Gündəm 

Cəmi beş il əvvəl…

Xankəndində yaşayan Araik səhər evindən çıxıb, Hadrutdakı çaxır zavoduna baş çəkir, oradan özünü Şuşaya günorta yeməyinə çatdırır, sonra Laçına, oradan da maşınını 300-350 kilometr cənub istiqamətində sürüb Xudafərin körpüsünün yanında siqaret sümürüb bu işğaldan həzz alırdı… 5 il keçir, amma hələ də yuxu kimidir. Bəlkə də 44 gün yox, 4 ay, Allah göstərməsin, hətta 4 il uzanan Vətən müharibəsi olsaydı… Axı işğal çox uzun çəkmişdi- 4 il, 14 il, 24 il? Yox daha uzun… Ona görə bu Qələbəni 44 günə nə qədər çalışırıqsa, sığışdıra bilmirik, möcüzə kimi 5 il… İndi…

Read More
Cəmiyyət 

Elektrik mühərrikli avtomobillərin ƏDV-yə cəlb edilməsi bazara necə təsir göstərəcək?

Gələn ildən elektrik mühərrikli avtomobillərin idxalı və satışı əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. Bu dəyişiklik avtomobil bazarında qiymət dinamikasına, istehlakçı davranışına və ümumi rəqabət mühitinə təsir göstərə bilər. ƏDV-nin tətbiqi elektrik avtomobillərinin qiymətlərinin artmasına, nəticə etibarilə isə satış tempinin müəyyən qədər zəifləməsinə səbəb ola bilər? Nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında bildirib ki, idxal olunan elektromobillər əlavə dəyər vergisinə cəlb ediləcəksə, təbii ki, bu növ nəqliyyat vasitələrinin qiymətində yüksəlmə olacaq. O, qeyd edib ki, elektromobillərin əlavə dəyər vergisinə cəlb edilməsi avtomobil bazarına ümumilikdə ciddi təsir etməyəcək. “Elektromobillərə bizim ölkədə…

Read More
Region Xəbərləri 

8 noyabr – Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir

06 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “8 noyabr – Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib.   Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksini ziyarət ediblər, abidə kompleksinin önünə gül dəstələri düzüblər və şəhidlərimizin əziz xatirələrini ehtiramla anıblar.   Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.…

Read More
Gündəm 

Elmin inkişafına daim böyük diqqət göstərilir

Dövlət başçısı İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirak etdi. “Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər” söyləyən cənab İlham Əliyev bildirdi ki, Akademiya 80 il ərzində böyük yol keçmiş, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi.   Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir…

Read More
Gündəm 

“Zəfər Günümüz Müstəqil Azərbaycanın əzəmətinin, birlik və həmrəyliyimizin təntənəsidir” – YAP İH üzvü

“8 Noyabr- Zəfər Günü, Azərbaycan xalqının tarixində qürur, şərəf və milli birliyin rəmzi olan möhtəşəm bir gündür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız qələbə dövlətimizin gücünü, xalqımızın iradəsini və ordumuzun yenilməzliyini bütün dünyaya göstərdi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib. Asif Əsgərli deyib ki, Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandan, Müzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi: “44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi, siyasi və mənəvi qüdrətinin bariz nümunəsi oldu. Azərbaycan xalqı bu 44…

Read More
Gündəm 

Dilimizin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

  Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.” Dövlət başçısı İlham Əliyev noyabrın 3-də keçirilən  Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında onu da əlavə olaraq bildirdi ki, təmiz, saf, ədəbi Azərbaycan…

Read More
Cəmiyyət 

Prezidentin qızları sərgi-satış yarmarkasında – Fotolar

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər. “Qafqazinfo” xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər. Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai…

Read More
Cəmiyyət 

Bakı Kitab Mərkəzində “Zəfər sevinci” adlı musiqili-ədəbi gecə keçirilib

Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfər sevinci” adlı ədəbi-musiqili gecə təşkil olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. “İki sahil” xəbər verir ki, tədbirin əvvəlində Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva şəhidlərimizin qəhrəmanlığının hər zaman xalqımızın qürur mənbəyi olduğunu bildirib. O…

Read More
Cəmiyyət 

Kiberdələduzların yeni fəndləri

Ekspert: İnsanların “rəqəmsal savadsızlığı” kiberdələduzların işini asanlaşdırır Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etməsi ilə paralel olaraq kiberdələduzluq hallarında da dinamikanın artması müşahidə olunur. Onlayn ödənişlər, sosial şəbəkə hesabları, elektron ticarət platformaları və dövlət xidmətləri artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu rahatlıq, eyni zamanda, özü ilə yeni risklər də gətirir. Son aylarda kiberdələduzlar daha təkmil üsullardan istifadə edərək vətəndaşların şəxsi məlumatlarını ələ keçirmək, maliyyə vəsaitlərini mənimsəmək və saxta kimliklər vasitəsilə saxtakarlıq törətmək istiqamətində fəallaşıblar. Mütəxəssislərin müşahidələrinə görə, əvvəllər əsasən e-poçt və SMS vasitəsilə həyata keçirilən dələduzluq formaları indi…

Read More