İdman 

“Qarabağ”ın Çempionlar Liqasında ilk 24-lüyə düşmə ehtimalı açıqlanıb

“Qarabağ” UEFA Çempionlar Liqasında 2 turdan sonra 2 qələbə ilə 6-cı pillədədir. “Köhlən atlar” turnirdə ən azı 1/16 finala yüksələ bilməsi üçün ilk 24 klubun arasında yer almalıdır. Onların bu ehtimalı açıqlanıb. Analitik ehtimallara əsasən, “Qarabağ” liqa mərhələsini 24-cü pillədə tamamlayacaq. Bunun üçün əmsal 9.66 olaraq qiymətləndirilib. Siyahıda “Qalatasaray” da var və onlar 10.11 əmsalla 21-ci pillədə ehtimal olunub. Proqnozlara əsasən, məşhur klublardan “Benfika”, “Monako”, “Olimpiakos”, “Marsel” kimi klublar isə Liqa mərhələsindən növbəti mərhələyə keçə bilməyəcək. (Offsideplus.az)

Read More
Gündəm 

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən beş il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən beş il ötür. “Report” xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49 971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən…

Read More
Dünya 

Mərakeşin Baş naziri: Gənclərin etirazlarına son qoymaq üçün dialoqa hazırıq

Mərakeşin Baş naziri Aziz Axannuş gənclərin kütləvi iğtişaşlara çevrilən və insan tələfatı ilə nəticələnən etirazlarına son qoymaq üçün dialoqa hazır olduğunu açıqlayıb. “Bir daha vurğulayırıq ki, dialoq ölkəmizdəki müxtəlif problemləri həll etməyin yeganə yoludur”, – Axannuş bildirib. O, hökumətinin gənclər hərəkatlarının səsləndirdiyi tələblərə cavab verdiyini, dialoq və müzakirəyə hazır olduğunu bildirib. Qeyd edək ki, Mərakeşdə “Gen Z 212” hərəkatının təşkil etdiyi gənclərin etiraz dalğası bir neçə gündür davam edir və ölkənin azı 11 şəhərinə yayılıb. Etirazlar əvvəlcə təhsil və səhiyyədə islahatlar tələbləri ilə başlayıb. Eyni zamanda, etirazçılar 2030-cu ildə keçiriləcək…

Read More
İdman 

FIFA prezidenti Azərbaycanı təbrik edib

FIFA prezidenti Canni İnfantino instaqramdakı hesabında Azərbaycan və Özbəkistanın 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəyi ilə bağlı paylaşım edib. “Report” xəbər verir ki, o, paylaşımında yazıb: “FİFA Şurasının Sürixdə keçirilən bugünkü iclası dünya futbolu üçün irəliyə doğru daha bir addım atdı. FİFA Şurası Azərbaycan və Özbəkistanı 2027-ci il FIFA U-20 Dünya Çempionatının ev sahibi təyin edib və Londonu 2026-cı ildə keçiriləcək Qadınlararası Çempionlar Kubokunun ilk final mərhələsinə ev sahibliyi edəcək ölkə kimi təsdiqləyib. Bu görüşdə biz futbolun sülh…

Read More
Dünya 

İranda GÜCLÜ zəlzələ oldu

İranın mərkəzindəki İsfahan vilayətində yerləşən Zavare şəhəri yaxınlığında 5,3 maqnitudada zəlzələ baş verib. “Report”un xəbərinə görə, bu barədə SNN agentliyi məlumat yayıb. Zəlzələ ocağı Zavare şəhəri yaxınlığında 10 kilometr dərinlikdə qeydə alınıb. Qum və Tehran sakinləri də yeraltı təkanları hiss ediblər. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Read More
Cəmiyyət 

Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? – Video

Saxta həkim olduğu deyilən “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb. Sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayevanın məlum hadisələrdən sonra indi də “Dost” estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb. G.Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib. Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil. Qeyd edək ki, həmin xanımın əvvəllər saç…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Aparatının kollektivi “Konstitusiya və Suverenlik İli” çərçivəsində mülki şəhidlərin kompleksi önünə tər qərənfillər düzərək bütün şəhidlərin və şəhid müəllimlərin xatirəsini ehtiramla yad ediblər.

YAP Bərdə rayon təşkilatı Aparatının kollektivi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Müəllim Günü münasibətilə mülki şəhidlərin kompleksi önünə tər qərənfillər düzərək bütün şəhidlərin və sıralarında şəhid müəllim Fuad İsmayılovun da yer aldıgı şəhid müəllimlərin xatirəsini ehtiramla yad ediblər. Bu mərasimdə mülki şəhid Fuad İsmayılovun qardaşı, Zümürxan kənd tam orta məktəbin müəllimi Murad İsmayılov da iştirak edib. Onunla söhbət zamanı YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, mənfur düşmən Ermənistan hər zaman beynəlxalq hüquq və normalara zidd olsa da amansız terroru ilə dinc əhalini hədəf almaqdan çəkinmədi. Bütün…

Read More
Gündəm 

Azərbaycanın tarixi nicat anı

Azərbaycan xalqının XX əsrin sonlarında keçdiyi mürəkkəb yolun ən həlledici mərhələsi 1993-cü ilin oktyabrında baş verdi. 1991-ci ildə müstəqilliyini bərpa etmiş dövlətimiz daxili siyasi böhran, sosial-iqtisadi tənəzzül və xarici təhdidlər şəraitində böyük sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzünün genişləndiyi, orduda parçalanmaların dərinləşdiyi, dövlət idarəçiliyində xaosun hökm sürdüyü bir vaxtda Azərbaycan parçalanmaq və dövlət kimi məhv olmaq təhlükəsinə yaxın idi. Belə bir tarixi anda xalqın ümid yeri yalnız Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi. 1993-cü ilin iyununda xalqın və siyasi rəhbərliyin dəvəti ilə Bakıya qayıdan Heydər Əliyev qiyamçı qüvvələrlə danışıqlar…

Read More
Gündəm 

Müstəqillik tariximizin parlaq səhifəsi – 3 oktyabr 1993-cü il

Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yol 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində xalqın böyük səs çoxluğu ilə türk dünyasının böyük oğlu Heydər Əliyevin Prezident seçilməsi ilə başladı. O gün, taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ümummilli…

Read More
Gündəm 

Bu qələbə əbədidir

Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri arasında Cəbrayıl xüsusi yer tutur. Bu torpaq həm işğalın acısını, həm də azadlığın qürurunu yaşayıb. 4 oktyabr – Cəbrayıl şəhəri günü isə bu böyük tarixi qələbənin rəmzinə çevrilib. 1993-cü ilin avqustun 23-də Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal etdi. 1 şəhər, 4 qəsəbə və 92 kənd viran qoyuldu. 1050 kvadrat kilometr ərazisi, 52 min nəfər əhalisi, zəngin təbiəti və qədim tarixi ilə seçilən Cəbrayıl yerlə-yeksan edildi. İşğal nəticəsində rayona 13,9 milyard ABŞ dolları həcmində ziyan dəydi. 72 məktəb, 8 xəstəxana, 150 mədəniyyət ocağı, 132 tarixi abidə dağıdıldı.…

Read More