Azərbaycan–Slovakiya münasibətləri: dostluqdan strateji tərəfdaşlığa
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya etdiyi rəsmi səfər iki ölkə münasibətlərində mühüm siyasi hadisə kimi yadda qaldı. Bu səfər təkcə diplomatik təqvimin növbəti bəndi deyil, həm də Azərbaycan–Slovakiya əlaqələrinin mahiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz göstəricisi idi. Səfərin mahiyyəti iki ölkə arasındakı münasibətlərin dərinliyini göstərməklə qalmadı, həm də əməkdaşlığın gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, Azərbaycan və Slovakiya bu gün sözün əsl mənasında dost ölkələrdir və münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il imzalanan strateji tərəfdaşlıq haqqında Birgə…
Read More