Gündəm 

TÜİB-dən Zəfər Günü paylaşımı – VİDEO

Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi Zəfər Günü ilə bağlı paylaşım edib.  Musavat.com xəbər verir ki, Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi video-çarx yayımlayıb. Paylaşımda Qarabağın azad olunması və Zəfər Gününün əhəmiyyəti vurğulanıb. Videoda bu tarixi günün qürur və fəxr mənbəyi olduğu qeyd edilib. Musavat.com

Read More
Gündəm 

Zəfərin beş yaşı – bu gün Azərbaycan yenidən doğulduğu gündür

Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin beçinci ildönümü – Zəfər Günü qeyd olunur Musavat.com xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44…

Read More
Gündəm 

Şuşanın azad olunmasından beş il ötür

Bu gün Şuşanın işğaldan azad olunmasından beş il ötür. “Report” xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini…

Read More
Siyasət 

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı – VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”

Read More
Siyasət 

Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb. Musavat.com xəbər verir ki, bəyanatda 8 noyabrda azərbaycanlıların qəlblərinə həkk olunan bu möhtəşəm tarixin, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin bayram edilməsilə yanaşı, milli gücün, qətiyyətin və birliyin əbədi rəmzi olduğu bildirilib. Qeyd olunub ki, beş il öncə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əzmkar liderliyi və silahlı qüvvələrin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. “Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi –…

Read More
Şou biznes 

“Təranə azadlığa buraxıla bilər”

Prodüser Təranə Səmədovanın vəkili Nurlana Quliyeva onun cəzasının azaldılması barədə danışıb. O, bu barədə “Təsir dairəsi” verilişinə açıqlamalar verib. Vəkil bildirib ki, Təranə azadlığa çıxa bilər: “Təranə Səmədova 6 il müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilib, Ali Məhkəmənin qərarına əsasən şikayətimiz qismən təmin edilib. Cəzası 5 ilə endirildi. Təranə Səmədova 7 fevral 2023-cü ildən həbsdədir. Onun həbs müddətini həmin müddətdən hesablandıqda Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq cəzasını cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə hüququ yaradır. Qısa müddət sonra təkrar müraciət edərək qanunvericiliyin tələbi üzrə…

Read More
Siyasət 

Zəfərimizin 5 yaşı – Bu gün möhtəşəm hərbi paraddır

8 Noyabr regionda yeni düzənin formalaşmasının başlanğıcıdır; Qarabağın azadlığına həsr olunan tədbirdə əsl müttəfiqlərimiz –  Türkiyə və Pakistan liderləri də iştirak edəcək  Bu gün – 8 noyabr Zəfər Günüdür. Şuşanın erməni işğalından qurtuluşunu (8.11.2020), 44 günlük Vətən müharibəsində qələbəmizi simvolizə edən, xalqımızın qürurunu özünə qaytaran möhtəşəm bir tarixdir 8 noyabr. Bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Qarabağı, Şuşanı işğaldan azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və…

Read More
Gündəm 

Əsgərlərimizə şad xəbər – 2026-cı ildən…

Hərbi qulluqçulara mobil cihaz və yeni nömrə verilməsi xidmətin keyfiyyətinə necə təsir edəcək?  Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azercell Telekom MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində “Azercell” ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə “Əsgərcell” adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq. 2026-cı ildən etibarən qüvvəyə minəcək “Əsgərcell” təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5 nömrəni “ağ siyahı”ya əlavə…

Read More
Siyasət 

Paşinyan Göyçədən danışdı və… çaşdı – Bakıdan sərt cavab

Süni şəkildə yaradılan Ermənistan Çar Rusiyasının xəritələrində necə qeyd oluna bilərdi? – tarixçidən şillə kimi faktlar Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 3-də AMEA-da çıxışı zamanı indiki Ermənistan ərazisindəki toponimlərin, yəni coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu bildirib.  “Təkcə 20-ci əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb”, – Prezident vurğulayıb…

Read More