Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb
Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb. Yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib. Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, “TRT Avaz”, “TRT Haber”, “A Haber”, “Haber…
Read More