Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq
5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “İki sahil”ə verilən məlumata görə, Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360000 km-dən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7–14% böyük və təxminən 15–30% parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq…
Read More