Cəmiyyət 

“Uşaq Hüquqları Aylığı”: Gələcək nəsillərin təhlükəsizliyi naminə

Teymur Mərdanoğlu: Cəmiyyət səviyyəsində bir sıra mexanizmlərin gücləndirilməsinə ehtiyac var Azərbaycanda 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı”na start verilib. Aylıq tədbirlər planı BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının müddəalarına əsaslanaraq uşaqların hüquq və azadlıqlarının müdafiəsini, onların sosial rifahının təmin olunmasını, eləcə də cəmiyyətdə uşaq hüquqları mədəniyyətinin formalaşdırılmasını hədəfləyir. Bu təşəbbüsün əsas məqsədi təkcə uşaqların hüquqlarını qorumaq deyil, eyni zamanda, cəmiyyətin diqqətini onların fiziki, mənəvi və psixoloji təhlükəsizliyinə yönəltməkdir. “Uşaq Hüquqları Aylığı” uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi, zorakılıq və istismardan qorunması, təhsilə və həyata bərabər çıxışının…

Read More
Gündəm 

Zəngilan inkişaf edir, çiçəklənir… – Azadlığın 5 ili

27 ildən çox erməni işğalı altında olan Zəngilan rayonunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilməsindən 5 il ötür. Şanlı ordumuz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyytalara başlayaraq rayonun 1 şəhərini, 4 qəsəbəsini və 49 kəndini işğaldan azad etdi. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciətində bəyan etdi. Dövlət başçısı daha sonra şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə daxil olduğunu, yaşayış məntəqələrinin, Havalı, Zərnəli, Məmmədbəyli,…

Read More
Gündəm 

Qubadlı əməliyyatı Silahlı Qüvvələrin peşəkarlığını nümayiş etdirdi

Strateji mövqeyi ilə fərqlənən Qubadlı rayonunun işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində Qələbənin qazanılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Qubadlı əməliyyatı İkinci Qarabağ müharibəsinin ən gərgin və həlledici döyüşlərindən biri olmuşdur. 2020-ci il Oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək Qubadlı şəhərini və onun ətraf kəndlərini düşmən işğalından azad etmişdir. Qubadlı şəhərinin işğaldan azad edilməsi Böyük Qələbəyə aparan yolun mühüm mərhələlərindən biri oldu. Qubadlının azad olunması uğrunda əməliyyat bir neçə gün davam etmiş, düşmənin möhkəmləndirilmiş müdafiə xəttini…

Read More
Gündəm 

Zəfər və Qayıdış

Xankəndi, Ağdərə və Xocalıda 1040 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb, plana əsasən daha 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir Azərbaycan Respublikasının dövlətçilik tarixi zəngin və şərəfli səhifələrlə doludur. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində ölkəmizin ərazilərinin bir hissəsi – Qarabağın qədim şəhərləri, kəndləri, rayonları işğal edilmiş, xalqımız ağır sınaqlarla üz-üzə qalmışdır. Lakin Azərbaycan xalqı bu haqsızlıqla heç vaxt barışmamış, öz torpaqlarına qayıdacağı günə hər zaman inanmışdır. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata…

Read More
Cəmiyyət 

incivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən beş il ötür. “Report” xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib. Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə…

Read More
Cəmiyyət 

Ağzıköpüklü heyvanlar, natəmizlik, satıcı narazılığı – Mal bazarından REPORTAJ

Ölkədə heyvanlar arasında virus və infeksiya xəstəlikləri yayılıb. Əsasən dabaq xəstəliyinə yoluxma sayında artım müşahidə edilir. Oxu.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı heyvan satışı bazarlarında monitorinqlərə başlayıb. Monitorinqlər zamanı məlum olub ki, heyvan satış bazarlarında təhlükəsizlik tədbirləri görülməyib, dezinfeksiya işləri aparılmayıb. Bu da heyvanların yoluxmasına şərait yaradır. Bu məqsədlə AQTA oktyabrın 25-dən etibarən heyvan satışı bazarlarının fəaliyyətini dayandıracaq. Məsələ ilə bağlı Bakıdakı heyvan satış bazarına baş çəkdik. Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən, Bakının ən böyük mal-qara satışı bazarlarından olan obyektdə müşahidə apardıq. Müşahidə…

Read More
Gündəm 

Dabaq xəstəliyi alıcıları qorxuya saldı – bazarda vəziyyət ürəkaçan deyil – VİDEO

Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd və süd məshulları bazarına da təsir edib. ARANTV .AZ Xəzər TV-yə istinadən bildirir ki, əvvəllər mütəmadi süd məhsulları alanlar indi ehtiyat etdiklərini deyirlər. Satıcılar isə satışda problem olmadığını, süd və süd məhsulları satışının davam etdiyini bildirirlər. Satıcıların sözlərinə görə, xəstəliklə bağlı insanlar arasında qorxu olsa da, bu, məhsulların keyfiyyətsiz olması demək deyil. Satıcılardan satdıqları məhsulların yoxlamadan keçib-keçmədiyini soruşduq. Əksəriyyəti yoxlamadan keçirildiyini desələr də, bunu təsdiq edən heç bir sənədi təqdim edə bilmədilər. Həkimlər isə bu xəstəliklə bağlı insanları diqqətli olmağa səsləyirlər.…

Read More
Cəmiyyət 

Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: “Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik”VİDEO

Hacıqabul rayonunun Meyniman kəndində qarşısı alınan erkən nikah cəhdi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, kənd sakini, 23 yaşlı oğlanın Qaraağac kənd sakini, 16 yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi dayandırılıb. Hadisə ilə bağlı oğlanın anası Validə Zərbalıyeva jurnalistlərə müsahibə verib. Ananın sözlərinə görə, məqsəd erkən nikah deyil, xəstə övladının arzusunu yerinə yetirmək olub: “Oğlum üçün elçi getdik. Sonra məlum oldu ki, qızın sənədləri yoxdur. Ona görə bu işi dayandırdıq. Sadəcə, xəstə uşağımın arzusu var idi. Həkimlər ömrünün az olduğunu deyiblər. Qardaşının toyunu görmək istədiyi üçün gəlinsiz məclis…

Read More
Hadisə 

Bacı-qardaşım var, amma yanıma gələn yoxdur – həbsdə olan model – VİDEO

Bir zamanların “Ağalarova” ləqəbli məşhur modeli Diana Mehdiyeva indi məhbus həyatı yaşayır. Milli.Az xəbər verir ki, bloger və aparıcı Nail Kəmərli Diana ilə həbsxanadan süjet hazırlayıb. Narkotik vasitələrin külli miqdarda saxlanması, daşınması və istifadəsinə görə həbs olunan Diana öz acınacaqlı taleyindən söz açıb. 18 yaşında modellik fəaliyyətinə başlayan Diana, qısa zamanda şöhrətə çatıb, maddi gəlir əldə edib. Lakin narkotiklə tanışlığı onun əlindən hər şeyini alır, qazandığı dostlar da bir-bir onu tərk edir. Vəziyyət o yerə çatır ki, Diana pis vərdişi ucbatından iş tapa bilmir və gənc yaşda enerji içki bankalarını…

Read More