Cəmiyyət 

Kiberhücumlara qarşı Azərbaycan müdafiəsini gücləndirir – mütəxəssislər danışır

Azərbaycanda kiber təhlükəsizlik sahəsində son illər müəyyən irəliləyişlər əldə olunsa da, bu istiqamətdə hələ də ciddi problemlər qalmaqdadır. Xüsusən dövlət qurumlarının, təhsil müəssisələrinin və özəl sektorun informasiya sistemlərinin müdafiəsi tam yetkin səviyyədə deyil. Kiber hücumların, məlumat sızmalarının və fişinq halların artması rəqəmsal mühitin təhlükəsizliyini təhdid edir. Əsas problemlərdən biri də kiber savadlılığın zəif olması və bu sahədə ixtisaslı kadr çatışmazlığıdır. Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyev də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bu məsələyə toxunub: “İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır…

Read More
Gündəm 

Pakistanın Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı – VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Pakistandakı səfirliyi yayıb. Bildirilib ki, həmçinin İslamabadda yerləşən Parlament binası və Pakistan Ali Məhkəməsi də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.    

Read More
Gündəm 

İşləməyən şəxs icbari tibbi sığortanı necə ödəyəcək? – Ödəməsələr cəriməsi var

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər. Onlar tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq (aylıq təxminən 16 AZN-red). Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən…

Read More
Cəmiyyət 

Vətəndaşların nəzərinə: Pensiya kapitalı bu qədər artacaq

Azərbaycanda gələn il üçün minimum pensiya məbləğinin artırılmayacağı açıqlanıb. Bu qərar sosial təminat sistemində müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, vətəndaşların fərdi pensiya kapitalına, yəni topladıqları sosial sığorta yığımlarına bunun təsirinin olub-olmayacağı maraq doğurur. Bəs gələn il pensiya kapitalı artacaqmı və bu məbləğ nəyə əsasən hesablanacaq? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, hökumət hər il inflyasiya səviyyəsini nəzərə alaraq pensiya kapitalının indeksləşdirilməsini həyata keçirir və bu, əmək pensiyalarının artımını təmin edir: “Pensiya kapitalı hər il əmək pensiyalarının indeksləşdirilməsi ilə paralel şəkildə artırılır. Yəni hökumət inflyasiyaya uyğun olaraq…

Read More
Gündəm 

Zəngəzur dəhlizində son mərhələyə doğru: Horadizdən Ağbəndə uzanan yollar – TƏHLİLFOTO

İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri sözün həqiqi mənasında heyrətamizdir. Zəfərdən keçən 5 il ərazində həyata keçirilmiş infrastruktur və digər layihələrə nəzər salanda görülmüş işlərin miqyasının nə dərəcədə böyük olduğu meydana çıxır. Bu işlərin mühüm hissələrindən biri heç şübhəsiz ki, Zəngəzur dəhlizinin Azərbaycan tərəfində həyata keçirilən layihələrdir. Horadizdən Zəngilanın Ağbənd qəsəbəsinə uzanan yol boyu Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəlməsi, yeni magistrallar, tunellər, körpülər bir zamanlar dağıdılmış torpaqlarda həyatın necə sürətlə bərpa olunduğunu göstərir. Bu gün burada – Azərbaycanın cənub-qərb sərhədində – ölkənin iqtisadi gələcəyini müəyyən edən iki mühüm…

Read More
Cəmiyyət 

Sabah ilin ən güclü maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) alimləri 2025-ci ilin ən güclü geomaqnit qasırğasının noyabrın 7-də gözlənildiyini açıqlayıblar. Günəşdən Yerə doğru hərəkət edən plazma buludlarının ilkin hərəkət modeli, geomaqnit aktivliyinin ilkin proqnozu ilə birlikdə hazırlanıb. Hazırda proqnoz noyabrın 5-də gecə baş verən ən son, ən güclü alovları nəzərə almır və 24 saat ərzində onu gücləndirmək üçün yuxarıya doğru yenidən nəzərdən keçiriləcək. Qrafiklərdə nə göstərilməsindən asılı olmayaraq, noyabrın 7-də Yer ilin ən güclü geomaqnit qasırğasını və son illərin ən güclülərindən birini yaşayacaq. Alimlərin…

Read More
Cəmiyyət 

Qəşəm Nəcəfzadəyə vəzifə verildi

Tanınmış şair Qəşəm Nəcəfzadə Audiovizual Şuranın üzvü təyin edilib. “Qafqazinfo” xəbər verir ki, təyinat Audiovizual Şuranın rəsmi saytında açıqlanıb. “Azərbaycan Prezidentinin 08 oktyabr 2025-ci il tarixli 739 nömrəli Sərəncamı ilə Qəşəm Nəcəfov Audiovizual Şuranın üzvü təyin edilib”. Qeyd edək ki, Şuranın Q.Nəcəfzadə ilə birgə 6 üzvü var. Audiovizual Şuranın sədri İsmət Səttarovdur.

Read More
Gündəm 

Qüdrətli Azərbaycanın ədalətli və demokratik Konstitusiyası

Xalqımız Ali Qanunumuzun 30 illiyini qürur və şərəflə qeyd edir Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi…

Read More
Gündəm 

Qarabağın tacı Şuşa

Şəhərin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovdu və noyabrın…

Read More
Gündəm 

Dövlətçilik, milli həmrəylik və qürurun simvolu – Üçrəngli Bayrağımız

9 Noyabr  Dövlət Bayrağı Günü xalqımızın qəlbində və yaddaşında müstəqillik, əzmlə qorunan suverenlik və bir millətin birliyini təcəssüm etdirən gün kimi yaşayır Noyabrın 9-u Azərbaycan xalqı üçün xüsusi rəmzi məna daşıyan bir gündür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il bu tarix ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu gün qeyri-iş günü olan dövlət bayramlarının siyahısına daxil edilib. Azərbaycan xalqı üçün bu tarix yalnız bir dövlət atributunun xatırlanması deyil, həm də müstəqilliyimizin, milli kimliyimizin və birliyimizin parlaq təcəssümüdür. Üçrəngli Bayrağımızın…

Read More