Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasında yer alıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “MyCulture” Vahid Şəxsi Kabineti (https://my.culture.az) “MilliNet 2025” milli internet müsabiqəsinin “İlin rəqəmsal mədəniyyət və turizm həlli” nominasiyası üzrə qalibi seçilib. Mədəniyyət sahəsinin rəqəmsallaşdırılması Nazirliyin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə “e-Culture” rəqəmsal inkişaf strategiyası (2024–2026) çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində mədəniyyət ekosisteminin müxtəlif klasterlərində rəqəmsal həllərin tətbiqi genişləndirilir. Bu kontekstdə “MyCulture” vahid şəxsi kabineti xüsusi strateji əhəmiyyət daşıyır. “Giriş səhifəsi” (Landing Page) və “Kabinet” bölmələrindən ibarət olan platforma mədəniyyət sahəsində rəqəmsal transformasiyanın bünövrəsini formalaşdırır. Son iki il ərzində ölkədə mədəniyyət sahəsində ilk dəfə olaraq…
Read More