Cəmiyyət 

Soğan anbarlarda qalıb: Fermerlər məhsulun ucuzluğundan gileylənirlərVİDEO

Fermerlər bu il soğanın qiymətinin aşağı olmasından narazıdırlar. Onlar qazanc əldə etmək məqsədilə soğan əkiblər, lakin məhsulu sata bilmirlər. Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, Ağdamlı fermerlərin sözlərinə görə, əvvəlki illərdə də soğan əkiblər, ancaq bu il sahədən gəlir əldə etmək mümkün olmayıb. Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixrac imkanlarının olmamasını göstərirlər. Hazırda əllərindəki məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını qeyd ediblər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Read More
Region Xəbərləri 

Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi və strateji əməkdaşlığın inkişafı baxımından həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoymasını nümayiş etdirir və Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının gələcək perspektivlərini ortaya qoyur. Görüş zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin dərin köklərini, beynəlxalq əməkdaşlığı və regionun nəqliyyat-logistika potensialının inkişafı ilə bağlı mühüm layihələrin çox ciddi geosiyasi əhəmiyyətə malik olduğunu qeyd etdi. Fəxr ilə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri təkcə…

Read More
Cəmiyyət 

Gündə 30 qram qoz-fındıq demensiya riskini azalda bilər – həkim açıqladı

Qastroenteroloq Saurabh Sethi bildirib ki, gündəlik qoz-fındıq istehlakı demensiya riskini azaltmağa kömək edir. “The Daily Mirror” qəzetinə verdiyi müsahibədə o, qoz-fındığın beyin üçün faydalı maddələrlə zəngin olduğunu açıqlayıb: antioksidantlar, minerallar, yağ turşuları və lif. Sethi izah edib ki, bu maddələr iltihabı azaldır, qan təzyiqi və xolesterin səviyyəsini normada saxlayır, nəticədə beyni erkən yaşlanmadan qoruyur. Həkim vurğulayıb ki, gündə 30 qram duzsuz qoz-fındıq yeyənlərin demensiya riski, qoz-fındıq yeməyənlərlə müqayisədə təxminən 17% aşağıdır. Eyni zamanda, o qeyd edib ki, qoz-fındıq təkbaşına möcüzəvi vasitə deyil; nəticə yalnız balanslaşdırılmış, sağlam qidalanma ilə mümkün olacaq.//E-saglam.az

Read More
Cəmiyyət 

Sel olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Oktyabrın 26-sı gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Read More
Cəmiyyət 

Bu gündən heyvan bazarları bağlanır

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb. Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır. Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq. Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər. Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində…

Read More
Cəmiyyət 

Övlad sahibi olmaq “bahalaşır” – Təklif

Ginekoloq: “Toylara pul tapılır, uşağın yaranmasına gələndə dövlətin puluna göz dikilir” Süni mayalanma və sonsuzluğun müalicəsi kimi xidmətlərin əhəmiyyəti getdikcə artır. Lakin hazırda bu istiqamətdə tibbi müdaxilələr yalnız özəl sektorda həyata keçirilir. Ailə qurub övlad sahibi olmaq istəyən, lakin maddi imkanı məhdud olan cütlüklər isə bu tibbi imkanlardan kənarda qalır. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva (Modern.az) bildirib ki, süni mayalanma prosedurunun icrası “Əhalinin sağlamlığının qorunması” haqqında qanunda 5-ci fəsil, 29-cu maddədə süni mayalanma haqqında fundamental hüquqi çərçivə müəyyən edilib. Deputatın sözlərinə görə, burada qeyd olunur ki, yetkinlik yaşına…

Read More
Gündəm 

Gecikmiş kreditlərin məbləğində rekord – Bağışlamaq olarmı?

Son 5 ildə əhalinin ödəmə vaxtı keçmiş borclarının həcmi dəyişib; iqtisadçı sərt qərarların tətbiqini təklif edir Son 5 ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi müxtəlif istiqamətlərdə dəyişib. Valyuta.az xəbər verir ki, 2025-ci il sentyabrın 1-i vəziyyətinə görə, gecikmiş kreditlərin ümumi məbləği 530,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya 12,21% artım deməkdir. 2024-cü ildə gecikmiş kreditlərin həcmi 473,1 milyon manat olub ki, bu da 2023-cü ilin 534,3 milyon manatlıq göstəricisindən 61,2 milyon manat və ya 11,45% az deməkdir. Yəni həmin il…

Read More
Cəmiyyət 

Meyitdən ilk dəfə qaraciyər köçürülən Mənzər Şərifova: Yenidən həyata qovuşdum

Meyitdən ilk dəfə qaraciyər köçürülən Mənzər Şərifova əməliyyatdan sonra həyatının tamamilə dəyişdiyini, yenidən həyata qovuşduğunu deyib. “Report”un Sumqayıt bürosu xəbər verir ki, Mənzər Şərifova bu barədə jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, iki il ərzində dializ müalicəsində olub: “Axşam saat 12 radələrində həkimdən zəng gəldi və mənə orqan köçürülməsi ediləcəyini bildirdilər. Çox sevindim. Əməliyyat uğurla keçdi və özümü çox yaxşı hiss etdim. Sonradan öyrəndim ki, mənə köçürülən orqan meyit donordan götürülüb. Bu xəbəri eşidəndə həm duyğulandım, həm də çox sevincli oldum. Çünki uzun müddət dializdə olarkən çox çətinliklər çəkirdim –…

Read More
Cəmiyyət 

Naxçıvanda duz istehsalı niyə dayandırılıb? – AÇIQLAMA

Naxçıvan deyiləndə ilk olaraq bu qədim diyarın simvollarından biri olan duz yada düşür. Əsrlər boyu keyfiyyəti və təbii tərkibi ilə seçilən Naxçıvan duzu bölgənin ən məşhur nemətlərindən biri sayılıb. Lakin hazırda vəziyyət fərqlidir, Naxçıvanda yerli duz tapılmır. Sakinlərin sözlərinə görə, artıq bir neçə aydır ki, satışda Naxçıvan duzu yoxdur. Onlar bildirirlər ki, hazırda mağazalarda Türkiyədən və digər ölkələrdən gətirilən duzlar satılır, lakin bu duzlar yerli duzun dadını və keyfiyyətini əvəz etmir. “Gözümüzü açıb Naxçıvan duzu görmüşük, indi xaricdən gələn duzlar bizə uyğun gəlmir” – deyə sakinlərdən biri bildirib. Naxçıvan Muxtar…

Read More
Siyasət 

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir. Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında…

Read More