Gündəm 

TƏCİLİ! Azərbaycanla sərhəddə təyyarə qəzaya uğradı – VİDEO

Gürcüstan və Azərbaycan sərhədinə yaxın ərazidə hərbi təyyarə qəzaya uğrayıb. Musavat.com xəbər verir ki, hadisəni “İmedi” telekanalı yayıb. Qəza nəticəsində yaralananların sayı barədə məlumat verilmir, həmçinin qəzaya səbəb olan dəqiq detallar açıqlanmır. Hərbi təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir. Şahanə Rəhimli Musavat.com

Read More
Gündəm 

Zəfər paradında unudulmaz an: azyaşlıya Pakistan əsgərindən cavab – Hərbi salamın mənası və tarixi

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə keçirilən təntənəli hərbi paradda qardaş Pakistan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edib. Paraddakı ən emosional anlardan biri pakistanlı hərbçilərin keçidi zamanı yaşanıb: azyaşlı bir azərbaycanlı uşağın hərbi salamına cavab olaraq pakistanlı hərbçi addımını saxlayaraq eyni qaydada salam verib, uşağın əlini sıxaraq onunla görüşüb. Bu an qısa zamanda sosial şəbəkələrdə böyük rəğbət doğurub, dostluq və qardaşlığın rəmzinə çevrilib. Bəs “hərbi salam” nədir və bu jestin arxasında hansı tarix dayanır? Hərbi salam sadəcə bir jest deyil – bu, hərbçi şərəfinin, sədaqətin və…

Read More
Siyasət 

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğana başsağlığı verib. Musavat.com xəbər verir ki, başsağlığı mətnində deyilir: “Əziz Qardaşım. Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Read More
Siyasət 

XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik”, – məlumatda qeyd olunub. Sonda Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu vurğulanıb.

Read More
Dünya 

Ərdoğandan təyyarə qəzası ilə bağlı İLK AÇIQLAMA

  Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir. Bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O, Türkiyənin bu qəzadan minimum itki ilə çıxacağını bildirib: “Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”. (Report)

Read More
Dünya 

Moskva geri çəkilir – Lavrov qərarı açıqladı

Rusiya ABŞ-la arasında yüksək səviyyəli diplomatik dialoqun bərpasına dair siqnal verib. Musavat.com-un xəbərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Vaşinqton təşəbbüs göstərdiyi halda Vladimir Putin və Donald Tramp arasında yeni görüşün hazırlanmasını müzakirə etməyə hazırdır. Nazirin sözlərinə görə, Rusiya tərəfi ABŞ-ın əvvəllər irəli sürdüyü və son vaxtlar mediada səsləndirilən “yeraltı qazıntılar”, gizli hərbi fəaliyyət və digər şübhələrlə bağlı sualları da müzakirə etməkdən yayınmır: “Əgər amerikalılar prosesə geri dönmək niyyətini göstərsələr, biz bu mövzuları açıq şəkildə masa üzərinə qoymağa hazırıq”. Lavrov görüşün keçirilməsi üçün Rusiya üçün ən optimal…

Read More
Region Xəbərləri 

Şəhidlərin ildönümlərində xatirələri anılıb

11 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Abdullayev Nihat Adil oğlunun və Əlizadə Xəyal Nəsrəddin oğlunun ildönümlərində əziz xatirələri yad olunub.   Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidlərimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa şəhərində və Vurğun qəsəbəsində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.   Allah bütün şəhidlərimizə rəhmət eləsin!   #ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun

Read More
Gündəm 

Azərbaycan Respublikasının Konstitusiyası Günü

“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar…

Read More
Gündəm 

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.   Müstəqil Azərbaycanın inkişafında önəmli tarix. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.   Dövlətin əsas qanunu. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət…

Read More