Siyasət 

“Ankara bütün səfirliklərinə bənzəri olmayan tapşırıq vermişdi” – VİDEO

“Müharibə günlərində Ankaradan Türkiyənin bütün səfirliklərinə gedən bir mesaj var idi ki, Ankaradan gələn təlimatla Bakıdan gələn təlimat eyni qüvvəyə malikdir. Yəni Bakıdan nə təlimat gəlirsə, Ankaradan bunu yoxlamadan yerinə yetirməlisiniz”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib. “Təbii ki, diplomatik etiketə uyğun olaraq biz bunu etmirdik. Sözümüz olanda Türkiyə XİN vasitəsilə çatdırırdıq. Ancaq bu mesajın verilməsi dünya diplomatiyasında bənzəri olmayan faktdır. Sözdə deyil, əməldə əsl qardaşlığın bir təzahürü idi”, – nazir bildirib. O, müharibə dövründə Türkiyəyə məxsus F-16-ların Azərbaycanda olmasının…

Read More
Gündəm 

Hadrutun azad olunması Moskva danışıqlarında necə dönüş yaratdı?

“Moskvada danışıqlarda olarkən Hadrutun azad olunması ilə bağlı xəbər çıxdı”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib. “Artıq danışıqlar gedirdi. Danışıqların bəlli bir məqamında Fariz Rzayev mənə yaxınlaşdı, dedi ki, Prezidentin Azərbaycan xalqına müraciəti olub. Hadrut azad edilib. Təxminən ondan 10-15 dəqiqə sonra erməni nümayəndə heyətində bir təşviş gördük, nəzərəçarpan bir məyusluq hiss olundu. Məlumat onlara da çatmışdı. Biz bu arqumentdən danışıqlarda istifadə etdik. Mnatsakanyan 5+2 formatından danışanda, dedik ki, bu formul ümumilikdə işləmir, çünki artıq, Cəbrayıl, Hadrud azad olunub. O…

Read More
Cəmiyyət 

Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu

Gəncəyə düşən raket zərbələri nəticəsində valideynlərini itirən Sevil Əliyeva ana olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş məlumat verib. “Sevili dağıntılar altından xilas edən Talış onu öz xanımı etdi. Şükürlər olsun ki, bir neçə dəqiqə bundan qabaq onların Rəşad adlı oğulları dünyaya göz açdı. Bu, bizim üçün ən gözəl Zəfər bayramı hədiyyəsi oldu. Sevil mənim öz balamdır və onu çox istəyirəm. Ümid edirəm ki, valideynlərinin ruhu şaddır, çünki nəvələri dünyaya göz açdı”.

Read More
Cəmiyyət 

2025-ci ilin iqtisadiyyat xəbərləri…

Artım çoxdur, yoxsa azalma? Artıq 2025-ci ilin sonlarına yaxınlaşırıq. Bu dövrdə Azərbaycanda iqtisadiyyatın bəzi sahələrinin  inkişafı da müşahidə olunmaqdadır. Bəs cari ilin doqquz ayında iqtisadiyyatın hansı sahələrində artım və ya azalma qeydə alınıb? 9 ayda dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib 2025-ci ilin yanvar – oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 229,9 milyon…

Read More
Cəmiyyət 

Taksi sürücülərinin imtahanı nə vəd edir?

Ekspert: Qeyd etmək lazımdır ki, günümüzdə taksi fəaliyyətini əyləncə naminə yerinə yetirən, gündəlik və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün artıq bu fəaliyyət əlçatmaz olub Azərbaycanda taksi xidməti göstərən sürücülərin peşəkarlığının yoxlanılması məqsədilə imtahan sisteminin tətbiq olunması nəqliyyat sektorunda aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirilir. Bu qərar həm sərnişin təhlükəsizliyini təmin etməyə, həm də xidmət keyfiyyətini artırmağa yönəlib. İmtahan mexanizmi taksi bazarında şəffaflığı, məsuliyyətliliyi və təhlükəsizliyi təmin etməklə yanaşı, ictimai nəqliyyatın keyfiyyət göstəricilərini də yüksəltməyi hədəfləyir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən taksi…

Read More
Cəmiyyət 

Zəfər Günü münasibətilə Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil edilib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil olunub. ADSEA-dən “İki sahil”ə bildirilib ki, aksiya çərçivəsində Agentliyin və onun tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə 1850 ədəd ağac əkilib. Ağacəkmə aksiyası respublikanın bütün şəhər, rayon və qəsəbələrində eyni zamanda həyata keçirilib və Agentlik tərəfindən ümumilikdə ölkə üzrə 12 mindən çox ağac əkilib. Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ekoloji mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.

Read More
Gündəm 

Beynəlxalq sülh və əməkdaşlıq layihəsi – TRIPP marşrutu

30 illik zaman kəsiyindən sonra Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsini birləşdirəcək, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək bu strateji layihənin regionda yeni nəqliyyat imkanları yaratması Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək. ABŞ Prezidenti Donald Trampın bildirdiyi kimi, TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təkcə yeni nəqliyyat erası deyil, həm də Ağ Evin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən tarixi sülh sazişinin nəticəsidir. Doğrudan da, 8…

Read More
Gündəm 

Qüdrətli dövlət, şanlı ordu

9 Noyabr – Dövlət Bayrağı Günüdür. Hər bir bayram özündə mühüm çağırışları ifadə edir. Nəzərə alsaq ki, hazırda bütün bayramlarımızı Zəfər ab-havasında qeyd edirik, bu halda bugünədək edilən çağırışlara yenilərinin əlavə edilməsi şəksizdir. Artıq beş ildir üçrəngli Bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan hərbi paradda səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü…

Read More
Gündəm 

Milli həmrəyliyin rəmzi

Beş il ərzində dövlətin sosial siyasətinin ən uğurlu nümunələrindən birinə çevrilən “YAŞAT” Fondu təkcə sosial layihə kimi deyil, həm də mənəvi dəyər, milli həmrəyliyin rəmzi kimi formalaşıb Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə öz tarixində yeni bir mərhələyə qədəm qoydu. Bu Qələbə dövlətimizin gücünü, xalqımızın birliyini, ordumuzun rəşadətini təcəssüm etdirir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı bu tarixi zəfərin bünövrəsini təşkil etdi. Bu gün həmin Zəfərin ideya dayaqları – Vətənə sədaqət, şəhidliyə ehtiram və insana qayğı prinsipləri dövlət siyasətində ardıcıl şəkildə həyata…

Read More
Siyasət 

Şuşanın azad olunmasından beş il ötür

Bu gün Şuşanın işğaldan azad olunmasından beş il ötür. “İki sahil” xəbər verir ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ…

Read More