vəfat edib.  Həmkarı Ağamirzə Məmmədov Musavat.com-a bildirib ki, meyxanaçı bu gün saat 4-də rəhmətə gedib. O bildirib ki, bir neçə həftə əvvəl Ağakərimə baş çəkibmiş: “Gedirdim, baş çəkirdim. Danışa bilmirdi deyə, nə arzusunu, nə də vəsiyyətini bildim. Bu gün isə ailəsi ölüm xəbərini verdi”. Şahanə Rəhimli Musavat.com

Read More
Region Xəbərləri 

Dövlət hər bir vətəndaşının yanındadır

  Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Dövlət və vətəndaş həmrəyliyinin mövcud olduğu Azərbaycanda multikulturalizm, insan haqlarının qorunması dövlətin ən çox diqqət göstərdiyi istiqamətlərdən və əsas prinsiplərdəndir. Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün ölkəmizin normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr…

Read More
Cəmiyyət 

AQTA: Yeni il hədiyyə qutuları alarkən diqqətli olun

Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara müraciət edib. “İki sahil” xəbər verir ki,  Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirmək tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı…

Read More
Cəmiyyət 

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb

Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb. “İki sahil” xəbər verir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub. Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat…

Read More
Sosial 

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib. “İki sahil” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir “ASAN xidmət” və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın…

Read More
Gündəm 

Çay istehsalında ciddi azalma

İqtisadçı: “Azərbaycanda yığılan çay ümumi tələbatın heç 10 faizini təşkil etmir” Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 10 min 540,1 ton çay istehsal olunub. Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 988,2 ton və ya 8,5 faiz azdır. Ötən ilin müvafiq dövründə çay istehsalı 11 min 528,3 ton təşkil etmişdi. Rəsmi məlumatlara əsasən, noyabr ayının 1-nə olan vəziyyətə görə hazır məhsul ehtiyatı 94,0 ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,32 faiz və ya 0,3 ton çoxdur. 2024-cü ilin eyni dövründə bu…

Read More