Siyasət 

Hakan Fidanın müavini Bakıda – FOTOLAR

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycanda səfərdədir. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Nazir müavini Bakıda siyasi məsləhətləşmələrdə iştirak edəcək. Berris Ekinci Türkiyə səfirliyində olub, Fəxri və Şəhidlər xiyabanlarını və Türk şəhidliyini ziyarət edib.

Read More
Gündəm 

Aİ-95 benzini ilə bağlı rəsmi məlumat yayıldı

Azərbaycanda Aİ-95 benzininin istehsalı kəskin azalıb. Musavat.com xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi yayıb. 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 45% azalaraq 13,8 min ton təşkil edib. Eyni zamanda, Aİ-92 markalı benzinin istehsalı 1 067,54 min ton olub ki, bu da illik müqayisədə 2,1% artım deməkdir. Ümumilikdə isə ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.

Read More
Hava 

Bu tarixdən hava dəyişir – Leysan olacaq: XƏBƏRDARLIQ

Oktyabrın 29-u axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 30-u gündüzədək bəzi bölgələrdə hava qeyri-sabit olacaq, arabir yağış yağacaq və şimşək çaxacaq. Sinoptiklər bildirir ki, ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal edilir. Eyni zamanda, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Read More
Cəmiyyət 

Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır

Azərbaycanda “Məişət sobaları, plitələr və aspiratorlara ekodizayn tələblərinə dair Texniki reqlament” və “Məişət sobaları və aspiratorların enerji etiketlənməsinə dair Texniki reqlament” layihələri hazırlanıb. Musavat.com xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə ərsəyə gətirilib. İctimai müzakirələr başa çatdıqdan sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Yeni texniki reqlament məişət elektrik və qaz sobalarına (o cümlədən bişiricilərdəki sobalara), məişət qaz plitələrinə, eləcə də məişət elektrik aspiratorlarına (qeyri-məişət məqsədli istifadə üçün bazara çıxarılan aspiratorlar da daxil olmaqla) şamil olunur.

Read More
Gündəm 

Ramiz Mehdiyevin Azərbaycana xəyanətini sübut edən Kremlə yazılan məktub üzə çıxdı – FOTOFAKT

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib. Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı. Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir. Musavat.com Apa-ya istinadən Ramiz Mehdiyevin ünvanladığı məktubu təqdim edir. Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə…

Read More
Siyasət 

Prezident bu ölkədəki səfiri GERİ ÇAĞIRDI

Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Read More
Siyasət 

“Bakı üçün Tiflisdəki sabitlik həyati vacibdir” – DETALLAR

Siyasi analitik: “Paşinyan “sülh mələyi” rolunu oynamır, əksinə…” Ermənistan üçün “sülh” hələ də tanış olmayan bir məfhum olaraq qalır. Baş nazir Nikol Paşinyan parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı ölkənin Azərbaycanla münasibətlərinin normallaşmasına toxunaraq, sülhün bərqərar olması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Ermənistan müstəqillik əldə etdiyi ilk gündən bəri davamlı münaqişə vəziyyətində olub. Daha əvvəl isə Paşinyan “əsl Ermənistan” ideologiyasını “böyük Ermənistan” anlayışı ilə müqayisə edərək, ölkənin iqtisadi inkişafı naminə ərazi iddialarından imtinanın zəruriliyini vurğulamışdı. Eyni zamanda qonşu Gürcüstanda vəziyyət stabillikdən uzaqdır. Tiflisdə, keçmiş prezident…

Read More
Sosial 

300 metrlik zülm: Yeni Klinikanın qarşısında niyə dayanacaq yoxdur? – AYNA-dan açıqlama

Yeni Klinikaya ictimai nəqliyyatla getmək bir zülmə çevrilib. Musavat.com-un redaksiyasına müraciət edən paytaxt sakinləri bildirirlər ki, xəstəxananın qarşısında avtodayanacaq olmadığı üçün avtobuslar klinikadan təxminən 300 metr aralıda dayanır. Bu məsafə yaşlı və xəstə insanlar üçün ciddi çətinlik yaradır. Sakinlər qeyd edirlər ki, insanlar həmin yolu piyada qət etməli olurlar ki, klinikaya daxil ola bilsinlər. “Ötən dəfə avtobusla yaşlı anamı xəstəxanaya aparırdım. Təsəvvür edin, əsa ilə gəzən anam avtobusdan düşdü və neçə yüz metrlik yolu piyada getdi. Klinikaya çatanda halı pisləşdi. Olmazmı ki, avtodayanacaq birbaşa klinikanın qarşısında quraşdırılsın? Xəstə və yaşlı…

Read More
Siyasət 

Meksikaya səfir təyin olunan Seymur Fətəliyevin DOSYESİ

Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Musavat.com diplomatın dosyesini təqdim edir: Seymur Həbib oğlu Fətəliyev 19 iyul 1973-cü ildə anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999-2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006-2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb. 2009-2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis…

Read More