Cəmiyyət 

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir. TƏBİB-dən Musavat.com-a bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 61 nəfər (31-i qadın, 30-u kişi) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə…

Read More
Cəmiyyət 

“Kupça” ala bilməyən şəxslərin NƏZƏRİNƏ

Bəzi hallarda vətəndaşlar onlara məxsus olan əmlaklara “kupça”, yəni çıxarış almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə əmlakın qeydiyyatı mümkün olmur və vətəndaşlar rəsmi mülkiyyət hüquqlarını tam şəkildə təsdiq edə bilmirlər. Vəkil Amid Əsgərov Metbuat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 8-ci maddəsində qeyd edilib: “Çıxarış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Vətəndaşların daşınmaz əmlaka dair çıxarış ala bilməmələrinin səbəbləri əmlakın növündən, yerləşdiyi torpaq sahəsinin kateqoriyasından, torpaq…

Read More
Siyasət 

Prezidentin əlindən tutduğu balaca Nilay DANIŞDI: “Yaxşı babadır” – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. ARANTV.AZ  xəbər verir ki, dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb. Balaca Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edib: “Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı. Yaxşı babadır. Gördüyümdən bir az hündürdür. Mən onu çox sevdim. Mənimlə maraqlı söhbətlər etdi.…

Read More
Cəmiyyət 

Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: “Elə burda ailə quracam”

Vətənə xidmət yalnız cəbhədə deyil, bilik meydanında da davam edir. 2023-cü ilin sentyabrında baş vermiş lokal xarakterli antiterror əməliyyatında iştirak etmiş qəhrəmanlardan biri bu gün Qarabağ Universitetinin tələbəsi, İsgəndərli İlqar Habil oğludur. Gənc yaşında ön cəbhədə torpaq uğrunda mübarizə aparmış İlqar İsgəndərli indi təhsilini davam etdirərək ölkənin gələcəyi naminə yeni bir mübarizə yolunu seçib. AzEdu.az həmin tələbə ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib. – İlqar bəy, sizi öncə Xankəndinin azad edilməsi uğrunda göstərdiyiniz şücaətə, daha sonra isə Qarabağ Universitetinə qəbul olmağınız münasibətilə təbrik edirik. Çox istərdik ki, sizi oxucularımıza daha…

Read More
Siyasət 

Paşinyan: “Ərdoğanla etimad artır, dialoq diplomatik münasibətlərə yol aça bilər”

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışı zamanı İrəvanla Ankara arasında münasibətlərin normallaşması prosesinə toxunub. Musavat.com-un məlumatına görə Baş nazir bildirib ki, son dövrlər iki ölkə arasında qarşılıqlı etimad mühiti güclənməkdədir: “Prezident Rəcəb Tayyib Ərdoğanla aramızdakı etimad səviyyəsi getdikcə artır”, – deyə Paşinyan vurğulayıb. O, həmçinin Türkiyə ilə mütəmadi dialoqu müsbət hal kimi qiymətləndirib və bu prosesin yaxın gələcəkdə diplomatik əlaqələrin qurulması və sərhədlərin tam açılması ilə nəticələnə biləcəyini qeyd edib.

Read More
Gündəm 

Paşinyan: “Azərbaycanla kommunikasiyaların açılması regionda sülhə və rifaha xidmət edəcək”

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Azərbaycanla münasibətlərə dair mühüm açıqlamalar verib. Musavat.com-un məlumatına görə Baş nazir bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz gediş-gəlişin təmin edilməsi həm Ermənistanın beynəlxalq mövqeyi, həm də daxili rabitəsi üçün qarşılıqlı fayda vəd edir. Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamə ilə iki ölkə daha parlaq gələcəyə aparan yolların müəyyən edilməsinin zəruriliyini qəbul ediblər: “Mehriban qonşuluq münasibətləri üçün şərtlər nəhayət formalaşıb. Bu, dəyişdirilməz reallıqdır və iki xalq arasında düşmənçilik…

Read More
Dünya 

Rusiya KİV: “Putin Zelenski ilə görüş üçün Lukaşenkonu vasitəçi seçir”

Rusiya KİV-lərinin yaydığı məlumatlara görə, prezident Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə mümkün görüşün təşkili üçün Belarus prezidenti Aleksandr Lukaşenkonu irəli sürməyi planlaşdırır. Musavat.com-un məlumatına görə xəbərdə bildirilir ki, Lukaşenkonun Zelenski ilə görüşməyə hazır olduğunu bəyan etməsi də məhz bu məqsədə hesablanıb. Mənbələrin iddiasına görə, Moskva bu yolla həm Zelenski ilə danışıqları Lukaşenko üzərindən həyata keçirməyə, həm də ABŞ-la – xüsusilə Donald Tramp ilə münasibətlərdə “körpüləri tam yandırmamağa” çalışır.

Read More
Cəmiyyət 

Biz qocalırıq, amma o yaşlanmır

İnsanın yaşı artdıqca orqanizmdə bir çox dəyişikliklər baş verir, lakin alimlər müəyyən ediblər ki, elə bir orqan var ki, demək olar, qocalmır. Qaraciyər yaşını saxlayır Qaraciyərin yaşı insanın yaşından demək olar asılı deyil. Bu, qaraciyər hüceyrələrinin daim yenilənməsi ilə bağlıdır: orta hesabla hər bir hüceyrə üç ildən az müddətdə yenilənir. Bu regenerasiya sayəsində qaraciyər toksinləri və digər zərərli maddələri effektiv şəkildə xaric etmək qabiliyyətini qoruyur və öz funksiyalarını itirmir. Alimlər qeyd ediblər ki, hüceyrələrin çoxu hər bir neçə ildən bir yenilənsə də, bəziləri 10 ilə qədər yaşaya bilər . Bu,…

Read More
Gündəm 

Sonuncu əklil və… Qafqazın “kağız pələngi”nin rüsvayçı sonluğu

Bu gün Azərbaycan əziz şəhidlərimizi ehtiram və şükranlıqla yad edir. Öz canı və sağlamlığı bahasına millətə torpaqları ilə birgə qürurunu qaytaran bütün qəhrəman oğullarımızı məxsusi minnətdarlıq və hörmətlə anırıq. Səmamızın həmişə açıq olmasını diləyirik. Bunun üçünsə Ermənistanı daim cilovda və nəzarətdə saxlamağa borcluyuq. Ona görə ki, təhlükə hələ tam sovuşmayıb. Sülh müqaviləsi imzalanmayıb, kapitulyant ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qalır. Odur ki, “barıtı” həmişə quru saxlamaq, ayıq-sayıqlığı əldən verməmək, eyforiyaya qapılmamaq çox vacibdir… 27 sentyabr şübhə yix ki, Azərbaycan xalqı üçün 32 illik işğaldan qurtuluşun başlanğıc günüdürsə, erməni tərəfi…

Read More
Cəmiyyət 

DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət etdi – VİDEO

Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət edib. Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyinin gənc polis əməkdaşları və hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəxsi heyət xatirə daşının önünə gül dəstələri düzüb.

Read More