Gündəm 

Komitə sədrindən qəbristanlıqlarla bağlı təklif

Milli Məclisin plenar iclasında parlamentin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında məsələ müzakirə olunub. Musavat.com-un məlumatına görə, Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov çıxışı zamanı deyib ki, Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var: “Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır”. Komitə sədri qeyd edib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”. Qəbristanlıqlarla bağlı digər bir sıra deputatlar da iclasda fikir və təkliflərini səsləndiriblər.

Read More
Siyasət 

Prezident ona general-mayor rütbəsi verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Anar İsmayılova general-mayor hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb. Musavat.com-un məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilsin”.

Read More
Gündəm 

AYNA-ya Naxçıvanla bağlı vəzifə verildi

Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Nizamnaməsində dəyişiklik edib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının), habelə Bakı şəhərinin inzibati ərazisində mühafizə olunan duracaqların yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansındakı mühafizə olunan duracaqları və avtomobil duracaqlarını (qarajlarını) idarə etmək…

Read More
Gündəm 

İlham Əliyevdən Bəhruz Əhmədovla bağlı SƏRƏNCAM

Azərbaycan Baş prokurorunun müavini – Azərbaycanın Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, B.Əhmədov bu ilin may ayında Prezident tərəfindən Baş prokurorun müavini – hərbi prokuror təyin edilmişdi.

Read More
Cəmiyyət 

“Uşaq sosial bacarıqları yalnız bağçaya getməklə deyil, ailə və ətraf mühitdə aldığı təcrübələrlə də inkişaf etdirə bilər” – Psixoloq

“Uşaq sosial bacarıqları yalnız bağçaya getməklə deyil, ailə və ətraf mühitdə aldığı təcrübələrlə də inkişaf etdirə bilər”. Bu sözləri psixoloq Aysel Əzizli BiG.AZ-a bildirib. O qeyd edib ki, bağça uşaqların həmyaşıdlarla ünsiyyət qurmasına, qayda və intizam öyrənməsinə şərait yaratsa da, bu, sosiallaşmağın yeganə yolu deyil: “Əgər uşaq evdə daim ünsiyyətdədirsə, valideynləri onu müxtəlif oyunlara, ailə görüşlərinə, idman və ya yaradıcılıq dərnəklərinə cəlb edirsə, bağçaya getməsə belə, sosial bacarıqlarını formalaşdıra bilər. Əsas məsələ uşağın təcrid olunmaması, yalnız ev mühitində qapanıb qalmamasıdır. Sosiallaşma uşağın gələcək təhsil və iş həyatında uğurlu adaptasiyası üçün vacibdir.…

Read More
İdman 

“Həm sevincli, həm də həyəcanlıyıq”- Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında çıxış edib. O, əvvəlcə matçla bağlı fikirlərini bildirib: “Sevindirici haldır ki, böyük turnirin Bakıda matçı olacaq. Həm sevincli, həm də həyəcanlıyıq, məsuliyyətimiz artıb. İlk oyun olduğu üçün üzərimizdə diqqət böyükdür. Azərbaycanın hər bölgəsindən azarkeşlər maraqlanır. Ciddi rəqibə qarşı oynayırıq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Sona qədər mübarizə aparacağıq”.

Read More
Cəmiyyət 

Azərbaycanda attestatla universitetə kimlər qəbul ola bilər? – AÇIQLAMA

Azərbaycanda son illər ali təhsil sistemində bir sıra dəyişikliklər edilib. Onlardan biri də müəyyən şərtlərlə tələbələrin imtahansız – yalnız orta məktəb attestatı ilə universitetlərə qəbul imkanının yaradılmasıdır. Bu addım həm təhsilalanların seçim imkanlarını genişləndirir, həm də regionlardan gələn gənclərə əlavə fürsət verir. Lakin bu qaydanın hansı ixtisaslara, hansı universitetlərə və hansı kateqoriyadan olan abituriyentlərə şamil edildiyi cəmiyyətdə müzakirə mövzusudur. Bəs Azərbaycanda attestatla universitetə qəbul hansı ixtisas və təhsil müəssisələrində tətbiq olunur? Bu imkan bütün abituriyentlərə aid edilirmi, yoxsa yalnız xüsusi kateqoriyaya şamil edilir? Təhsil mütəxəssisi Kamran Əsədov mövzu ilə bağlı…

Read More
Gündəm 

Oktyabrda 27 dərəcə isti olacaq

Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal -qərb küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25 dərəcə…

Read More
Siyasət 

Ceyhun Bayramov ABŞ rəsmisi ilə beynəlxalq təhlükəsizliyi müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul edib. Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə Vaşinqton razılaşmalarının icrası, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. İki ölkə rəsmiləri və nümayəndələri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli…

Read More