İdman 

Penalti qaydaları dəyişir

Beynəlxalq Futbol Federasiyası (FIFA) penalti qaydalarını dəyişə bilər. Mənbənin məlumatına görə, penalti vuran futbolçulara top meydana qayıtdıqdan və ya qapıçının müdaxiləsindən sonra təkrar zərbə endirmək qadağan ediləcək. Eyni zamanda, qaydaların dəyişdirilməsinin hazırkı konsepsiyası topun qapı çərçivəsinə dəyəndən sonra nə ediləcəyini tənzimləmir. Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməli, daha sonra praktik sınaqdan keçirilməlidir.//Report

Read More
Gündəm 

Prezidentin Gəncə səfərinin ŞİFRƏLƏRİ

Azərbaycan Prezidenti İlham Əliyev 27 sentyabr – Anım Günündə qədim Gəncə şəhərinə səfər etdi. Dövlət başçısı şəhərdə ucaldılmış Memorial Kompleksin açılışını həyata keçirdi, şəhidlərin ruhuna bir daha dərin ehtiramda bulundu. Əslində Prezidentin respublikanın hər bir bölgəsinə – ucqar kəndlərdən tutmuş iri şəhərlərə, tarix qoxuyan qədim məkanlardan yeni salınmış yaşayış massivlərinədək – səfərləri artıq ictimaiyyət üçün təbii qarşılanan haldır. Çünki müzəffər dövlət başçısının izi ölkənin hər yerində, hər dirçəlişində, hər açılışında görünür. Onun indiyədək həyata keçirdiyi çoxsaylı açılışlar, kəsdiyi lentlər, istifadəyə verdiyi körpülər, yollar, məktəblər, şəfaevləri, şəhərciklər, ziyarətgaha çevrilən abidələr… dirçəliş…

Read More
Cəmiyyət 

Pomidor niyə hər qadın üçün vacibdir? – Ekspert açıqladı

Bəzən ən adi məhsullar faydalı maddələrin əsl xəzinəsinə çevrilir, məsələn, pomidor. Bu barədə texnoloq Svetlana Starova danışıb. O, belə məhsulların qadın orqanizminə nəzərəçarpacaq faydalar gətirə biləcəyini vurğulayıb. O qeyd edib ki, pomidor pulpasının əsas aktiv maddəsi güclü antioksidant təsirə malik təbii karotenoid olan likopendir. Ekspert eyni zamanda bildirib ki, likopenin ürək-damar xəstəlikləri riskini azaltması, dərinin qocalmasını ləngitməsi, ultrabənövşəyi şüalardan qoruması, orqanizmin ümumi vəziyyətini saxlaması daha vacibdir. Pomidor pulpası yalnız souslar üçün dadlı tərkib hissəsi deyil. O, ürəyin normal fəaliyyəti üçün lazım olan kaliumun, sinir sistemi və maddələr mübadiləsi üçün B…

Read More
İdman 

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildiVİDEOYENİLƏNİB

Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib. Musavat.com xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər. Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tamaşaçıların alqış sədaları ilə iştirakçı ölkələrin idmançıları arenaya daxil olublar. Ardınca rəsmi çıxış üçün söz Milli Təşkilat Komitəsinin sədr müavini Samir Şərifova verilib. Arenaya toplaşan hər kəsi salamlayan S.Şərifov qonaqları qədim Azərbaycan torpağı olan Gəncə şəhərində görməkdən məmnun olduqlarını bildirib: “Açılışı Gəncə stadionunda keçirilən III MDB Oyunları idman əməkdaşlığının inkişafına, gənclərin sağlam…

Read More
Siyasət 

Prezident və xanımı III MDB Oyunlarının açılış mərasimini izlədi – VİDEOYENİLƏNİB

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. ARANTV.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər. Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb. Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub. Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər. Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər. Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə…

Read More
Region Xəbərləri 

Azərbaycan-BMT əlaqələri inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası beynəlxalq münasibətlər sistemində qlobal çağırışların artdığı və yeni geosiyasi konfiqurasiyaların formalaşdığı bir dövrə təsadüf edir. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə ehtimal edilən çıxışı yalnız ölkəmizin milli maraqlarını deyil, həm də beynəlxalq ədalətin, hüququn və çoxtərəflilik prinsipinin müdafiəsini əhatə edən strateji bir siyasi mövqeyi ifadə edir. Dövlətimizin başçısının BMT tribunasından çıxışı Azərbaycanın postmünaqişə dövründə regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunması nöqteyi-nəzərindən…

Read More
Cəmiyyət 

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir. TƏBİB-dən Musavat.com-a bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 61 nəfər (31-i qadın, 30-u kişi) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə…

Read More
Cəmiyyət 

“Kupça” ala bilməyən şəxslərin NƏZƏRİNƏ

Bəzi hallarda vətəndaşlar onlara məxsus olan əmlaklara “kupça”, yəni çıxarış almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə əmlakın qeydiyyatı mümkün olmur və vətəndaşlar rəsmi mülkiyyət hüquqlarını tam şəkildə təsdiq edə bilmirlər. Vəkil Amid Əsgərov Metbuat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 8-ci maddəsində qeyd edilib: “Çıxarış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Vətəndaşların daşınmaz əmlaka dair çıxarış ala bilməmələrinin səbəbləri əmlakın növündən, yerləşdiyi torpaq sahəsinin kateqoriyasından, torpaq…

Read More
Siyasət 

Prezidentin əlindən tutduğu balaca Nilay DANIŞDI: “Yaxşı babadır” – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. ARANTV.AZ  xəbər verir ki, dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb. Balaca Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edib: “Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı. Yaxşı babadır. Gördüyümdən bir az hündürdür. Mən onu çox sevdim. Mənimlə maraqlı söhbətlər etdi.…

Read More
Cəmiyyət 

Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: “Elə burda ailə quracam”

Vətənə xidmət yalnız cəbhədə deyil, bilik meydanında da davam edir. 2023-cü ilin sentyabrında baş vermiş lokal xarakterli antiterror əməliyyatında iştirak etmiş qəhrəmanlardan biri bu gün Qarabağ Universitetinin tələbəsi, İsgəndərli İlqar Habil oğludur. Gənc yaşında ön cəbhədə torpaq uğrunda mübarizə aparmış İlqar İsgəndərli indi təhsilini davam etdirərək ölkənin gələcəyi naminə yeni bir mübarizə yolunu seçib. AzEdu.az həmin tələbə ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib. – İlqar bəy, sizi öncə Xankəndinin azad edilməsi uğrunda göstərdiyiniz şücaətə, daha sonra isə Qarabağ Universitetinə qəbul olmağınız münasibətilə təbrik edirik. Çox istərdik ki, sizi oxucularımıza daha…

Read More