Cəmiyyət 

Qubaya 10 sm qar yağdı (VİDEO)

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli və intensivdir. Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qrızda (Quba) 10, Şahdağ və Xınalıqda (Quba) 8, Laza (Qusar) və Kəlbəcərdə 3 sm-dir. Düşən yağıntının miqdarı Qusarda 20, Ağstafa, Qubada 19, Yevlaxda 7, Şəki, Qax, Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmaz, Şahbuzda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şabran, Şamaxı, İsmayıllı, Sədərəkdə 3, Bakıda və Abşeron…

Read More
Cəmiyyət 

Ağalıda ikinci mərhələdə istifadəyə veriləcək binalar qazla təmin edilib

Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsində bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin edilib. “İki sahil” xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib. Onun sözlərinə görə, bu mərhələdə istifadəyə veriləcək evlərin sayı 103 ədəd təşkil edir. Bunlar 55 ədəd 2 otaqlı fərdi yaşayış evləri, 3 ədəd isə 3 mərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı mənzillər, 12 ədəd isə…

Read More
Cəmiyyət 

Qablaşdırmanın təhlükəsizliyi üçün yeni standartlar hazırlanır

Məhsəti Hüseynova: Bu kimi yeniliklərin tətbiqində beynəlxalq standartlar və təcrübələr əsas götürülərək Azərbaycanın da bu inkişafda öz yerini alması cəmiyyətə töhvə verəcək Azərbaycanda istehlak bazarının dayanıqlığını və məhsulun təhlükəsizliyini təmin etmək məqsədilə “Qablaşdırmanın təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi hazırlanıb. Sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə işlənib və ictimai müzakirələr başa çatdıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Yeni reqlamentin əsas məqsədi insanların həyat və sağlamlığını, əmlakını, eləcə də ətraf mühiti, heyvan və bitki aləmini qorumaqdır. Layihə qablaşdırma vasitələrinin istehsalı, daşınması, saxlanması və utilizasiyası…

Read More
Gündəm 

Müşahidə missiyası “binokl şou”sunu davam etdirir

Ermənistandakı Avropa İttifaqının (Aİ) müşahidə missiyası hələ də fəaliyyətini davam etdirməkdədir. Hətta bu qurum bu günlərdə “X” səhifəsində “gecə-gündüz Ermənistan-Azərbaycan sərhədi boyu müşahidə və patrul xidməti apardığını” bildirib. Şübhəsiz, müşahidə missiyası bununla belə fikir formalaşdırmağa çalışır ki, guya bölgədəki sabitlik məhz onun xidməti sayəsində mümkün olub. Bununla da özünü regionda sülhün “xilaskarı” kimi göstərməyə, sülh prosesinin mahiyyətinə kölgə salmağa çalışır. Bu fakt da bir daha göstərir ki, Aİ-nin Ermənistanın Azərbaycanla şərti sərhəd xətti yaxınlığında yeləşdirdiyi “mülki missiya” adlanan qüvvələrin məqsədi heç də regionda davamlı sülhün bərqərar olunmasına xidmət etmir. Yeri…

Read More
Gündəm 

Böyük Qayıdışın növbəti mərhələsi

Prezident İlham Əliyevin sözləri ilə desək, Zəngilan Azərbaycanın gələcəyinin şəhəridir – çünki burada qurulan hər bina, hər məktəb, hər körpü azadlıq, müasirlik və Vətən sevgisinin ifadəsidir Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunmaqdadır. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Beş ildir ki, ata-baba yurdumuzdan azan səsi gəlir, bu ərazilərdə şanlı üçrəngli Bayrağımız dalğalanır. Qarşıda duran əsas vəzifə işğaldan…

Read More
Gündəm 

Güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə…

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir “Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr – Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu.”…

Read More
Gündəm 

Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinin təminatıdır

Ölkə fermerləri bu il hansı uğurlara nail olublar? Bu gün bəşəriyyəti  narahat edən təhlükələrdən biri də gözlənilən ümumdünya ərzaq qıtlığıdır. Artıq bu narahatlıq beynəlxalq təşkilatların hesabatlarında da davamlı olaraq müşahidə edilir. Məhz bu səbəbdən də indi  hər bir ölkə öz ərzaq təhlükəsizliyi üçün önəmli addımlar atmağa çalışır. Xüsusilə indi kənd təsərrüfatının strateji əhəmiyyətliliyi  hər gün daha qabarıq görünür. Yəni, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişləndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari…

Read More
Gündəm 

Leyla Əliyeva “Hirkan” sənədli filminin təqdimatında iştirak edibFOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Hirkan” sənədli filminin təqdimat mərasimində iştirak edib. Musavat.com xəbər verir ki, təqdimat oktyabrın 29-da Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində keçirilib. Film IDEA İctimai Birliyinin “Azərbaycanın 12 möcüzəsi” adlı xüsusi layihəsi çərçivəsində hazırlanan növbəti ekran işidir və Azərbaycanın təbiət incilərindən biri olan Hirkan Milli Parkına həsr olunub. “Hirkan” sənədli filmi ölkəmizin nadir flora və faunasına malik bu təbiət guşəsinin unikal ekosistemini və onun qorunması istiqamətində həyata keçirilən fəaliyyətləri özündə ehtiva edir. Filminin rejissoru İqor Bışnyovdur. Layihənin təşəbbüskarı olan…

Read More
Cəmiyyət 

Paytaxtın bir sıra rayonlarında qaz olmayacaq

Bu gün (30.10.2025-ci il tarixdə) saat 09:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq. “Azəriqaz”dan Musavat.com-a verilən məlumata görə, bu səbəbdən Səbail rayonu üzrə Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R. Rza küçələrinin və Neftçilər prospektinin, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bununla yanaşı, Nizami rayonu üzrə Q.Qarayev prospektinin, A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi, İ.Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi,…

Read More
Cəmiyyət 

BDYPİ-dən yağışlı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır. Musavat.com xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə deyilib. Bildirilib ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir. “Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin”, – məlumatda deyilir. Həmçinin…

Read More