Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş – FOTO
Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağəli Məhəmməd oğlu Axundova məxsus “Aqat” şadlıq evində plandankənar yoxlama aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlama zamanı şadlıq sarayında qonaqlara təqdim edilən dana ətinin əslində baytarlıq sənədləri mövcud olan camış əti olduğu müəyyən edilib. Menyuda bu barədə hər hansı məlumatın olmaması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Camış ətinin qida təhlükəsizliyi baxımından risk yaratmasa da, bu vəziyyət müştərilərin aldatılması anlamına gəlir. Yoxlama zamanı həmçinin soyuq qəlyanaltıların hazırlanma sahəsində işçi masaların səthində zədələnmələr, mətbəx…
Read More