Hava 

Sabah yağış yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı…

Read More
Cəmiyyət 

Dəmir yolu xətlərinə 37 dəfə kənar əşya qoyulub

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC qatarlarının maşinistləri qatar yoluna kənar əşyalar qoymaq səbəbindən 37 dəfə təcili tormozlama ediblər. Bu barədə Musavat.com-a ADY-dən məlumat verilib. Bildirilib ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb. Hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub. Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar.

Read More
Cəmiyyət 

“Ramiz Mehdiyev Fəxri xiyabanda dəfn olunacaq”

Akademik əgər 3-4 il öncə “uspet” edə bilsəydi… Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev hazırda cinayət məsuliyyətinə cəlb olunmuş, dövlət çevrilişinə cəhd, vətənə xəyanət və külli miqdarda vəsaitlərin leqallaşdırılması ittihamları ilə Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq altındadır. Musavat.com xəbər verir ki, 87 yaşlı Mehdiyevin səhhətində ciddi problemlər olduğu bildirilir. Əslində, bu hadisələr olmasaydı, bu gün oxuduğunuz başlıq – “Ramiz Mehdiyev Fəxri xiyabanda dəfn olunacaq” – tamamilə fərqli mənada xəbər lentlərini bəzəyəcəkdi. Təsəvvür edin ki, bu hadisələr baş verməyib, Ramiz Mehdiyev dünyasını dəyişib və dövlət televiziyaları “xalqın görkəmli alimi”, “böyük dövlət xadimi”…

Read More
Hadisə 

Toyunda ölən Əfsanə 7 aylıq hamilə imiş – Bir evdə yaşayırmışlar

Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy günü faciə ilə nəticələnib. Gənc gəlin toy zamanı özünü pis hiss edib və xəstəxanaya aparılsa da, həyatını itirib. Əfsanə uzun müddət nişanlısı ilə birgə yaşasa da, rəsmi toy mərasimi oktyabrın 28-də baş tutub. Toyun başlamasından təxminən bir saat sonra qızın səhhəti qəfil pisləşib. Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya bildirib ki, gəlin 7 aylıq hamilə olub və valideynlər bu vəziyyəti gizlətmək üçün toyun təşkilini tələsdiriblər. Onun sözlərinə görə Əfsanə və həyat yoldaşı Dolu kəndində qeydiyyatda olsalar…

Read More
Siyasət 

Azərbaycan Rotterdam Konvensiyasına QOŞULDU

Azərbaycan “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulub. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib. Konvensiya adından göründüyü kimi 10 sentyabr 1998-ci ildə Niderlandın Rotterdam şəhərində imzalanıb.

Read More
Gündəm 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə 30 sentyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, sərəncama əsasən, Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib. Nazirlər Kabineti qanundan irəli gələn məsələləri həll etməli, Xarici İşlər Nazirliyi səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.

Read More
Siyasət 

Dövlət başçısı hətta onların əllərini sıxdığı anlarda… – MÜHÜM YAZI

Azərbaycan dövləti və xalqı öz tarixinin ən möhtəşəm dövrünü yaşayır. Bu reallığı anlamaq üçün müstəqilliyin ilk illərindən bu günə qədər keçilən mərhələlərə nəzər salmaq kifayətdir. Azərbaycan xalqı ölüm-qalım mücadiləsindən qalib çıxaraq fiziki mövcudluğunu qorudu, sabitliyi təmin etdi, özünü müstəqil millət kimi tanıdaraq dünyaya tanıtdı. Beynəlxalq iqtisadi bazarlarda yer aldı, milli identikliyini qlobal təzyiqlərə baxmayaraq qorumağı bacardı və “Qalib ölkə” statusuna yüksəldi. Bu, xalqın iradəsi və dövlətin prinsipial siyasəti nəticəsində mümkün oldu. Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Asif Adil deyib. Politoloq bildirib ki, Azərbaycan dövləti və xalqı bu gün regionda tamamilə yeni geosiyasi…

Read More
Gündəm 

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması ilə bağlı mühüm addım atılır. Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalının verdiyi məlumata görə, artıq iki ölkənin icbari sığorta büroları arasında bu istiqamətdə razılaşma imzalanıb və sistemin qurulması prosesi başlayıb. Yeni sistem sayəsində Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana gələn və ya Azərbaycan nömrəsi ilə Türkiyəyə daxil olan avtomobillər avtomatik şəkildə tanınacaq. Bu, həm sərhəddə yoxlamaları asanlaşdıracaq, həm də sığorta fırıldaqları və sənəd saxtakarlığı hallarının qarşısını alacaq. Bundan başqa, qəza baş verdiyi halda zərərçəkmişlərə ödənişlərin daha sürətli həyata keçirilməsi mümkün olacaq. Özgür…

Read More
Gündəm 

AZAL Gürcüstanın aviasiya bazarında ilk altılıqda yer alıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın hava limanlarında sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 14 %, uçuşların sayı isə 18 % artıb. Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, 9 ayda Gürcüstanın hava limanları ümumilikdə 6 milyon 489 min 755 sərnişinə xidmət göstərib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 5 milyon 682 min 304 nəfər olub. Məlumata görə, Gürcüstan aviasiya bazarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC ən çox sərnişin daşıyan aviaşirkətlər arasında ilk altılığa daxil olub. AZAL 2025-ci ilin ilk doqquz ayında 358 min 291 sərnişin daşıyıb və ümumi bazarın 6 %-ini təşkil edib. Bazarda liderliyi Macarıstanın…

Read More
Cəmiyyət 

Bahalaşma balıq bazarını da “VURDU”: satıcılar şikayətlənir VİDEO

Bazarda balığın satış qiyməti son günlər əhəmiyyətli dərəcədə yüksəlib. Satıcılar Musavat.com-a bildiriblər ki, balığın bir kiloqramı orta hesabla 2-3 manata qədər bahalaşıb. Bir neçə həftə əvvəl 10-11 manata satılan “Farel” balığı hazırda 12-13 manata təklif olunur. Diqqətçəkən digər məqam isə qiymətlərin yüksək olmasının məhsulun çeşidinə təsir etməsidir. Satıcıların sözlərinə görə, bazarda əsasən “Farel” balıqları satılır, çünki onlar süni şəkildə yetişdirilir. “Kütüm”, “Xəşəm” kimi balıqlar isə qıt olduğuna görə gətirilmir. Reportajın daha geniş versiyasına videomaterialda baxa bilərsiniz. Afaq Mirayiq, Montaj:Rafət Şahbazov Musavat.com

Read More