Hava 

Sabah Bakıda və rayonlarda 24 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycanda oktyabrın 3-də 24 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-24,…

Read More
Siyasət 

Prezident sülh gündəliyindən DANIŞDI

Sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyi üçün əhəmiyyət kəsb edir. Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd edib və Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb.

Read More
Siyasət 

Prezident Meloni ilə GÖRÜŞDÜFOTOYENİLƏNİB

Kopenhagendə, oktyabrın 2-də “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub. Musavat.com xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi qeyd olundu və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. İki ölkə arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə…

Read More
Siyasət 

Azərbaycan və Özbəkistan prezidentləri bir-birini TƏBRİK ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birini təbrik edib. Musavat.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikində deyilir: “Hörmətli Şavkat Miromonoviç, Əziz Qardaşım, Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan və Özbəkistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur. Ortaq soy-kök, tarix,…

Read More
Siyasət 

İlham Əliyev Zelenski ilə görüşdü – FOTOLAR, VİDEO

Kopenhagendə oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini dedi. Dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı. Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olundu. Ukrayna tərəfi buna görə…

Read More
Cəmiyyət 

Azərbaycanda vahid maaş sistemi yaradılır – Məmurların maaşı kəskin artacaq

Azərbaycanda dövlət qurumlarında vəzifə tutan şəxslər üçün vahid maaş sistemi tətbiq olunacaq. Bakupost.az-ın əldə etdiyi məlumata görə, yeni sistemin tətbiqi müxtəlif dövlət orqanları, nazirlik, komitə və s.-də çalışan vəzifəli şəxslərin maaşları arasında qeyri-bərabərliyin aradan qaldırılması, effektiv idarətmə və bacarıqlı kadrların irəli çəkilməsinin təşviq edilməsidir. Qeyd olunur ki, ayrı-ayrı nazirliklərdə nazir müavini, aparat rəhbəri, şöbə müdiri və s. vəzifələr tutan şəxslərin maaşları arasında kəskin fərqlər mövcuddur. Vahid maaş sisteminin tətbiqindən sonra bu fərqlər aradan qalxacaq. Hazırda maaşların çox yüksək olduğu bir neçə nazirlikdə şişirdilmiş məbləğlər aşağı salınacaq, maaşların az olduğu qurumlarda…

Read More
Siyasət 

İlham Əliyev Makronla görüşdü – FOTOFOTO

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makron ilə görüşü olub. Musavat.com xəbər verir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud…

Read More
Cəmiyyət 

“Balıqlara yem əvəzinə insan nəcisi verilir” – Azərbaycanda tükürpədici biznes

“Tualetlərdən xüsusi maşınlar vasitəsilə çəkilən tullantılar Saatlı rayonu ərazisində balıq saxlanılan göllərə, hovuzlara boşaldılır”. Bu barədə aznews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib. Onun sözlərinə görə, sözügedən məlumat quruma yeni daxil olub: “Tualetlərdən çəkilən artıqlar süni göllələrə və hovuzlara balıqların yemlənməsi məqsədi ilə boşaldılır. Bu, anormal haldır, insan həyatını məhv etməkdir. Bizə də bu haqda məlumat yeni daxil olub”. E.Hüseynov bildirib ki, sözügedən tullantıyla qidalanmış balıqları yeyən insanlar birbaşa xərçəng xəstəliyinə tutula bilər: “Bundan əlavə, mədə-bağırsaq və mənşəyi məlum olmayan xəstəliklər yarana bilər. Çünki insan orqanizmi belə sularda saxlanılan…

Read More