Cəmiyyət 

Təkcə yağları deyil, bədbəxt düşüncələri də yandıran pəhriz

Yüksək yağ, az karbohidrat tərkibi ilə son illərin ən populyar arıqlama üsullarından biri sayılan ketogenik (Keto) pəhriz yalnız çəkiyə deyil, həm də əhval-ruhiyyəyə təsir göstərə bilər. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Toronto Universitetində aparılan geniş tədqiqat zamanı 15 ölkədən 41 mindən çox yetkin şəxsin məlumatları araşdırılıb. 1965-2025-ci illər arasında dərc edilmiş 50 elmi araşdırmanın nəticələri təhlil edilib. Nəticələr göstərib ki, keto pəhrizi depressiya simptomlarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu pəhrizdə karbohidratlar demək olar ki, tamamilə kənarlaşdırılır, bədən enerji mənbəyi kimi yağ yandırır və ketonlar istehsal edir. Mütəxəssislər hesab…

Read More
Gündəm 

Qalib Sərkərdə sözünü deyib: “Qorxmasınlar…”

Rusiya taxılının ardınca Qazaxıstan buğdası da Azərbaycan və Gürcüstan ərazisindən daşınaraq Ermənistana çatdırılıb. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, yük Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən tranzitlə çatdırılıb. Prezident İlham Əliyev Azərbaycandan Ermənistana taxıl daşınmasına icazə verdikdən, tranzit yollarımızı ermənilərin üzünə açıq elan etdikdən sonra hər biri 15 vaqon olmaqla iki taxıl qatarı ölkəmizin ərazisindən Ermənistana keçib. Ermənistanın baş naziri Nikol Paşinyan üçüncü dəfə dövlətimizin başçısına təşəkkür edib. Yəqin ki, bir müddət sonra ABŞ və Avropa liderləri, diplomatları İlham Əliyevin Ermənistan üçün taxıl yolunu açmasına da adekvat reaksiya verəcəklər. Hələlik Azərbaycan Prezidentinin…

Read More
Cəmiyyət 

Ermənilərin vurduğu PUA-mız geriyə NECƏ QAYITDI? – VİDEO

Vətən müharibəsində dronların qələbənin qazanılmasında xüsusi rolu olub. İndi söhbət açacağımız pilotsuz uçuş aparatı da döyüşlərdə ən öncül puası idi. Söhbət “İti qovan” puasından gedir. Kiçik-orta ölçülü, müşahidə-kəşfiyyat və eyni zamanda partlayıcı yük daşıyıb hədəfə zərbə endirə bilən bu platforma Azərbaycanın Müdafiə Sənayesi tərəfindən hazırlanan zərbə-tipli pilotsuz uçuş aparatıdır. Onun ilkin adı “Zərbə” olub, sonradan təkmilləşdirilərək “İti qovan” adlandırılıb. Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi reportajda:

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir. Musavat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu fikirlər müdafiə naziri Zakir Həsənovun 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində yer alıb. Təbrikdə qeyd olunub: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və…

Read More
Gündəm 

Bakıda Ərdoğanla Şahbaz Şərif arasında görüş olub

Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüş olub. “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstarisiyası “X” sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, hər iki ölkənin lideri Prezident İlham Əliyevlə birgə Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən Hərbi paradda iştirak ediblər.

Read More
Cəmiyyət 

Dövlət Təhlükəsizliyi Xidməti Zəfər Günü münasibətilə paylaşım edib – VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xüsusi videoçarx yayımlayıb. Musavat.com xəbər verir ki, videoçarxda Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarından fraqmentlər yer alıb. Paylaşımda Azərbaycanın dövlətçilik irsi, Ordumuzun qəhrəmanlığı və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə ehtiram xüsusi vurğulanıb. Musavat.com

Read More
Cəmiyyət 

Şuşada iki yaşayış kompleksinin inşasına BAŞLANILDI

Gələn il Şuşada bərpa-quruculuq işləri davam edəcək. Hazırda Şuşa şəhərində intensiv tikinti işləri aparılır, iki yaşayış kompleksinin inşasına start verilib. Yaxın aylarda üçüncü yaşayış kompleksinin inşasına da başlanılacaq. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib. “Gələn ilin sonu – 2027-ci ilin əvvəlində mərhələli olaraq binaları şuşalıların istifadəsinə verəcəyik. Keçmiş məcburi köçkünlərin növbəti köç dalğası baş tutacaq. Yaxın aylarda Sadıqcanın ev-muzeyinin bərpası bitəcək. Altı tarixi abidədə konservasiya layihələri həyata keçirilərək tamamlanacaq. Bundan başqa, bir neçə layihə də yekunlaşacaq. Şəhərin mərkəzi olan Qarabağ…

Read More
Siyasət 

Şahbaz Şərif: Pakistan hərbiçilərinin Azərbaycan və Türkiyə ordusu ilə birgə addımlamasını qürurla izlədim

Pakistan Ordusunun nümayəndə heyətinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə addım-addım bir sırada yürüməsini görməkdən qürur duyuram. “Report” xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif “X” platformasındakı paylaşımında deyib. “Azərbaycan Prezidentini və Azərbaycan xalqını Vətən müharibəsində tarixi qələbənin 5 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bakıda keçirilən möhtəşəm Zəfər Paradına şahidlik etmək mənim üçün böyük şərəfdir – bu parad Azərbaycanın igidliyini və birliyini nümayiş etdirir. Zəfər Paradı çərçivəsində əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşməkdən məmnun oldum. Biz tarixi, dərin köklərə malik qardaşlıq əlaqələrimizin genişləndirilməsi…

Read More
Gündəm 

“Onkoloji xəstələrin pulu artırılsın…” – Komitə sədrindən təklif və reaksiya

Ölümlə döyüşən bu xəstələrin sayı ilbəil artır, ayrılan vəsait isə yetərli deyil; icbari tibbi sığortanın vəsaiti hesabına bu sahəyə diqqət göstərilməsinə çağırış edildi “2026-cı ilin dövlət büdcəsində 45 faiz sosial sahəyə yönləndiriləcək”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.  O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard manata çatdırılacaq: “Müqayisə üçün deyim ki, 5 il bundan öncə bu xərclər 8 milyon təşkil edirdi. Əminəm ki, gələcəkdə bütün səhiyyə xidmətləri icbari tibbi sığortaya cəlb ediləcək”. Komitə sədri…

Read More
Siyasət 

Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olubFOTO

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezident Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü olub. Musavat.com xəbər verir ki, görüşdə Türkiyə Prezidenti və Pakistanın Baş naziri Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə dövlətimizin başçısını bir daha təbrik edib, Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Söhbət zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edilib, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib. Liderlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri ilə bağlı…

Read More