Cəbhədən Xəbər 

Azad edilən ilk şəhər

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən beş il keçir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.  Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. 30 il işğal altında olan torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün bərpası  arzusu ilə yaşayıb,  bir gün də belə inamımızı itirmədik. Bu gün  torpaqlarımızın işğaldan azad edildiyi tarixlər  hər birimiz üçün  böyük qürurdur. Haqq savaşımız Vətən oğullarının qəhrəmanlığı, şücaəti  sayəsində cəmi 44 gündə…

Read More
Gündəm 

Azərbaycan dünya birliyinin fəal üzvünə çevrildi

Yaxın günlərdə müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd edəcək Azərbaycanın keçdiyi yolu təhlil etdikdə bu reallıq xüsusi qeyd edilir ki, ilk  illərdə sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan  Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, bir milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətində yaşamazdı. Bütün bunlar ona görə baş verdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma…

Read More
Gündəm 

MİLLİ QÜRUR TARİXİMİZ

3 oktyabr 1993-cü ildə bugünkü müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın təməli qoyuldu    1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. O illərdə hadisələri düzgün qiymətləndirə bilməyən iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər  Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün…

Read More
Gündəm 

Zəfərə aparan yolun başlanğıcı

Beş il öncə – oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi Vətən müharibəsində güc balansı ilə bərabər, psixoloji üstünlüyün də tam olaraq Azərbaycan tərəfinə keçməsi ilə nəticələndi Artıq tarixin arxivinə atılmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”nin ədalətli həlli məsələsində beynəlxalq birliyin uzun illər susduğu və məsələnin sülh yolu ilə həllini faktiki olaraq mümkünsüz etdikləri hər kəsə bəllidir. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar öz üzərlərinə düşən missiyanı yerinə yetirmədilər, daha doğrusu bunu etmək istəmədilər. Nəticədə 27 sentyabr 2020-ci il tarixində düşmənin…

Read More
Gündəm 

Azərbaycan turizm məkanına çevrilir

2035-ci ilə kimi bu sektordan ölkə büdçəsinə 17 milyard manatdan çox vəsaitin daxil olması gözlənilir Azərbaycanın səyahət və turizm sektoru  2025-ci ili əhəmiyyətli artımla başa vuracaq. Bu barədə Dünya Səyahət və Turizm Şurasının məlumatında bildirilib. Proqnoza görə, sektorun ölkə iqtisadiyyatına verdiyi töhfə milyardlarla manat təşkil edəcək. Yəni, il ərzində turizm və səyahət sektorunda qazanılan ümumi daxili məhsulun (ÜDM) həcmi ölkə üzrə ümumi ÜDM-in 8,2 faizini təşkil edəcək. Eyni zamanda, beynəlxalq turistlərin xərcləri 5,5 milyard manata çatacaq ki, bu da pandemiyadan sonrakı dövrün tam bərpası deməkdir. Daxili turist xərcləri isə 3,8 milyard…

Read More
Gündəm 

Hər bir liderin stoluna qoyulan – Günəbaxanların sirri…

Dünya siyasətinin gündəmində olan “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı liderləri bir arada görməyimizlə yanaşı, digər maraqlı detallarla da yadda qalıb. Belə ki, Danimarkanın Baş naziri Mette Frederiksenin dövlət və hökumət başçılarını qarşıladığı məkanda günəbəxan tarlası fonu yer alıb. Eyni zamanda hər bir tədbir iştirakçısının masasının üzərinə də Danimarkanın dünyaca məşhur şirkəti “Lego Group”a məxsus günəbaxan leqosu qoyulub. Bu, tədbirə ev sahibliyi edən ölkənin qonaqlara simvolik jesti kimi qiymətləndirilə bilər. Bu məqamda sual ortaya çıxır: niyə məhz günəbaxan? Bu toplantının günəbaxan detalları fonunda keçirilməsi hansı rəmzi mənanı daşıyır? Əvvəlcə onu…

Read More
Gündəm 

Dövlət fermerlərə güzəştlərin sayını və vaxtını artırsa da …

Təəssüf ki, hələ də ölkəyə kənd təsərrüfatı məhsullarının idxalı azalmır Bu gün ölkəmizdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə son bir neçə ildə yüz minlərlə hektar ərazidə yaradılan 50- dən çox aqropark kənd təsərrüfatı məhsullarının bolluğunu  təmin edəcək mühüm amildir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda ərzaq bolluğunun yaradılması istiqamətində fermerlərə göstərilən dövlət dəstəyi də hər il artırılır.  Belə ki, ölkəmizdə 4 il əvvəl tətbiqinə başlanılan aqrar sı­ğortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir. Təkcə 2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara…

Read More
Gündəm 

Türkiyəli nazir: Azərbaycan və digər ölkələrdən mümkün olduğu qədər qaz almalıyıq

Rusiya, Azərbaycan, Türkmənistandan mümkün olduğu qədər qaz almalıyıq. “Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib. “Qış mövsümü yaxınlaşır. Vətəndaşlarımıza “qaz yoxdur” deyə bilmərik. Bizim Rusiyadan, Azərbaycandan və Türkmənistandan mümkün olan qədər qaz almalıyıq. Təchizat üçün ayrı-seçkilik olmadan bu resurslara çıxışı təmin etməliyik”, – nazir əlavə edib. O həmçinin bildirib ki, BOTAŞ-ın qaz idxalı ilə bağlı danışıqları davam edir: “Bir il əvvəl ABŞ-də LNG ilə bağlı çox vacib danışıqlar aparıldı. Bu ilin martında Hyustonda bir prosesə başladıq. Əslində bunları ictimaiyyətlə paylaşırıq. Bu yaxınlarda imzaladığımız…

Read More
Siyasət 

Maya Sandu: Azərbaycan Prezidentini Ermənistanla sülh yolunda mühüm addımlarla bağlı təbrik etdim

Azərbaycan Prezidentini Ağ Ev tərəfindən dəstəklənən, Ermənistanla sülh yolunda mühüm addımlarla bağlı təbrik etdim. “Report” xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandunun Kopenhagendə Azərbaycan lideri İlham Əliyevlə görüşü barədə sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub. “Biz Moldova-Azərbaycan iqtisadi əlaqələrinin hər iki ölkəmizin xeyrinə gücləndirilməsini də müzakirə etdik”, – Sandu yazıb. Qeyd edək ki, liderlər Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində görüşüblər.

Read More