Cəmiyyət 

Nazirlik pensiya ödənişləri ilə bağlı məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Read More
Hadisə 

Bərdədə maşın arxa aşdı – Ölən var

Bərdədə maşın su arxına aşıb, sürücü ölüb. Hadisə rayonun Məşədibişli kəndində baş verib. Belə ki, Koroğlu Rzayev idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Bərdə rayonu, Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedən kəndarası yolda yolun idarəetməni itirərək idarə etdiyi avtomobil yolun kənarında olan su arxının içərisinə aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Read More
Sosial 

Əcnəbi ilə evlənmək: irsi xəstəliklərin sonumu, milli dəyərlərin itkisimi?

Son illərdə Azərbaycanda maraqlı və mübahisəli bir tendensiya müşahidə olunur. Belə ki, azərbaycanlı qadın və kişilərin əcnəbilərlə ailə qurması halları nəzərəçarpacaq dərəcədə artıb. Bu fakt cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalar doğurur: bəziləri bunu sosial-mədəni açılım və qloballaşmanın təbii nəticəsi kimi dəyərləndirir, digərləri isə milli-mənəvi dəyərlərə, ailə institutuna və hətta genefonda potensial təhlükə kimi baxır. Sosioloqların fikrincə, bu prosesin miqyası artmağa davam edərsə, uzunmüddətli perspektivdə Azərbaycan cəmiyyətinin demoqrafik və genetik strukturunda müəyyən dəyişikliklər baş verə bilər. Onların sözlərinə görə, artıq bəzi ailələrdə mədəniyyət, dil və tərbiyə fərqləri ciddi problemlər yaradır. Belə…

Read More
Hadisə 

Bakı metrosunda DAVA – HƏBS EDİLDİLƏR

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə metronun “Koroğlu” stansiyasında insident baş verib. İnsident metronun “Koroğlu” stansiyasında qeydə alınıb. Məlumata görə, platformada bir qrup şəxs arasında mübahisə yaranıb və bu, səs-küyə səbəb olub. Hadisə yerinə gələn polis əməkdaşları dərhal vəziyyətə müdaxilə ediblər. Qaydanı pozan 4 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Məhkəmənin qərarına əsasən, onların hər biri 30 sutka inzibati həbs cəzası alıb. Hazırda insidentin səbəbləri araşdırılır./lent.az

Read More
Gündəm 

Azərbaycan bu ölkənin xilasına tələsir – Qarşıdakı qış…

Ukraynaya qaz satmaq istəyən Bakıya hər hansı təzyiq rıçağı varmı? Ukrayna Azərbaycandan qaz tədarük edə bilər. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib ki, ehtiyac olarsa, qaz alışı həyata keçirilə bilər: “Əlavə qazı Yunanıstandan da əldə edə bilərik. Müxtəlif ölkələrlə də razılaşma var. Həmçinin Azərbaycanla da. Hamı bu istiqamətdə işləyir. Qaz məsələsi həll ediləcək”. Qeyd edək ki, Rusiya son aylarda Ukraynanın qaz hasilatı və nəqli infrastrukturuna dayanmadan zərbələr endirir. Xüsusilə oktyabrın 3-də endirilən kombinə olunmuş zərbələr ölkənin qaz hasilatını dəfələrlə azaldıb. Bloomberg-in məlumatına görə, Ukrayna 3 oktyabrda…

Read More
Cəmiyyət 

10 minə Həcc ziyarəti – QMİ-nin qiymət artımının səbəbi

Azərbaycanda Həcc ziyarətinin qiyməti 6100 dollar, yəni təxminən 10 400 manata çatıb. Məsələn, 2018-ci ildə qiymət 4150 dollar, yəni 7055 manat olub. Deməli, ötən müddət ərzində qiymət 3400 manata yaxın – az qala 50 faiz artıb. Qafqaz Müsəlmanları İdarəsinin builki bahalaşma ilə bağlı izahında deyilir: “Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib”. Qiymət artımı və yekun məbləğ (6100 dollar) nə…

Read More
Gündəm 

“ƏDV geri al” gözəllik salonlarını silkələdi – qiymətlər qalxacaqmı?

“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək. Suallar yaranır ki, gözəllik salonu və kosmetoloji…

Read More
Gündəm 

Vətəndaşlar kredit borcunu niyə qaytarmır – səbəb gəlirdir, yoxsa..?

Son 5 ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi müxtəlif istiqamətlərdə dəyişib. Valyuta.az xəbər verir ki, 2025-ci il sentyabrın 1-i vəziyyətinə görə, gecikmiş kreditlərin ümumi məbləği 530,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya 12,21% artım deməkdir. Gecikmiş kreditlər problemi necə həll edilə bilər, bağışlanması mümkündürmü? Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, Azərbaycanda gecikmiş kreditlərin həcmi getdikcə artır: “İlk baxışda rəqəmlər kiçik görünsə də, əslində bu tendensiya çox ciddi təhlükənin xəbərçisidir. Doğrudur, hazırda problemli kreditlərin ümumi…

Read More
Cəmiyyət 

Regionlarda yeni universitetlərin açılması gözlənilir?

Ölkəmizdə ali təhsil müəssisələrinin əksəriyyətinin paytaxt Bakıda cəmlənməsi uzun illərdir müzakirə mövzusudur. Bu vəziyyət bir tərəfdən tədris və elmi potensialın paytaxtda toplanmasına şərait yaratsa da, digər tərəfdən regionların sosial-iqtisadi və intellektual inkişafını ləngidir. Son illər bəzi bölgələrdə yeni ali məktəblərin yaradılması, filialların açılması və təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində addımlar atılsa da, bu proses hələ tam sistemli xarakter daşımır. Bir çox bölgələrdə gənclərin keyfiyyətli ali təhsil alması üçün lazımi şərait mövcud deyil. Qeyd etmək lazımdır ki, dünyanın inkişaf etmiş ölkələrində, hətta ən kiçik şəhərlərdə belə universitetlər fəaliyyət göstərir. Bu təhsil ocaqları…

Read More