Gündəm 

Tarixi Zəfərə gedən yol

Tarixi Zəfərimizin beş ili tamam olur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı   Zəfər tarixi milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Bu şanlı Qələbəmiz daim keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» əməliyyatı  gücümüzün, birliyimizin təqdimatı oldu. Müharibənin  ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir…

Read More
Gündəm 

Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.

Prezident İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edərək, Akademiyanın ölkəmizin elmi inkişafında mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, səkkiz onillik ərzində Azərbaycan elmi müxtəlif dövrlərdə – həm sovet, həm də müstəqillik illərində – mühüm nailiyyətlər qazanıb və bu prosesdə Akademiyanın rolu əvəzsiz olub. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə elmin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, həmin dövrdə yeni tədqiqat institutlarının yaradıldığını, elmin maddi-texniki bazasının gücləndirildiyini xatırladıb. O, bu siyasətin bu gün də…

Read More
Region Xəbərləri 

8 Noyabr – Zəfər Günüdür

04 noyabr 2025-cü il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Düzqışlaq kənd” və “Xılxına kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının…

Read More
Region Xəbərləri 

Ağstafa rayonunda şəhidlərin doğum günündə və ildönümündə xatirələri anılıb

04 noyabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidləri Babayev Mustafa Elman oğlunun doğum günü və Orucov Xudayyət Vilayət oğlunun ildönümü münasibətilə məzarları ziyarət edilib, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri böyük ehtiramla yad olunub. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhidlərimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Read More
Gündəm 

Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti

Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da…

Read More
Gündəm 

Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb

Prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında qeyd edib ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər.   Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi.   Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat…

Read More
Gündəm 

Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır

Prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.   Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının, dediyim kimi, təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun…

Read More
Gündəm 

Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı dövlət başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir. Ölkə başçısının səsləndirdiyi fikirlər elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj idi. Bu baxımdan, Prezidentin çıxışını “yol xəritəsi” adlandırmaq tam yerinə düşür. Çünki burada həm elm adamlarının qarşısında duran yeni vəzifələr müəyyən olunur, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyin konturları aydın şəkildə ifadə edilir.   Azərbaycan elminin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Məhz onun dövlətçilik zəkası, uzaqgörən siyasəti və…

Read More
Region Xəbərləri 

Elmin dövlət siyasətində tutduğu strateji yeri

Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir.   Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Bir sözlə, müasir dövrün sosial-siyasi reallıqlarının,…

Read More
Region Xəbərləri 

Şanlı Zəfərimizin təqdimatı

Tarixi Zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Tariximizə qızıl hərflərlə yazılan 8 noyabr-Zəfər Günü dünənimizə baxış, qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.   Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdır. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi…

Read More