Hadisə 

Milli Qəhrəmanın atası VƏFAT ETDİ

Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin atası Umud Mehdiyev vəfat edib. Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib. U.Mehdiyev 82 yaşında dünyasını dəyişib. Son zamanlar onun səhhətində ciddi problemlər yaranıbmış, bir neçə dəfə əməliyyat olunub. Mərhum Bakı şəhərində dəfn ediləcək. Əslən Laçın rayonunun Ələkçi kəndindən olan U.Mehdiyev 6 övlad atası idi. Onun oğlu Fazil Mehdiyev 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə Ağdamda erməni quldurlarının qurduğu pusquya düşüb və şəhid olub. Azərbaycan prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Milli Qəhrəman adı verilib.

Read More
Hava 

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Musavat.com-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz…

Read More
Gündəm 

Əsgərliyə çağırışla bağlı qaydalar niyə dəyişdi?

Ekspert: “Hərbi çağırış 2 dəfəyə endirilə bilər” Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişiklik baş nazir Əli Əsədov tərəfindən imzalanıb. İndiyə qədər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Həmçinin…

Read More
Siyasət 

Prezidentdən mühüm MESAJLAR – Öz ata-baba yurdlarına qayıdacaqlar!

Prezident İlham Əliyev “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir. “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaq”, – dövlət başçısı qeyd edib. Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin bu…

Read More
Cəbhədən Xəbər 

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü oldu

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Belarus nümayəndə heyəti ilə “Pilotsuz aviakomplekslərin tətbiqi və pilotsuz uçuş aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair işçi görüş” keçirilib. Müdafiə Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, görüş zamanı insansız hava sistemləri sahəsində ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib

Read More
Siyasət 

Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə GÖRÜŞDÜ

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb. Musavat.com xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu həftə NATO-nun Tbilisidəki Ofisinin rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıya gəlib. Səfər zamanı Vinnikov Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli müzakirələr aparıb. Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq…

Read More
Cəmiyyət 

“Qaçqınkom” Qobudakı yanğınla bağlı MƏLUMAT YAYDI

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən xəbərə görə, yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar. İlkin araşdırma nəticəsində müəyyən edilib…

Read More
Sosial 

Satılan kərə yağları nə qədər təmizdir? – VİDEO

Tanınmış müğənni Xuraman Şuşalı sosial şəbəkə hesabında aldığı kərə yağlarını suda həll edərək, onların keyfiyyətini sınaqdan keçirib. Müğənni bu sınaq vasitəsilə təklif edilən kərə yağlarının təbii, yoxsa marqarin tərkibli olub-olmadığını izləyiciləri ilə bölüşüb. Publika.az xəbər verir ki, müğənninin bu sınaqlarına qida məsələləri üzrə ekspert Ağa Salamov münasibət bildirib. Ekspert qeyd edir ki, kərə yağının keyfiyyətini müəyyən etmək üçün ev şəraitində aparılan testlər etibarlı deyil. Onun sözlərinə görə, keyfiyyətsiz məhsul belə suda təmiz yağ kimi görünə bilər: “Tərkibində 60% kərə yağı, 20% trans yağ və 20% su olan məhsul belə suda təmiz…

Read More
Hava 

Bu gün yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 5-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata əsasən, havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9…

Read More
Cəmiyyət 

Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi – Toydan sonra

Bərdədə 15 yaşlı qızla evlənən şəxs həbs edilib. “Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayondakı 588 saylı qəsəbədə yaşayan Ağdam rayonundan məcburi köçkün olan 23 yaşlı Nihad Məmmədli (şərti) barəsindəki cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Bildirilib ki, Nihad 2024-cü ildə 2009-cu il təvəllüdlü Züleyxa (şərti) ilə ailə qurub. Həmin tarixdə onların Bərdədəki “Qızıl Tac” şadlıq evində toyu keçirilib və yetkinlik yaşına çatmayan qız oğlanın evinə köçərək birgə ər-arvad kimi yaşamağa başlayıblar. Polis tərəfindən faktın üstü açılandan sonra Nihada Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə…

Read More