Cəmiyyət 

Quduzluqdan ölən uşaqla bağlı – Rəsmi açıqlama

İt dişləyən məktəblinin bir ay sonra vəfat etməsi məsələsinə rəsmi aydınlıq gətirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Tovuz rayon sakini olan 10 yaşlı uşaq Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında ölüb. Bildirilib ki, üç gün öncə xəstəxanaya gətirilən uşağa quduzluq diaqnozu təyin olunub: “2015-ci il təvəllüdlü azyaşlı oktyabrın 5-i saat 19:10 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müayinələr və klinik qiymətləndirmə nəticəsində pasiyentə quduzluq…

Read More
Gündəm 

Son 5 ildə 100 minə yaxın uşaq nikahdankənar doğulub- Rəsmi

Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub. Musavat.com Dövlət Statistika Komitəsinin (DSK) rəsmi göstəricilərinə əsasən xəbər verir ki, ötən il ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulanların sayı 13 228 olub. 2023-cü ildə isə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 15 622 təşkil edib. 2022-ci ildə 18814, 2021-ci ilə 17566, 2020-ci ildə isə 17714 uşaq qeyri-rəsmi nikahlardan doğulub.

Read More
Cəmiyyət 

Qarabağ Universitetində yeni təyinat

Qarabağ Universitetinində yeni təyinat olub. Universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin olunub. Kamran Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Exeter Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012–2016-cı illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə doktorantura təhsili alıb. K.Məlikov Böyük Britaniyada 10 ildən artıq…

Read More
Siyasət 

İranla İsrail arasında “ikinci raund” başlayır? – Bu dəfə daha dağıdıcı ola bilər

Bir müddət öncə ABŞ və İsrailin İrana qarşı yenidən hərbi əməliyyat həyata keçirəcəyi barədə mətbuatda məlumatlar yayılıb. Hətta bəzi mənbələr iddia edirdi ki, hücumun oktyabrın 7-də  – 2023-cü ildə İsraildə törədilən qanlı terror hadisəsinin ildönümündə, “qisas əməliyyatı” adı altında baş verəcəyi planlaşdırılıb. Siyasi şərhçilər bildirirlər ki, 12 günlük müharibədən sonra tərəflər bir-birinin hərbi imkanlarını və taktikasını daha yaxından öyrəndiyindən, növbəti qarşıdurma əvvəlkindən daha ağır, dağıdıcı və genişmiqyaslı ola bilər. Bu iddialara əsasən, mümkün yeni savaş həm HƏMAS-ın hərbi potensialını zəiflətməyə, həm də İranı bölgədə daha aktiv müdaxilədən çəkindirməyə yönəlmiş ola…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyində Türkmənistanın nümayəndə heyəti ilə görüş keçirilibFOTO

Azərbaycan Səhiyyə Nazirliyində Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov ilə görüş keçirilib. Füzuli şəhərində məscidin təməlqoyma mərasimində iştirak məqsədilə ölkəmizə səfər çərçivəsində baş tutan görüşdə, həmçinin Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov iştirak edib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə sistemində həyata keçirilən uğurlu islahatların apardığını vurğulayan nazir, infrastruktur layihələri və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində…

Read More
Cəmiyyət 

Eşitmə və nitq əlilliyi olanların sayı açıqlandı

  Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov “Azərbaycan Jest Dili Tətbiqi” layihəsinin təqdimatında deyib. Onun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında həyata keçirilən beş sosial islahat paketi çərçivəsində bu kateqoriyadan olan şəxslərə dəstək göstərilib: “Xüsusi qayğıya ehtiyacı olan şəxslərin inklüziv cəmiyyətə inteqrasiyası prioritet istiqamətlərdəndir. Ölkədə sosial siyasətin əsas hədəflərindən biri xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində inklüziv təhsil, məşğulluq və…

Read More
Siyasət 

Ermənistanda ara qarışır: Cənubi Qafqazda yeni geosiyasi mübarizə başlayır

Analitik deyir ki, Köçəryan və rusiyayönümlü qüvvələr önə çıxarsa, Ermənistan yenidən postsovet orbitinə qayıdacaq Ermənistanın daxili siyasi gündəmi yenidən qızışır. Ölkənin ikinci prezidenti, müxalifət liderlərindən biri olan Robert Köçəryan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bəyan edib. Onun bu açıqlaması təkcə siyasi ambisiyalarının deyil, həm də mövcud hakimiyyətə – xüsusilə baş nazir Nikol Paşinyana yönəlik ciddi mesaj kimi dəyərləndirilir. Köçəryan keçirdiyi mətbuat konfransında yalnız öz komandası ilə seçkilərdə iştirak niyyətini bildirməklə kifayətlənməyib, həm də 2021-ci il və 2018-ci il seçkilərinin nəticələrini xatırladaraq Ermənistan parlamentinin vəziyyətini tənqid edib. O, həmçinin, ölkənin…

Read More
Siyasət 

Azərbaycanla İran arasında təmaslar artır – HDQ komandanlarının görüşü…

Rusiyada keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası çərçivəsində Azərbaycan HDQ-nin komandanı, Birinci dərəcəli kapitan Şahin Məmmədov ilə İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şəhram İrani arasında ikitərəfli görüş keçirilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Kapitan Şahin Məmmədov görüşdən sonra çıxışında Azərbaycanı və İranı iki dost, qardaş və qonşu ölkə adlandıraraq deyib: “İki ölkə bütün sahələrdə əməkdaşlıq edir və Xəzər dənizi ilə bağlı məsələlərdə də çox uğurlu koordinasiya mövcuddur”. Şəhram İrani isə bildirib: “Biz kənardan heç bir ölkənin Xəzər dənizi ilə bağlı qərar qəbul etməsinə…

Read More
Siyasət 

Ağ Evdə imzalanan tarixi sənədin 2 ayı tamam oldu – Ermənistandakı sülh faizləri…

Ermənistanın müxalif “Ayakve” hərəkatının bəyanatında bildirilir ki, bu ilin iyulunda – 8 avqust Vaşinqton razılaşmasından əvvəl – keçirilmiş sorğunun nəticələri kifayət qədər maraqlıdır. Bəyanatda qeyd olunur: “Yaxın vaxtlarda keçiriləcək yeni sorğular göstərəcək ki, bu razılaşma ictimai əhval-ruhiyyəyə necə təsir edib, baxmayaraq ki, əsaslı dəyişiklik gözlənilmir. İyul ayında keçirilmiş sorğuya əsasən, respondentlərin 74 faizi hesab edir ki, Azərbaycanla sülh mümkün deyil. Əvvəlki sorğularla müqayisədə bu göstərici əhəmiyyətli dərəcədə artıb”. Göründüyü kimi, iyul ayından indiyə qədər o qədər də uzun müddət vaxt keçməyib. Sadəcə ortada imzalanan tarixi bir sənəd var, yəni 8…

Read More
Siyasət 

Bu vəzifəli şəxslər cərimələrə görə protokol tərtib edəcək- Fərman

Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına, 2026-cı il iyulun 1-dən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib. ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Beləliklə, elektrik közərmə lampalarının idxalına münasibətdə Dövlət Gömrük…

Read More