Gündəm 

27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi

“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi-şovinistləri təxminən 200 il ərzində öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti aparıblar. Məhz bu antibəşəri siyasətin nəticəsində azərbaycanlılar zaman-zaman öz tarixi torpaqlarından qovulub, qaçqına, didərginə, məcburi köçkünə çevrilib, kütləvi qırğınlara məruz qalıb. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verənlər, erməni ideoloqlarının “dənizdən dənizə böyük Ermənistan” adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Xalqımıza qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan,…

Read More
Gündəm 

Bir günlük lokal antiterror əməliyyatı sübut etdi ki…

Bəli, otuz ildən artıq idi bunları başa salmaq mümkün olmurdu ki, Qarabağ Azərbaycanındır. İki ayaqlarını bir başmağa soxub bizim torpaqlarımızı iddia edirdilər. Xüsusilə keşişlər və daşnaklar sadə hayların zehnini zəhərləyir, onları sağalmaz “erməni xəstəliyi”nə düçar edirdilər. Ona yoluxdurulanların sayı isə həndəsi silsilə ilə artırılırdı. Həmin zümrələr Sovet hökumətinə axralanaraq milli münaqişələr yaradır, sonra onları barışmaz  düşmənçiliyə çevirirdilər. Akademik Abel Aqanbekyanın Fransanın “Humanite” qəzetinə müsahibəsində elan etdiyi “Qarabağ Ermənistana birləşdirilməldir” cəfəng ideyası da bu məqsədlə irəli sürülmüşdü. Beləliklə, Azərbaycanın zəif olduğu bir vaxtda keçmiş SSRİ rəhbərliyindən hərbi-siyasi dəstək alan Ermənistan hücum…

Read More
Gündəm 

TRIPP bölgə üçün sərmayə, inkişaf və sabitliyin qarantı – Zəngəzur dəhlizi

Bu kommunikasiya xəttinin fəaliyyətə başlaması dünya ticarətində önəmli rol oynayan Orta Dəhlizin yükdaşıma dövriyyəsini artıracaq, Azərbaycanı dünya üçün tranzit ölkə kimi daha da tanıdacaq, ölkəmizə əlavə siyasi və iqtisadi dividendlər qazandıracaq Dünyaya sülh, əməkdaşlıq və tərəqqi gündəliyini təşviq edən Azərbaycan bu prosesdə seyrçi yox, dünya düzənini yenidən quran əsas aktorlardan biri kimi iştirak edir. Bu möhtəşəm uğuru səciyyələndirən isə iki əsas şərtdir: güclü lider və xalqın birliyi. Biz hər gün tarixin yeni yazılan parlaq səhifələrinə şahidlik etməkdəyik. Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev Azərbaycanın yeni tarixini yaratmaqla kifayətlənmir, yeni…

Read More
Gündəm 

Su ehtiyatlarını artırmaq üçün ilk pilot layihə

«ACWA Power» şirkəti dəniz suyunun duzsuzlaşdırılması istiqamətində Azərbaycana 407 milyon ABŞ dolları həcmində investisiya yatıracaq Hazırda Azərbaycanda su ehtiyatlarının artırılması üçün bir bir neçə layihə üzərində işlənilir. Bunlardan biri yağış sularının hesabına su anbarlarının sayını artırmaqdır. Digəri isə dəniz suynun duzsuzlaşdırılmasıdır. Sonuncu proseslə bağlı artıq dünya təcrübəsi mövcuddur. Xüsusilə, Səuliyyə Ərəbistanının «ACWA Power» şirkəti dəniz suyunun duzsuzlaşdırılması istiqamətində bir xeyli layihələr reallaşdırıb. Şirkət bu sahədə də ölkəmizlə fəal əməkdaşlıq edəcəyini bildirib. Bu məqsədlə Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF) çərçivəsində Azərbaycan hökuməti ilə  «ACWA Power» arasında «Xəzər dənizində…

Read More
Gündəm 

İşğaldan azad olunmuş ərazilərin su təchizatı: Reallaşan və davam etdirilən layihələr

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri davam edir. Yeni infrastrukturun yaranması istiqamətində aparılan işlərdən ən önəmlisi təbii ki, ərazilərdə yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. İşğaldan azad olunmuş ərazilərin su təchizatının yaxşılaşdırılması istiqamətində də işlər sürətlə davam etdirilir. Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələrində mühüm layihələr həyata keçirilir. Füzuli şəhərini içməli su ilə təmin etmək üçün… Füzuli şəhərinin içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8500 kubmetr olan 2 ədəd su anbarı inşa edilib.…

Read More
Cəmiyyət 

Bu şəxslər hər ay iki dəfə pensiya ala biləcəklər

Azərbaycanda ilk dəfə olaraq özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Bu fondlar dövlət pensiya sistemindən fərqli olaraq, əhalinin könüllü şəkildə topladığı vəsaitlərin saxlanılmasına xidmət edəcək. Məqsəd vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlət pensiyasından deyil, eyni zamanda özəl fondlardan da əlavə ödəniş almasına şərait yaratmaqdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə qanunvericilik bazasının hazırlanması üzərində çalışır. Qanunvericilik mərhələsi başa çatdıqdan sonra layihə Milli Məclisə təqdim olunacaq. Özəl pensiya fondlarının üstünlükləri: Vətəndaşların pensiya dövründə gəlirlərini artırmaq imkanı yaradır. Dövlət pensiya sistemindən asılılığı azaldır. Əmanətlərin müxtəlif investisiya alətlərinə yönləndirilməsi ilə…

Read More
Gündəm 

Bu şəxslər 20 yaşadək əsgər aparılmır

Azərbaycanda təhsil alan gənclərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Bəs bu möhlət hansı təhsil müəssisələrində oxuyanlar üçün keçərlidir? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə görə, peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Qeyd edək ki, qanunun müvafiq maddəsinə əsasən, 11 illik təhsil bazası ilə…

Read More
Siyasət 

Azərbaycan və Maldiv adi pasportlara malik olan şəxsləri vizadan qarşılıqlı azad edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının xarici işlər naziri Abdullah Xalillə görüşərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə yüksək səviyyəli təmasların, siyasi məsləhətləşmələrin və bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Nazirlər ötən il ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının vətəndaşların səyahət imkanlarını xeyli genişləndirdiyini və vətəndaşlar arasında təmaslara töhfə verdiyini vurğulayıblar. Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında adi pasportlara malik olan şəxslərin vizadan qarşılıqlı…

Read More
Siyasət 

Azərbaycanla Benin arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Oluşequn Ajadi Bakari ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, C.Bayramov bununla bağlı “X”dəki hesabında paylaşım edib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bidirib ki, görüşdə iki ölkənin BMT və İƏT çərçivəsində çoxtərəfli əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. “Biz ölkələrimiz arasında uzunmüddətli əlaqələrin qurulması üçün mühüm əhəmiyyət kəsb edən yüksək səviyyəli siyasi, iqtisadi və humanitar əməkdaşlığın, eləcə də humanitar mübadilələrin asanlaşdırılmasının vacibliyini vurğuladıq. Biz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Benin…

Read More
Siyasət 

Ceyhun Bayramov: İtkin azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səyləri vacibdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti ilə Miryana Spoljaric ilə görüşüb. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Görüşdə Azərbaycan-BQXK əməkdaşlığı və gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub. C.Bayramov itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib.

Read More