Cəmiyyət 

“AZAL-ın təyyarəsi İrəvana enəndə bizə təəccüblə baxdılar” – Ermənistana gedən azərbaycanlılar DANIŞDILAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. Məlumata görə, Azərbaycanın bort nömrəsi 4K-ASG olan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Gulfstream G650” tipli təyyarə oktyabrın 21-də Bakıdan İrəvana uçub. Uçuş Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:00-da həyata keçirilib və təyyarə yerli vaxtla saat 16:01-də “Zvartnots” hava limanına enib. Uçuş planlaşdırılan vaxtdan cüzi fərqlə baş tutub. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.…

Read More
Cəmiyyət 

Media subyektləri daha 3 il vergidən azad olunur

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Musavat.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.

Read More
Cəmiyyət 

Əhaliyə ƏDV ilə bağlı şad xəbər – Gələn ildən…

2026-cı ildə “ƏDV gerial” mexanizminin tətbiqi sahələri genişləndiriləcək. Bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, “ƏDV gerial” mexanizminin tətbiqi sahələrinin genişləndirilməsi (bərbər, gözəllik və kosmetoloji xidmətlər üzrə) 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilib.

Read More
Gündəm 

İpoteka almaq istəyənlərə ŞAD XƏBƏR: 100 milyon manat ayırıldı

2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub. Musavat.com xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Beləliklə, Fond gələn il büdcədən 100 milyon manat alacaq. “Bu vəsait əhalinin mənzilə tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi, həmçinin sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün əlavə imkanlar yaradacaq”, – deyə…

Read More
Gündəm 

İrəvana enən AZAL təyyarəsi və Xocalı hava limanı ilə bağlı arzusu qursağında qalanlar

12-13 il əvvəl Xocalı canisi Serj Sərkisyanın Ermənistan prezidenti olduğu zaman dediyi o sözlər yadınızdan çıxmayıb yəqin. Bir daha xatırlatmaqda fayda var: “Xocalı aeroportu mütləq istifadəyə veriləcək. Buna heç bir şübhə olmamalıdır. Mən İrəvan – Xocalı reysinin ilk sərnişini olacam”, demişdi həmin bu cani. Dediklərinin bir hissəsi tezliklə reallaşacaq, azad Xocalıdakı hava limanı da tezliklə yenidən qurulacaq və istifadəyə veriləcək! Amma Sərkisyanın İrəvan-Xocalı reysi ilə bağlı hikkəli arzusu onun gözlərində və qursağında qalacaq, o dünyada da! Bilirsiniz, Sərkisyan mövzusunu niyə xatırlatdım? Oktyabrın 21-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Ermənistanın…

Read More
Cəmiyyət 

Gələn ayın qeyri-iş günləri – TƏQVİM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq. 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq. Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir: 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr. Beləliklə, noyabr ayında ümumilikdə 12 qeyri-iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş…

Read More
Cəmiyyət 

Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq? – Rəsmi açıqlama

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur. Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını…

Read More
Cəmiyyət 

Ali təhsil və işsizlik: Gənclərin əmək bazarına inteqrasiyasında boşluqlar və perspektivlər

“Ali məktəbi bitirən gənclərin əmək bazarına inteqrasiyası hələ də Azərbaycan təhsil sisteminin zəif tərəfidir. Bu, təkcə iş tapmaq problemi deyil, həm də praktik bilik və iş təcrübəsinin formalaşmaması ilə bağlıdır. Universitetlərdə nəzəri bilik üstünlük təşkil etdiyindən məzunlar əmək bazarının tələblərinə tam uyğun səriştələrə malik olmadan çıxırlar. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, məzunların yalnız 42 faizi ixtisasına uyğun iş tapır, 30 faizi isə 6 ay ərzində işsiz qalır”. Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, “Təhsil haqqında” Qanuna əsasən, ali təhsil müəssisələri tədrisi əmək bazarının…

Read More
Siyasət 

“Azərbaycan-Qazaxıstan əlaqələrinin mədəni-dostluq zəminindən strateji partnyorluğa çevrilməsi mümkündür” – Politoloq

Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir. Bu bəyanatla Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk”. Politoloq Nicat Qasımov BiG.AZ-a bildirib ki, Qazaxıstan neft-dəmir yolu, Bakı-Ceyhan, Bakı-Tbilisi-Kars kimi layihələrdə maraqlı ola bilər. Azərbaycan isə öz növbəsində Şimal-Cənub və Beynəlxalq Orta Asiya-Xəzər xəttində aktiv iştirak etmək istəyir. Bu çərçivədə iki ölkənin strategiyaları bir-biri ilə üst-üstə düşə bilər: “Qazaxıstan üçün…

Read More
Cəmiyyət 

Ət niyə bahalaşır? Statistikalar təhlükəli tendensiyanı göstərir

“Ət bazarında qiymət artımı sürətlənir. Bu bahalaşmanın əsas səbəbləri arasında ölkədə saxlanılan heyvanların sayının azalması və ətə olan tələbatın artması göstərilir. Son 10 ilin statistikası göstərir ki, xırdabuynuzlu heyvanların sayı təxminən 20 faiz azalıb, iribuynuzlu heyvanlarda da oxşar azalma müşahidə olunur”. Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, , əhəlinin ətə olan tələbatı 25 faiz artıb. Nəticədə tədarük və tələbat arasındakı fərq bazarda qiymətlərin davamlı şəkildə yüksəlməsinə səbəb olur: “Heyvandarlıqla məşğul olanların sayında azalma da diqqətçəkəndir. Bu azalmanın səbəbləri arasında boş otlaq sahələrinin azalması, yem xərclərinin bahalaşması…

Read More