Dünya 

Erməni iş adamı Gürcüstanda həbs edildi – 12 ilədək cəza ala bilər

Gürcüstanda erməni iş adamı, “Crystal Group”un sahibi Vladimir Stepanyan barəsində həbs qətimkan tədbiri seçilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib. Belə ki, ittiham tərəfi Stepanyanın şahidlərə təsir göstərə biləcəyi, sübutları məhv edə biləcəyi və ya məlumatları gizlədə biləcəyi ilə bağlı narahatlığını əsas gətirərək, onun həbs olunmasını istəyib. Məhkəmə zamanı Stepanyan məsələ ilə bağlı açıqlama verməyib. Vəkili onun 500 min lari (314232,9 AZN) girov müqabilində azadlığa buraxılmasını istəyib. O, qanunsuz sahibkarlıq fəaliyyəti və qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında ittiham olunur. Prokurorlar iddia edirlər ki, Stepanyan qanunsuz tikilmiş…

Read More
Hadisə 

Bakıda mənzildə 2 meyit TAPILDI

Paytaxtda bağlı qapı arxasında iki nəfərin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan müraciət əsasında Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə Binəqədi rayonunda yerləşən mənzilə baxış keçiriblər. Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Read More
Cəmiyyət 

İcra başçıları toya nə qədər pul yazdırır?

Bakıda şadlıq saraylarında menyuların qiyməti fərqli olduğu kimi, qonaqların bəylə gəlinə hədiyyəsi də bir-birindən kəskin fərqlənir. Orta statistik azərbaycanlı toya tək gedəndə, adətən, siyahıya 100-200 manat, məclisdə ailə üzvləri ilə birlikdə iştirak edəndə isə 300-500 manat pul yazdırır. Birinci dərəcəli qohumların “nəməri” isə bəzən daha yuxarı olur. Vəzifəli şəxslər bu məsələdə sıravi şəxslərdən ciddi şəkildə fərqlənir. Məlum olub ki, icra başçıları nazirlərin, komitə sədrlərinin övladlarının toyuna 5000 manat pul yazdırırlar. Pandemiyadan əvvəl bu məbləğ 3000 AZN olub. Bu, Azərbaycanda yazılmamış qaydalarla standart rəqəm kimi qəbul olunub. Bu ənənə uzun illərdir dəyişmir. (Yeni Sabah)

Read More
Dünya 

Putin Rusiya vətəndaşlığı üçün şərtləri sərtləşdirdi

Rusiya prezidenti Vladimir Putin ölkədə vətəndaşlıq və yaşayış icazəsinin verilməsi qaydalarını ciddi şəkildə dəyişdirən yeni fərman imzalayıb. Musavat.com xəbər verir ki, sərəncama görə, 18–65 yaş arası kişilər yalnız Müdafiə Nazirliyi ilə hərbi kontrakt imzaladıqdan sonra Rusiya vətəndaşlığına və ya yaşama icazəsinə (VNH) müraciət edə biləcəklər. Qayda bununla da məhdudlaşmır. Sənədə əsasən, Ukrayna, Qazaxıstan və Moldova vətəndaşları olan qadınlar da vətəndaşlıq üçün müraciət etməzdən əvvəl Müdafiə Nazirliyi ilə rəsmi müqavilə bağlamağa məcbur edilirlər. Beləliklə, Rusiya hakimiyyəti miqrasiya prosesində hərbi komponenti daha da sərtləşdirir və ölkənin şəxsi heyət ehtiyatının artırılması məqsədini açıq şəkildə…

Read More
Cəmiyyət 

“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində 111 min 111 ağac əkiləcək

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın 11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq Azərbaycanda ənənəyə çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “İki sahil”ə bildirib ki, bu il də Azərbaycan qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyir. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111  min 111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük töhfə olacaq”, – deyə İradə İbrahimova qeyd edib. Nazirliyin sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda…

Read More
Gündəm 

Güclü dövlət – güclü ordu – TƏHLİL

Döyüş taktikaları günbəgün sürətlə dəyişir. Nəticədə ənənəvi döyüşlər, zirehli döyüş texnikalarının tətbiqi ilə icra olunan hərbi əməliyyatlar tarixə qovuşur. Onların yerini zəkalı dronlar, hipersəs sürətli silahlar, hətta özü qərarlar qəbul etməyi bacaran döyüş robotları tutur. Azərbaycan da öz hərbi arsenalını mütəmadi yenilən ölkələr sırasındadır. Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda bunun şahidi olduq. Yeri gəlmişkən qeyd edək ki, hərbi parad hər dövlətin gücünü, qüdrətini və nəyə qadir olduğunu, ölkənin təhlükəsizliyinin qorunmasını nümayiş etdirən tədbir növüdür. Belə ki, həmin gün digər…

Read More
Gündəm 

Separatçıların “gerçəkləşən çay arzusu”

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Şübhəsiz, bu prosesdə o illərdə hakimiyyəti zəbt etmiş  bədnam AXC-Müsavat cütlüyünün səriştəszliyi, qətiyyətsizliyi önəmli rol oynamışdır. Yeri gəlmişkən qeyd edək ki, bu cütlüyün hakimiyyəti dövründə ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Amma 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan tarixində yeni səhifə açıldı. Belə ki, ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğunda da mühüm nailiyyətlər əldə edildi. Dövlət…

Read More
Dünya 

Tokayev Rusiyaya səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək. “Report”un Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək. “Səfər zamanı mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, – məlumatda qeyd edilib. Putin və Tokayevin Qazaxıstanın Uralsk şəhərində keçiriləcək Rusiya və Qazaxıstan arasında XXI Regional Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videokonferans formatında müraciət edəcəkləri planlaşdırılır.

Read More
Siyasət 

Yekun sülh sazişinə aylar qalıb? – Bayramovdan MÜHÜM AÇIQLAMA

Xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla sülh perspektivinə inandığını bəyan edib. Nazir bu barədə İTV-yə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması ilə bağlı son iki ili nəzərə almalı olduqlarını deyib: “2020-2023-cü ildə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz də suverenliyimizin bərpası üçün addım-addım gedirdik və 2023-cü ildə bunu tam olaraq bitirdik. Bu yeni reallıqları başa düşən Ermənistan sülh sazişi üçün həqiqi addımlar atmağa başladı. Ona görə də iki il müddətini götürməliyik”. Ceyhun Bayramov hesab edir ki, son iki ildə proqres və son olaraq Vaşinqton razılaşmalarının əldə olunması tarixi…

Read More
Gündəm 

“Dedilər, burada gözləməyin, biz evə çatanda xəbər gəldi ki, ölüb”

  Xəbər verdiyimiz kimi, İmişlidə 42 yaşlı hamilə qadın doğuş zamanı vəfat edib. “Qafqazinfo”nun xəbərinə görə, İmişli rayon mərkəzi xəstəxanasının doğum şöbəsində vəfat edən Mirvari Hətəmovanın həyat yoldaşı Daşqın Əhmədov jurnalistlərə bildirib ki, həyat yoldaşı hamiləlik sanıcısı ilə xəstəxanaya aparılıb. “Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq. Həkimlərə təhvil verdik və gözlədik. Bizə məlumat verdilər ki, burada gözləməyin, gedə bilərsiniz. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansısa bir narahatlıq olmamışdı. Demək olar ki, hər ay həkim müayinəsində olur. Bu dördüncü doğuşu idi.…

Read More