Siyasət 

Yaponiyaya səfir təyin olunan Fərid Talıbov kimdir?

Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sənədə əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Fərid Yunis oğlu Talıbov həmin posta təyin edilib. Musavat.com-un əldə etdiyi məlumata görə, bu təyinata qədər F.Talıbov Azərbaycan Xarici İşlər Nazirliyində Asiya idarəsinin rəis müavini idi. Nigar HƏSƏNLİ, Musavat.com

Read More
İdman 

“Çox əsəbiləşdim, sonradan Elvinlə sakit söhbətimiz oldu”- Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Atletik”ə qarşı keçirilən matçda Elvin Cəfərquliyevin müzakirə olunan epizodu barədə danışıb. Təcrübəli mütəxəssis müdafiəçini cəzalandırıb-cəzalandırmadığı barədə sualı cavablandırıb. “Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır”, – o bildirib. Qeyd edək ki, Elvin Cəfərquliyev həmin matçda əks-hücum zamanı Emmanuel Addainin yanlış ötürməsindən sonra ona əsəbiləşmişdi və oyuna davam etməyərək komanda yoldaşına etiraz etmişdi.

Read More
Cəmiyyət 

Bakı-Ağstafa qatarından istifadə edənlərin NƏZƏRİNƏ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 1-də Bakı-Ağstafa, noyabrın 2-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu barədə Musavat.com ADY-yə istinadən xəbər verir. Məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Read More
Siyasət 

Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək. Bunu APA-ya açıqlamasında Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib. Tahir Mirkişili deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti…

Read More
Gündəm 

BAŞLANDI! Mehdiyevin ƏSAS ADAMININ oğlu İŞDƏN ÇIXARILDI, parlamentdəki adamları İFŞA OLUNDU

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib. Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar…

Read More
Cəbhədən Xəbər 

Partlayış səsləri gəlsə, qorxmayın! – Nazirlik xəbərdarlıq etdi

Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv ediləcəyini açıqlayıb. 27-31 oktyabr tarixlərində istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına uyğun olaraq Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonundakı təlim mərkəzində məhv ediləcək. Müdafiə Nazirliyi partlayış səslərinin əhali arasında təşviş yaratmaması üçün xəbərdarlıq edib və narahatlığa heç bir əsas olmadığını bildirib.

Read More
Cəmiyyət 

Daha bir şəhidimizin nəşi tapıldı – FOTO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb. Şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır. Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olub. /”Teleqraf”

Read More
Cəmiyyət 

Qaranohur gölündə “tıxac” yarandı – VİDEO

Müxtəlif tur şirkətlərinin təşkil etdiyi səfərlər nəticəsində son günlər Qaranohur gölündə böyük insan sıxlığı müşahidə olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə göl ətrafına istirahət üçün gələn insanların çoxluğu açıq şəkildə görünür. Şəhərin səs-küyündən uzaqlaşıb təbiətin qoynunda dincəlmək istəyən bir çox vətəndaş göldə yaranan izdihamdan narazılıq edib. Onların sözlərinə görə, bu qədər sıxlıq həm istirahət şəraitini çətinləşdirir, həm də təbiətə zərər vurma riski yaradır. Ekoloqlar da bildirirlər ki, belə hallarda təbiət ərazilərinə nəzarətin gücləndirilməsi və turist axınının tənzimlənməsi vacibdir.

Read More