Gündəm 

Fuad Nəcəflinin yerinə təyin olunan Ceyhun Cəlilov KİMDİR… – DOSYE

Xəbər verdyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub. Musavat.com Ceyhun Cəlilovun dosyesini oxucularına təqdim edir: Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı…

Read More
Hadisə 

Bakıda güclü yanğın: ÖLƏN VAR

Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən yanğın nəticəsində bir nəfər ölüb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Read More
Cəmiyyət 

Azərbaycan-İslandiya oyununa hakim təyinatları AÇIQLANDI

Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb. Matç Monteneqrodan olan hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi FIFA referisi Nikola Dabanoviç olacaq. Ona Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək. VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaqlar. Qeyd edək ki, noyabrın 13-də saat 21:00-da start götürəcək Azərbaycan – İslandiya oyunu 8-ci km stadionunda keçiriləcək. (Oxu.Az)

Read More
Maraqlı 

Noyabr ayı boyunca… inanılmaz dərəcədə şanslı olacaq BÜRCLƏR

Daxili tarazlığı tapa biləcəyimiz və bizi həqiqətən xoşbəxt edən şeyləri aydın şəkildə görə biləcəyimiz vaxt gəlir. 4 bürc Kainat tərəfindən həqiqətən seviləcək.  Noyabrın 30-dək onların həyatı uğur, harmoniya və yeni imkanlarla dolacaq. Xərçəng Noyabr ayı üçün ulduz falı Xərçəng bürclərinə böyümə, özünəinam və maliyyə rifahı vəd edir. Yupiter ilk evinizi işıqlandırır, daxili harmoniyanı və sabitliyi artırır. Başladığınız hər şey taleyin dəstəyi ilə həyata keçirilir. Fürsətləri əldən verməmək vacibdir – indi işdə və şəxsi məsələlərdə uğur qazanmaq üçün əlverişli zamandır. Ayın əvvəlində Venera dördüncü evinizdən – ailə və rahatlıq evindən – keçərək…

Read More
Gündəm 

Kərim Vəliyev Selçuk Bayraktaroğluna başsağlığı verdi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Read More
Siyasət 

İlham Əliyev Ərdoğana zəng etdi

Noyabrın 11-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Musavat.com bildirir ki, dövlət başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlarqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlaına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib. Türkiyə Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.

Read More
Hava 

Hava KƏSKİN DƏYİŞİR – Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

Azərbaycanın rayonlarında noyabrın 12-də 21 dərəcə isti olacaq. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın…

Read More
Gündəm 

Türk komandodan Bakıda DUYĞULANDIRAN JEST – VİDEO

Məlum olduğu kimi, noyabrın 8-də Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Türkiyə hərbçiləri də iştirak edib. Musavat.com xəbər verir ki, paraddan sonra Bakı küçələrində gəzən türk komandolarından biri maraqlı addımı ilə yadda qalıb. Belə ki, o, qolundakı bayrağı açaraq yolunun üstündə durub onları salamlayan azyaşlıya bağışlayıb. Onun bu jesti hər kəs tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra ölkələrin ordu rəhbərliyi…

Read More