Rayon rəhbərləri niyə bir-bir həbs olunur – “mini krallıqların” sonu, yoxsa… ?
Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən genişmiqyaslı əməliyyat keçirilib. Əldə olunan ilkin məlumata görə, əməliyyat korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılıb. Bu əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər vəzifəli şəxs saxlanılıb. Qeyd edək ki, İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, uzun müddət bölgədə əsas fiqurlardan biri hesab olunurdu. Lakin son illər dövlət səviyyəsində aparılan antikorrupsiya siyasəti fonunda onun da adı tez-tez neqativ kontekstdə hallanırdı. Əslində, Rzayevin saxlanılması ictimaiyyətdə elə…
Read More