Siyasət 

Şahbaz Şərif: İlham Əliyev bacarıqlı diplomatiya sayəsində sülhü qazandı

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə aparan çətin yolda Azərbaycanı müdrik şəkildə istiqamətləndirib. “Report” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib. “Siz bacarıqlı diplomatiya sayəsində sülhü qazandınız”.

Read More
Gündəm 

Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır

Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır. “Report” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır: “Artıq gələcəyimizə böyük ümid və arzularla baxırıq. Prezident İlham Əliyev, bu, sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir”.

Read More
Siyasət 

Prezident İlham Əliyev: “Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir”

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib. “Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır”, – deyən dövlətimizin başçısı bütün bu tarixi nailiyyətlər münasibətilə xalqımızı bir daha təbrik edib.

Read More
Siyasət 

Hikmət Hacıyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə sülhün qarantıdır – VİDEO

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradla bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda deyilir: “Vətən müharibəsində qalib gələn xalq! Qalib Azərbaycan Silahlı Qüvvələri bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qarantıdır. Müharibədə qalib gələn Azərbaycan indi sülhdə də qalib gəlir”.  

Read More
Cəmiyyət 

Azərbaycan Ordusunun yeni “Vaşaq” və “Kobra-2” texnikaları Bakıdakı hərbi paradda nümayiş etdirilib

Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikalar əlavə edilib. Musavat.com xəbər verir ki, bunlar “Vaşaq” xüsusi əməliyyat vasitələri və “Kobra-2” zirehli tibbi təxliyyə teknikasıdır. Həmin texnikalar noyabrın 8-də Bakıda keçirilən Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə nümayiş olunub.

Read More
Cəmiyyət 

Bakıda hərbi paradda “Vikinq” hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirilib

Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikalar əlavə edilib. Musavat.com xəbər verir ki, noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda silahlanmaya yeni qəbul edilmiş yerli milli müdafiə sənayesinin “Vikinq” hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş edilib.

Read More
Gündəm 

Kremlin Qarabağda son ümidi necə dəfn edildi?

2023-cü ilin antiterror əməliyyatı olmasaydı, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddəti cəmi iki gün sonra – 10 noyabr 2025-ci ildən daha 5 il uzadıla bilərdi. Söhbət 10 noyabr (2020) kapitulyasiya sənədinin 4-cü bəndindən gedir. Orada deyilirdi: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik 5 illik müddətə artırılır”. Zərrəcə şübhə yox ki, Rusiya bunu çox istəyirdi, buna çalışırdı.…

Read More