Gündəm 

Taksi sürücüləri imtahana belə REAKSİYA verdi – VİDEO

Dövlət İmtahan Mərkəzi taksi və beynəlxalq yükdaşıma sürücülərinin bilik və peşəkarlıq səviyyəsini qiymətləndirmək məqsədilə imtahanların keçirilməsinə başlayıb. 21 oktyabr tarixində keçirilən imtahanda iştirak edən 1492 nəfərdən 80% artıq şəhadətnamə alıb. Taksi sürücülərinə 20 sual təqdim olunur, 20 sualdan 10-na düzgün cavab verən sürücü fəaliyyətini davam etdirə bilər. Bəs taksi sürücüləri bunu necə qarşılayır? Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi reportajda: 

Read More
Cəmiyyət 

Avtobusla Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib. Bu barədə Musavat.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib. Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin olunub. Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə 130 avtobus ümumillikdə 650 dəfə hərəkət…

Read More
Gündəm 

TikTok-da yuyulan “qara pullar” – nəzarət varmı?

İqtisadçıda sərt reaksiya: “Təmizlik işçisi aldığı cüzi vəsaitdən vergi verirsə, o zaman hər kəs əldə etdiyi gəlirdən vergi verməyə borcludur” “Miss Azərbaycan-2019″un qalibi Səmra Hüseynovanın TikTok-da atılan “qara pullar”la bağlı səsləndirdiyi fikirlər sosial mediada böyük müzakirələrə səbəb olub. Model iddia edir ki, həmin şəxslər vergidən yayınmaq üçün bunları edir. Ümumiyyətlə, son vaxtlar sosial mediada TikTok və digər platformalarda qazanılan gəlirlər geniş müzakirə olunur. Azərbaycanda sosial media və internet üzərindən gəlir əldə edən şəxslər, əgər bu fəaliyyət müntəzəmdirsə və qazanc real gəlir kimi hesablanırsa, vergi ödəməlidirlər. Dövlət Vergi Xidmətinin açıqlamasına görə,…

Read More
Siyasət 

Milli Məclisin növbəti iclası başladı

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Musavat.com bildirir ki, spiker Sahibə Qafarova əvvəlcə parlament nümayəndə heyətinin İsveçrənin Cenevrə şəhərinə səfəri barədə məlumat verib. Parlament sədri İsveçrədə keçirilən beynəlxalq tədbir, həmçinin ikitərəfli görüşlər barədə danışıb. Qeyd edək ki, iclasın gündəliyində 17 məsələ var.

Read More
Gündəm 

Ət kəsimi məntəqələrində görün nələr tapıldı – VİDEO

Dabaq xəstəliyi ilə əlaqədar respublikada fəaliyyət göstərən heyvan bazarlarında 25 oktyabrdan etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Ölkəyə itxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçiriləcək. Rəsmi qurumların məsələyə həssas yanaşdığı məqamda sanitar qaydalara riayət etməyən müəssələr mövcuddur və bu obyektlər xüsusi risk daşıyıcısıdır. Yoxlama zamanı bir neçə obyektdə ciddi nöqsanların aşkarlanıb. Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi süjetdə:

Read More
Region Xəbərləri 

Tarixi Zəfərin təntənəsi

Faqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Son beş ildə dövlət başçısı İlham Əliyevin elə bir səfəri yoxdur ki, tarixi Zəfərimizdən, onun yaratdığı reallıqlardan bəhs etməsin. Bu möhtəşəm Qələbə ölkəmizin bütün sahələrdə davamlı inkişafına geniş imkanlar açdı. 30 illik işğala 44 gündə son qoyulması Azərbaycanın malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, xalqımızın öz tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu təsdiqlədi. Cənab İlham Əliyev bu günlərdə Qazaxıstana dövlət  səfəri çərçivəsində Prezidentlərin təkbətək görüşündə, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında,  mətbuata birgə bəyanatlarında  bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, işğal dövründə…

Read More
Cəmiyyət 

Doğum səviyyəsi azalır, əhali sürətlə qocalır: Azərbaycanı nə gözləyir?

Azərbaycanın demoqrafik quruluşu getdikcə dəyişir. Əvvəllər əhalinin çoxunu gənclər təşkil edirdisə, indi tədricən yaşlıların sayı artır. BMT-nin “Dünya Əhalisinin Perspektivləri” hesabatı və Maliyyə Nazirliyinin proqnozlarına görə, 2024-cü ildə 0,6 faiz olan illik əhali artımı 2050-ci ilədək xeyli azalacaq. Ən çox artım 65 yaşdan yuxarı qrupda gözlənilir, 15-64 yaş aralığındakı, yəni əmək qabiliyyətli yaşda olan insanların sayı isə 2030-cu illərin sonlarından azalmağa başlayacaq. Bəs doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması Azərbaycanın gələcəyinə necə təsir edəcək? Bu proseslər ölkədə pensiya yaşının artırılmasına də səbəb ola bilərmi? Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq…

Read More
Cəmiyyət 

Təhlükəli vərdiş: nəm paltarları radiatorda qurutmaq olmaz

Qışda paltar qurutmaq çətinləşdiyindən bir çoxları isti radiator üzərinə yaş paltar qoymağı üstün tutur. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu, otaqda rütubətin kəskin artmasına səbəb olur. Bu vərdiş təkcə kifin yaranmasına şərait yaratmır, həm də qripə bənzər simptomlar yarada bilər. Ekspertin sözlərinə görə, radiator üzərində paltar qurudulanda hava dövranı bloklanır və otaqda nəm toplanır. Nəm hava ilə hərəkət edərək soyuyan səthlərdə çökür və kif üçün ideal mühit yaradır. Paltarlardan buxarlanan suyun miqdarı hətta litr ölçüsündə ola bilər. Rütubət özü yox olmur, o, kifə çevrilir. Bu isə burun axması, göz və…

Read More
Cəmiyyət 

Sosioloq xəbərdarlıq edir: “Risk qrupuna daxil olan gənclərin sayı artır”

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi məlumatına əsasən, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə Respublika Narkoloji Mərkəzində 287 nəfər müalicə alır. Araşdırmaçı, sosioloq Məhbubə Mehdiyeva Musavat.com-a açıqlamasında bildirib ki, son illərdə dünyada narkotik vasitə istifadəçilərinin yaş strukturu getdikcə dəyişir: “Bir çox beynəlxalq araşdırmalar göstərir ki, əvvəllər narkotiklərdən daha çox 25-40 yaş arası şəxslər istifadə edirdisə, indi bu meyl 15-24 yaş aralığına doğru sürətlə enib. Yeniyetmələr və gənclər arasında narkotik istifadəsinin artması  sosial və psixoloji problemlərin çoxalmasına səbəb olur. Bəzi ölkələrdə aparılan tədqiqatlar göstərir ki,…

Read More
Hava 

Sabah hava necə olacaq? – PROQNOZ

Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.…

Read More