Siyasət 

Pakistan Senatının sədri Azərbaycanda – FOTOLAR

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycana səfərə gəlib. Məqsəd Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etməkdir. Senat sədrini Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More
Cəmiyyət 

Rəşad Dağlı əməliyyat olundu

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat tibb məntəqəsində həyata keçirilib. Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib: “Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”. Fotoda: vəkil Elvin Əliyev Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay…

Read More
Cəbhədən Xəbər 

Parada hazırlıq – VİDEO

Bakıda 8 Noyabr Zəfər Günü münasibətilə keçiriləcək hərbi parada hazırlıqlar davam edir. “İki sahil” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən məlum olur ki, hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib. Bakı səmasında bir neçə “Su-25” qırıcı təyyarəsi də görülüb. Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr Sərəncamına əsasən, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Read More
Cəbhədən Xəbər 

Bərpa və quruculuq yolunda ən təhlükəli maneə

Mina problemi artıq təkcə lokal humanitar məsələ deyil, qlobal inkişaf gündəliyinin tərkib hissəsidir XXI əsrdə münaqişələrin bitməsi sülhün bərpası demək deyil. Müharibələrin ən səssiz, lakin ən uzunömürlü silahı minalardır. Bu partlayıcı qalıqlar müharibə bitəndən illər sonra belə, sanki “gözə görünməz düşmən” kimi insanların həyatına, iqtisadi dirçəlişə, humanitar sabitliyə zərbə vurur. Bu, təkcə təhlükəsizlik problemi deyil, həm də bərpa, demoqrafiya, iqtisadiyyat və sosial ədalət məsələsidir. Azərbaycan ərazisinin 13 %-dən çoxu mina təhlükəsi ilə əhatə olunub Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən “Baş…

Read More
Gündəm 

Zəngəzur dəhlizi siyasi sabitlik layihəsidir

Mütəxəsislərin hesablamalarına görə, TRİP-nin illik yükdaşıma potensialı 15 milyon tondan çoxdur Zəngəzur dəhlizi –TRİPP (Trump Route for International Peace and Prosperity)-regionda iqtisadi inteqrasiyanın, ticarət əlaqələrinin və geosiyasi sabitliyin gücləndirilməsini hədəfləyən qlobal layihədir. Dəhliz eyni zamanda, ölkəmizin logistik mərkəz kimi mövqeyini möhkəmləndirən iqtisadi rıçaqdır. Həmçinin Orta dəhlizin əsas halqasına çevrilməklə, Şərq−Qərb ticarət axınında mühüm rola malik olmaqla Azərbaycan-Trkiyə-Mərkəzi Asiya iqtisadi əlaqələrini fiziki müstəvidə birləşdirəcək. Son son bir neçə ildə baş verən müharibələr və ölkələrarası münaqişələr nəqliyyat dəhlizlərinin əhəmiyyətini artıran faktordur. Məsələn, Orta Dəhliz üzərindən yük daşımalarının müddəti ənənəvi dəniz yolu ilə…

Read More
Gündəm 

Nəhayət, Eçmiədzin murdarlığın zəncirindən qurtulacaqmı?..

Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə qara geyimdə canlı efirə çıxaraq bildirib ki, Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib Bir müddət əvvəl baş nazir Nikol Paşinyan ölkə parlamentində keçirilən “Hökumət saatı”ndakı çıxışında bir daha bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq. Baş nazir erməni kilsəsini və katalikosu mənəvi dəyərlərdən uzaq olmaqda ittiham edib: “Heç bir güzəşt olmayacaq, sizə açıq deyirəm. Bundan söhbət gedə bilməz. Ktriç Nersisyan (II Qareginin əsl adı-red) getməlidir. O, nə qədər tez getsə, bir o qədər yaxşıdır. Onu heç nə xilas…

Read More
Gündəm 

Türkiyənin şərəfli tarixi

Türkiyə Cümhuriyyəti – 102 Bu gün qardaş Türkiyə ümumtürk inteqrasiyasını Türk Dövlətləri Birliyinə doğru yönləndirən əsas hərəkətverici qüvvə kimi dünyada yeni geosiyasi nizamın ən fəal qurucularından biri rolunda çıxış edir Tarixin bütün zamanlarında bəşəriyyətin siyasi təkamül proseslərinin önündə gedən türklərin tarixi dünya tarixinin ən önəmli bir seqmentini təşkil edir. Tarixin ən uzun ömürlü imperiyalarından biri olmuş Osmanlının (1299-1922) varisi olan türklər Şərq və Qərb sivilizasiyalarının ən yüksək dəyərlərini vəhdətə gətirərək sağlam ruhlu türk milli ideologiyasını ərsəyə gətirməyi bacarmışlar. Türklər Birinci Dünya müharibəsindən imperiya (Osmanlı) olaraq məğlub, lakin dövlət olaraq (Türkiyə…

Read More
Dünya 

Balıkəsirdəki zəlzələ və dağıntılardan görüntülər – VİDEO

Musavat.com xəbər verir ki, Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra sosial şəbəkələrdə yeni video və foto görüntülər yayılıb. Paylaşımlarda binaların silkələndiyi, bəzi tikililərdə dağıntıların olduğu görünür. Yerli sakinlərin sözlərinə görə, zəlzələ zamanı güclü səs və silkələnmə müşahidə olunub, bir çoxları panika içində evlərini tərk edib. Hazırda AFAD və xilasedici qruplar bölgədə araşdırma və qiymətləndirmə işlərini davam etdirirlər. Rəsmi qurumların məlumatına görə, xəsarət alanlar barədə dəqiqləşdirilmiş məlumatlar toplanır, binaların təhlükəsizlik vəziyyəti yoxlanılır.   Musavat.com

Read More
Dünya 

Türkiyədə məktəblər bağlandı: təhsilə fasilə verildi

Balıkəsirdə təhsil bir günlük dayandırıldı Musavat.com xəbər verir ki, Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ səbəbindən vilayət üzrə tədrisə bir gün fasilə verilib. Balıkəsir Valiliyinin sosial media hesabında yayılan açıqlamada qeyd olunub ki, 27 oktyabr yerli vaxtla saat 22:48-də baş verən zəlzələnin ardından bölgədə təhlükəsizlik tədbirləri və binaların texniki yoxlanışı aparılır. Bu məqsədlə Sındırgı və ətraf bölgələrdə bütün təhsil müəssisələrində dərslər bir gün müddətinə təxirə salınıb. Valilik sakinlərə rəsmi məlumatları izləməyi və ehtiyatlı davranmağı tövsiyə edib.

Read More
Siyasət 

Moskvadan Ağ Evdəki anlaşmaya “genosid” hədəsi

Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı – şok səbəb; Kreml böyük normallaşma prosesinə qarşı  Rusiya postsovet ölkələrinə qarşı köhnə imperiya siyasətindən hələ də əl çəkməyib. XİN rəsmisi Mariya Zaxarovanın ötən həftəsonu verdiyi təxribatçı açıqlama bu qənaəti bir daha təsdiqlədi.  XİN sözçüsü baş nazir Nikol Paşinyan və digər erməni rəsmilərinin uydurma “erməni soyqırımı”nı xarici siyasətin prioritet mövzuları sırasından çıxarmasından güclü sarsıntı keçirdiyini söyləyib, baş naziri və komandasını “xəyanətkar” adlandırıb. Sitat: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar müqəddəs saydıqları şeylərə…

Read More