Cəmiyyət 

“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində 111 min 111 ağac əkiləcək

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın 11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq Azərbaycanda ənənəyə çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “İki sahil”ə bildirib ki, bu il də Azərbaycan qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyir. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111  min 111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük töhfə olacaq”, – deyə İradə İbrahimova qeyd edib. Nazirliyin sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda…

Read More
Gündəm 

Güclü dövlət – güclü ordu – TƏHLİL

Döyüş taktikaları günbəgün sürətlə dəyişir. Nəticədə ənənəvi döyüşlər, zirehli döyüş texnikalarının tətbiqi ilə icra olunan hərbi əməliyyatlar tarixə qovuşur. Onların yerini zəkalı dronlar, hipersəs sürətli silahlar, hətta özü qərarlar qəbul etməyi bacaran döyüş robotları tutur. Azərbaycan da öz hərbi arsenalını mütəmadi yenilən ölkələr sırasındadır. Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda bunun şahidi olduq. Yeri gəlmişkən qeyd edək ki, hərbi parad hər dövlətin gücünü, qüdrətini və nəyə qadir olduğunu, ölkənin təhlükəsizliyinin qorunmasını nümayiş etdirən tədbir növüdür. Belə ki, həmin gün digər…

Read More
Gündəm 

Separatçıların “gerçəkləşən çay arzusu”

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Şübhəsiz, bu prosesdə o illərdə hakimiyyəti zəbt etmiş  bədnam AXC-Müsavat cütlüyünün səriştəszliyi, qətiyyətsizliyi önəmli rol oynamışdır. Yeri gəlmişkən qeyd edək ki, bu cütlüyün hakimiyyəti dövründə ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Amma 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan tarixində yeni səhifə açıldı. Belə ki, ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğunda da mühüm nailiyyətlər əldə edildi. Dövlət…

Read More
Dünya 

Tokayev Rusiyaya səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək. “Report”un Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək. “Səfər zamanı mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, – məlumatda qeyd edilib. Putin və Tokayevin Qazaxıstanın Uralsk şəhərində keçiriləcək Rusiya və Qazaxıstan arasında XXI Regional Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videokonferans formatında müraciət edəcəkləri planlaşdırılır.

Read More
Siyasət 

Yekun sülh sazişinə aylar qalıb? – Bayramovdan MÜHÜM AÇIQLAMA

Xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla sülh perspektivinə inandığını bəyan edib. Nazir bu barədə İTV-yə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması ilə bağlı son iki ili nəzərə almalı olduqlarını deyib: “2020-2023-cü ildə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz də suverenliyimizin bərpası üçün addım-addım gedirdik və 2023-cü ildə bunu tam olaraq bitirdik. Bu yeni reallıqları başa düşən Ermənistan sülh sazişi üçün həqiqi addımlar atmağa başladı. Ona görə də iki il müddətini götürməliyik”. Ceyhun Bayramov hesab edir ki, son iki ildə proqres və son olaraq Vaşinqton razılaşmalarının əldə olunması tarixi…

Read More
Gündəm 

“Dedilər, burada gözləməyin, biz evə çatanda xəbər gəldi ki, ölüb”

  Xəbər verdiyimiz kimi, İmişlidə 42 yaşlı hamilə qadın doğuş zamanı vəfat edib. “Qafqazinfo”nun xəbərinə görə, İmişli rayon mərkəzi xəstəxanasının doğum şöbəsində vəfat edən Mirvari Hətəmovanın həyat yoldaşı Daşqın Əhmədov jurnalistlərə bildirib ki, həyat yoldaşı hamiləlik sanıcısı ilə xəstəxanaya aparılıb. “Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq. Həkimlərə təhvil verdik və gözlədik. Bizə məlumat verdilər ki, burada gözləməyin, gedə bilərsiniz. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansısa bir narahatlıq olmamışdı. Demək olar ki, hər ay həkim müayinəsində olur. Bu dördüncü doğuşu idi.…

Read More
İdman 

“Zəfər turu” “Neftçi”yə düşərli olmadı

Misli Premyer Liqasının XI turu “Zəfər Bayramı”na təsadüf etdiyindən Peşəkar Futbol Liqası da bayram əhval-ruhiyyəsi yaratmış, şəhidlərimizin ruhunu uca tutmaq üçün əlindən gələni etmişdi. Qeyd edək ki, PFL komandası öz istəyinə artıqlaması ilə çatdı. Turun oyunlarına gəlincə isə “Qaranağ” “Neftçi”ni məğlub etməklə liderliyə yüksəldi. Zirvə yarışındakı əsas rəqib “Turan Tovuz”un “Zirə” ilə oyunda xal itirməsi lider dəyişkliyində həlledici məqam oldu. “Şamaxı” – “İmişli” 1:0 Qol: Karim Rossi, 79. “Şamaxı”: 1. Rikardu Fernandeş, 17. Rafael Məhərrəmli (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13.…

Read More
Cəmiyyət 

Vətən müharibəsi şəhidi Orxan Babayevin ildönümündə xatirəsi anılıb

10 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Babayev Orxan Sərvan oğlunun ildönümüdür. Bu münasibətilə Qarahəsənli kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.   Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.   Daha sonra tədbir iştirakçıları şəhid Orxan Babayevin ailəsini ziyarət edib, onların…

Read More
Cəmiyyət 

Tərtərdə polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını və ailəsini ziyarət ediblər -FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçusu, əsgər Cahangir Surxayzadənin Vətən müharibəsində şəhid olmasının ildönümü münasibəti ilə məzarını və ailəsini ziyarət ediblər.   Şəhidin əziz xatirəsi məzarı başında ehtiramla yad olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəman oğullarımızın unudulmaz xidmətlərindən söz açılıb.   Tərtər RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Məmmədov qeyd edib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların şərəfli döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq.   Şəhid Cahangir Surxayzadənin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib,…

Read More
Dünya 

Bu ölkədə güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq edildi

Yaponiyada noyabrın 9-da 6,9 bal gücündə yeraltı təkan qeydə alınan bölgədə yaxın bir həftə ərzində yeni güclü zəlzələnin baş verməsi mümkündür. Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi açıqlama yayıb. Yaponiyalı seysmoloqların proqnozuna əsasən, yaxın günlərdə oxşar gücdə yeni bir zəlzələ baş verə bilər. Bu səbəbdən yerli sakinlərə ehtiyatlı və diqqətli olmaları tövsiyə olunur./Report

Read More