Siyasət 

Zəngəzur dəhlizi BU TARİXDƏ açılacaq – Prezidentdən SON DƏQİQƏ AÇIQLAMASI

Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib. Dövlət başçısı qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Read More
Cəmiyyət 

“Yaxşı kişiyə heç kəs xəyanət etməz” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Son aylarda Azərbaycanda ailədaxili münaqişələr və xəyanət zəminində baş verən cinayətlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan hadisələr və məhkəmə materialları göstərir ki, qısqanclıq, etimadın pozulması və emosional gərginlik bir çox hallarda faciəvi sonluqlara gətirib çıxarır. Ailə dəyərlərinin zəifləməsi və psixoloji dəstəyin çatışmazlığı bu cür cinayətlərin əsas səbəblərindəndir. Musavat.com xəbər verir ki, tanınmış psixoloq Samirə Bağırova Manset.az-a açıqlamasında bildirib ki, həm xəyanətin, həm də xəyanət sonrası cinayətin kökün bir sıra fərqli psixoloji nüanslar dayanır: “Bir kişi öz yoldaşına və ya öz sevgilisinə əl qaldırdıqda o, artıq bunu dəfələrlə də…

Read More
Cəmiyyət 

Pensiya alanlara ŞAD XƏBƏR

Respublika üzrə oktyabr ayının pensiya ödənişi yekunlaşıb. Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Read More
Gündəm 

“Soyuq savaş” bitdi, hibrid savaş isə… – Moskvanın Bakı və İrəvandan əsas gözləntisi

Azərbaycan-Rusiya münasibətlərində “soyuq müharibə” bitsə də, Moskvanın Güney Qafqaza yönəlik “hibrid savaşı” davam edir. Ona görə ki, Kremlin regionla bağlı əsas hədəfləri dəyişməyib. Rusiyanın 1 nömrəli hədəfi isə regiona “yad” xarici güclərin, özəlliklə ABŞ-ın yerləşməsinə və bölgə ölkələrinin Rusiya orbitindən uzaqlaşmasına imkan verməmək, orada öz hərbi mövcudluğunu hər hansı şəkildə saxlamaqdır. Bundan ötrü gərəkdirsə, o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini də əngəlləməyə çalışacaq. Cənubi Qafqazın ən zəif “bəndi” isə Ermənistandır. Çünki Rusiyanın bölgədəki legitim hərbi bazaları məhz onun ərazisindədir. Üstəgəl, Türkiyə-Ermənistan, İran-Ermənistan sərhədini hələ də rus hərbçilər (“FSB”-FTX) qoruyur. Bu xüsusda…

Read More
Gündəm 

Prezident: TRIPP layihəsi mütləq reallaşdırılacaq

TRIPP layihəsi mütləq reallaşdırılacaq. Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib. Dövlət başçısı vurğulayıb: “Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların…

Read More
Siyasət 

Dünya İlham Əliyev fenomenini bir daha izləyir – bu dəfə Qazaxıstanda…

Azərbaycan Lideri İlham Əliyev hazırda növbəti uğurlu səfərini reallaşdırır. Dövlət başçımız Qazaxıstandadır. Dünya bir daha İlham Əliyevə göstərilən yüksək etimadı və diqqəti izləməkdədir. Təsadüfi deyil ki, ölkə başçısını qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev şəxsən Astana şəhərinin Beynəlxalq Aeroportunda qarşılayıb. Bu isə dünyada nadir hallarda müşahidə edilir. Belə ki, adətən dövlət başçılarını səfər etdikləri ölkələrin rəhbərlərindən daha çox rəsmi şəxsləri qarşılayırlar… Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri tarixi hadisədir: “Bu səfər iki ölkə arasındakı əlaqələrin gələcək inkişafında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin də bildirdiyi kimi,…

Read More
Hadisə 

Naqil özünü və 6 inəyini VURDU

Siyəzən sakinini elektrik cərəyanı vurub. Hadisə rayonun Sədan kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədov və ona məxsus 25 min manatlıq altı baş inəyi elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində cərəyan vurub. Nəticədə inəklər tələf olub, S.Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Read More
Siyasət 

Tokayev İlham Əliyevə görün nə HƏDİYYƏ ETDİ – VİDEO

Qazaxıstanda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən ziyafətdə qazax müğənnisinin ifasında “Tut ağacı” mahnısı səsləndirilib. Musavat.com xəbər verir ki, ziyafətdə ümummilli lider Heydər Əliyevin sevimli mahnısı olan “Alagöz” də səsləndirilib. Fonda isə Ulu Öndərin İlham Əliyevlə birgə kadrları nümayiş olunub. Daha sonra Qazaxıstan lideri Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə ənənəvi qazax geyimini hədiyyə edib.

Read More
Siyasət 

Prezident İlham Əliyev: “Azərbaycan–Qazaxıstan münasibətləri qardaşlıq, etimad və strateji tərəfdaşlıq üzərində qurulub”

18 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Qazaxıstan arasında möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərindən, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən bəhs edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında formalaşıb. Bu münasibətlər ortaq türk kimliyi, mədəni və mənəvi dəyərlər üzərində möhkəmlənərək hərtərəfli əməkdaşlığa çevrilib. Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanda həyata keçirilən məqsədyönlü siyasəti yüksək qiymətləndirib, ölkənin dinamik inkişafını və…

Read More