Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyətində Dövlət qulluqçuları üçün maarifləndirici təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “Fəaliyyət Planı”nın 8.10.1.tapşırığının (dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi) icrası ilə əlaqədar Bərdə Rayonu İcra Hakimiyyətinin başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularına İcra Hakimiyyəti tərəfindən 23 oktyabr 2025-ci il tarixində İcra Hakimiyyətinin inzibati binasında “dövlət qulluqçularının etik davranışı mövzusu”nda təlim keçirilib. Keçirilmiş təlimin əsas məqsədi dövlət qulluqçularının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu xidməti fəaliyyətləri…

Read More
Sosial 

Ölkədə iş saatını azaltmaq təklifi

Ekspertlərin fikrincə, belə bir modelin mərhələli şəkildə tətbiqi həm nəqliyyat yüklənməsini azaldar, həm də… Azərbaycanda iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Bu dəfə məsələ təkcə sosial rifah və əmək hüquqları kontekstində deyil, həm də Bakıdakı tıxac probleminin azaldılması ilə əlaqələndirilir. Qeyd edək ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi artıq gündəmdədir. Bu dəyişikliklər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün…

Read More
Gündəm 

Naxçıvanda turizm böhranı

Normal PR və yol quruculuğu olsa, Əshabi-Kəhf mağarasına ildə on minlərlə turist cəlb etmək olar  Naxçıvana gələn turistlərlə bağlı rəsmi statistika açıqlanıb. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib – bu, ötən ilin eyni dövrünə nisbətən 24,3% azdır. Hesabat dövründə Naxçıvanda 27 355 nəfər xarici turist özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05% azdır. Natiq Cəfərli İqtisadçı Natiq Cəfərli sosial media hesabında sual edib ki, Naxçıvanda xarici turistlərin özünə aid mənzilləri…

Read More
Cəmiyyət 

Leyla və Arzu Əliyevalar qızları ilə sərgidə… – Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Eşq-i Nur” sərgisindən qızı ilə birgə fotolar paylaşıb. “Qafqazinfo” xəbər verir ki, sərgiyə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və onun qızı da qatılıb. Qeyd edək ki, Heydər Əliyev Fondu, ICESCO, Nəsimi Festivalı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə işıq, sevgi və sənətin birləşdiyi unikal bir mədəniyyət hadisəsidir. Sərgi 25 sentyabr – 25 oktyabr tarixlərində Şirvanşahlar Saray Kompleksində keçirilir.

Read More
Cəmiyyət 

Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoyubmuş – Video

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 ay əvvəl itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib. “Qafqazinfo”nun məlumatına görə, mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb. Nəticədə də hadisənin üstü açılıb. Məlumata görə, qətl gündüz törədilib. Hadisənin səbəbi isə dəqiq məlum deyil. Mərhumun əmisi oğlu deyir ki, həyətləri yaxın olsa da, nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatları olub. Qonşular isə bildirirlər ki, ailədə…

Read More
Cəmiyyət 

11 tələbənin Prezident təqaüdü dayandırılıb

Ötən tədris ilində Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 11 nəfərin 2025/2026-cı tədris ilinin payız semestri üzrə təqaüdünün verilməsi dayandırılıb. Bu barədə Bakı Ali Neft Məktəbindən (BANM) məlumat verilib. SOCAR-ın Bakı Ali Neft Məktəbindən bildirilib ki, hazırda Bakı Ali Neft Məktəbində ümumilikdə 90 tələbə Prezident təqaüdünü almaqdadır. Əlavə olaraq qeyd edilib ki, Prezident təqaüdünün verilməsi və ya dayandırılması tələbələrin hər semestr üzrə akademik göstəricilərinə əsasən müəyyən olunur. BANM-dan verilən məlumata görə, müvafiq göstəriciləri növbəti semestrdə yaxşılaşdıran tələbələr üçün təqaüdün bərpası nəzərdə tutulur. Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği…

Read More
Cəmiyyət 

Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq

  5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “İki sahil”ə verilən məlumata görə, Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360000 km-dən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7–14% böyük və təxminən 15–30% parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq…

Read More
Gündəm 

Şuşa razılaşmasının hərbi bəndi işə düşdü – BAŞLAYIR

Xüsusi təyinatlılarımız Birləşmiş Ərəb Əmirliklərinin bölmələri ilə təlimlərə başlayıb; Azərbaycan hərbi müttəfiqlik arealını genişləndirir Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə birgə təlimlərə başlayıb. Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək bildirib ki, təlimin əsas məqsədi ölkələrimizin XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki vərdişlərin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hərbi qulluqçularımızın peşəkar inkişafına xidmət etməkdir. Təlim iştirakçıları real döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər üzrə qarşılıqlı koordinasiya və idarəetmə bacarıqlarını praktiki olaraq inkişaf etdirəcəklər. Taktiki fəaliyyətlər zamanı…

Read More
Maraqlı 

Oktyabrın sonunda cekpot qazanacaq BÜRCLƏR

Oktyabrın sonu 3 bürc əlaməti üçün uğurlu ay olacağını vəd edir ki, onlar maliyyə cəhətdən cekpotu vuracaqlar. Astroloqlar əhəmiyyətli gəlir, yeni qazanc imkanları və maliyyə məsələlərində xoş sürprizlər proqnozlaşdırırlar. Ən şanslı kim olacaq? Qız bürcü Oktyabr ayının sonu Qız bürcləri üçün iş və ya bizneslə bağlı yeni maliyyə imkanları gətirəcək. Analitik bacarıqlarınız və təfərrüata diqqət yetirməniz sərfəli təklifləri erkən aşkar etməyə və düzgün qərarlar qəbul etməyə kömək edəcək. Bununla belə, tərəddüd etməyin – fürsəti əldən verməmək üçün tez və inamlı hərəkət edin. Məsləhət: Büdcənizi planlaşdırın və ağıllı şəkildə investisiya qoyun; yalnız intuisiyaya…

Read More
Cəmiyyət 

Qrip mövsümü başlayır: Peyvənd kimlərə vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavab verir

Payız-qış mövsümü tənəffüs yoluxucu xəstəliklərin artdığı dövrdür. Bu müddət ərzində qrip və kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxmaq daha asandır, çünki insanlar daha çox qapalı yerlərdə vaxt keçirirlər. Bu mövsümdə ən çox yayılan fəsil virusları hansılardır? Qrip peyvəndi ilə digər peyvəndlər eyni anda oluna bilərmi? Qrip peyvəndinin başqa respirator viruslara qarşı təsiri varmı? Bu və digər suallara Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov aydınlıq gətirir. – Təyyar müəllim, ilk öncə bilmək istərdik ki, payız-qış aylarında ən çox yayılan mövsümi viruslar hansılardır? – Payız–qış aylarında ən çox yayılan fəsli viruslar kəskin…

Read More