Gündəm 

Zəngəzurun “qırmızı lenti” belə kəsiləcək – tarix bəlli, amma…

Prezident dəhlizin nə zaman açılacağını anons etdi, lakin daha tez olması da mümkündür; İrəvan prosesi uzatmaq yolu seçib? “Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında məlumat verib. Dövlət başçısı qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq…

Read More
Gündəm 

DİN-ə yeni səlahiyyət verildi

“Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır. Emal…

Read More
Hadisə 

Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb. Məlumata görə, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidəki avtomobil yolu ilə kəsişən dəmiryolu keçidinin təmirə bağlanması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb. Nəticədə doğum “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb. TƏBİB-dən verilən məlumatda bildirilib ki, oktyabrın 23-ü saat 11:00 radələrində 1985-ci il təvəllüdlü qadın Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Ginekologiya və…

Read More
Siyasət 

Baş nazir qərar İMZALADI

Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası təsdiqlənib. Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Meyarlara gəlincə, aşağıdakı meyarlardan hər birinə cavab verən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) xidmətlər zərfinə daxil ediləcək: – rəsmi statistik göstəricilərə əsasən son 5 il müddətində əhalinin ölüm və (və ya) əlillik faizi yüksək olan və (və ya) sayında davamlı artım müşahidə olunan xəstəliklərin və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlərin farmakoterapevtik müalicəsində və…

Read More
Təhsil 

Bakıda bir neçə məktəbin adı dəyişdirildi

Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adları dəyişdirilib. Musavat.com teleqraf-a istinadən xəbər verir ki, həmin məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib. Dəyişikliyə əsasən Ramana qəsəbəsində fəaliyyət göstərən Malıbəyli kənd tam orta məktəbi bundan sonra Bakı şəhəri 339 nömrəli tam orta məktəb adlanacaq. Həmçinin 9 saylı Şuşa tam orta məktəbinin adı Bakı şəhəri 343 nömrəli tam orta məktəb, Füzuli rayon 4 nömrəli tam orta məktəbi isə Bakı şəhəri 199 nömrəli tam orta məktəb olaraq dəyişdirilib.

Read More
Gündəm 

Suriyadan altı azərbaycanlı ölkəyə gətirildi

Suriyadan oktyabrın 22-də ikisi qadın, dördü uşaq olmaqla 6 Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Read More
Cəmiyyət 

Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər

2026-cı ildə Laçın Beynəlxalq Hava Limanına müntəzəm reyslərin həyata keçirilməsinə başlanıla bilər. Musavat.com xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Sənədə əsasən, gələn il “Azərbaycan Hava Yolları” QSC Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi reyslər, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli və Laçın aeroportlarına təşkil edəcəyi reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə dövlət büdcəsindən 5,9 milyon manat vəsait alacaq.

Read More
Gündəm 

Ayda 16 AZN ödəyəcəksiniz -YENİ QANUN

Qanuna edilən dəyişikliklərə əsasən, heç bir yerdə işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yararlanmaq üçün ödəniş etməli olacaqlar. İndiyədək bu kateqoriyaya aid şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına faydalanırdılar. Lakin yeni qaydaya görə, onlar illik olaraq minimum əməkhaqqının 48 faizi həcmində sığorta haqqı ödəməli olacaqlar. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik həm sosial ədalət, həm də maliyyə davamlılığı baxımından əsaslandırılsa da, praktiki baxımdan suallar doğurur: “Hazırda minimum əməkhaqqı 400 manatdır. Əgər 48%-i ödəniş kimi nəzərdə tutulursa, bu, təxminən 192…

Read More
Gündəm 

Azərbaycanda kart ovuna çıxan şəbəkə -78 minlik əməliyyat ifşa olundu

Şəbəkə üzvləri bank və mağaza adından saxta səhifələr yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçiriblər. Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, bank kartlarından külli miqdarda pul vəsaitinin ələ keçirilməsi ilə bağlı “Telegram” üzərindən fəaliyyət göstərən fişinq şəbəkəsinin işi məhkəmədə araşdırılır. İstintaq materiallarına görə, təqsirləndirilən şəxs 2024-cü ilin əvvəlindən “Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən “Underground Azerbaijan” və “Dark Money” adlı gizli qruplarda “CETOX”, “MOSSAD2X” və “Olimpus_Prime” profilləri ilə cinayət əlaqəsinə girib. İttihama əsasən, qrup üzvləri “Instagram” və digər sosial platformalarda bir sıra bank və ticarət şəbəkələrinin adından saxta səhifələr yaradaraq, vətəndaşlara endirim,…

Read More
Təhsil 

Bu müəllimlərə maaşdan əlavə pul veriləcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul veriləcək. Musavat.com xəbər verir ki, agentlik ümumilikdə 24 ali məktəb müəllimi ilə müqavilə bağlayıb. Bağlanmış müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq proqram akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək: 1)Əliyeva Leyla Xudat – 900 AZN 2) Talıbova Esmira Şirin qızı – 750 AZN 3) Mirzəli Röya Nəriman qızı – 750 AZN 4) Saribəyli Fidan Ramiz qızı – 750 AZN 5) Həsənov Samir Hüseynağa oğlu – 750 AZN 6) Məmmədova Günay…

Read More